Azərbaycan dastanlarının leksikası

  • NAPAK FARS

    Pak, təmiz olmayan; bədəsil, nanəcib. Dialektlərdə görməmiş mənasında işlənir. Qarılar cürbəcür olur: Pərcahan, Nurcahan, Zorcahan, Napak qarı, İpək q

    Tam oxu »
  • NAR ƏRƏB

    Od, atəş. Ay həzərat, gəlin sizə söyləyim, Yar ucundan atılmışam nara mən. Deyirlər hər dərdə dərman bulunmaz, Eləmişəm bu dərdimə çara mən

    Tam oxu »
  • NARINC FARS

    Xoşiyli, acımtıl sitrus meyvəsi. Sənin duan olsa mənim dalımca, Saralıb gül rəngim dönməz narınca. Bəhramam, dönmərəm yarı alınca, İzin versən, qayıtm

    Tam oxu »
  • NAS ƏRƏB

    İnsan sözünün cəmi; xalq, el, camaat. Qoca Lələm, nə dərd-qəmə dalmısan? Hicran qəhri dal qəddini əyibdi

    Tam oxu »
  • NASAĞ

    Bax: nasaq. Can cəsəddən ayrılır, Qalmadı bir tağı yenə. Ala gözlər süzüləndə Eyləyir nasağı yenə.              (“Seydi və Pəri”)

    Tam oxu »
  • NASAQ

    1. Qadağa. 2. Tövbə. Səf çəkib huri, mələk, Pəriyü qılman bəzənib. Nasaq qılmayın dilimə, Qoy deyim, dastan bəzənib

    Tam oxu »
  • NASEH ƏRƏB

    Nəsihətçi, nəsihət verən, öyüd verən. Özün naseh, kəlamındı imamət, Səcdə edər ona gündə təmamət, Əcəb norəstədi, xub qəddü-qamət, Əcəb şəhla, əcəb şə

    Tam oxu »
  • NAYİB

    Bax: naib. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NECƏDƏYİN

    Necə edək? (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NERƏ

    Hara? (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • Nəyinə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NƏ HALLU

    Necə? nə cür? (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NƏ İDÜGİN

    Necə olduğunu, nə olduğunu. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NƏ VƏCHLƏ

    Nə səbəbə, niyə.

    Tam oxu »
  • NƏCCAR ƏRƏB

    Dülgər. Bir bülbülün qafil taza gülü düşdü yadına, Sığındı, bel bağladı qabil nəccar ustadına, Şahım gördü, pozğun baxır şahin öz qanadına, Dedi: quşu

    Tam oxu »
  • NƏF ƏRƏB

    Xeyir, fayda, mənfəət. Flektivlik cəhətdən mənfəət sözü ilə eyniköklüdür. Can deməklə candan can əskik olmaz, Məhəbbət artırar, mehriban eylər

    Tam oxu »
  • NƏHR ƏRƏB

    Böyük çay, axar su. O günü yol gedib, axşam böyük bir nəhrin kənarında məskən tutub qaldı. (“Dilsuz və Xəzangül”)                                    

    Tam oxu »
  • NƏHY ƏRƏB

    Qadağan. – Oğul, niyə ağlayıb qəmgin olursan? Al əlimdən bu camı iç! Seydi dedi: – Atam, anam sana qurban, axı o cam bizə nəhydi

    Tam oxu »
  • NƏQARAÇU

    Nağaraçı, nağara çalan. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NƏMƏK FARS

    Duz. Niyaram, nəmək yemərəm, Alı-yaşıllar geymərəm. Ağlayıb qan-yaş tökərəm, Ollam biqərar, gedirəm.                  (“Qulam-Kəmtər”)

    Tam oxu »
  • NƏMƏR

    1. Toyda, nişanda paylanan şirni, pul və s. 2. dial. Toyda ev sahibinə və aşığa verilən pul. O qədər nəmər yığılır ki, mehtər iki ata yükləyir, yenə y

    Tam oxu »
  • NƏMLƏMƏK

    Hədəfə vurmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NƏN

    Nəyinə? (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NƏPƏK

    Bax: napak.

    Tam oxu »
  • NƏRƏ URMAQ

    Hayqırmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NƏSTƏİN ƏRƏB

    Yardım dilərik, yardımına güvənərik. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NƏVALƏ ƏRƏB

    Nəvə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NİDA EYLƏMƏK

    Səslənmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NİGARLI

    Xınalı, xına yaxılmış. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NİQABINI SƏRPMƏK

    Üzünü açmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NİQABLU

    Rübəndli, örtülü. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NİMTƏNƏ FARS

    Qolsuz üst qadın geyimi. Dastanlarda mintənə şəklində də işlənir. Örtübən başına şalı-zər, gəzər, Abıdan nimtənə, qızıl düymələr, Yaraşır belinə zərba

    Tam oxu »
  • NİSAR ETMƏK

    Vermək, bağışlamaq, qurban etmək. Canımı yolunda nisar elərəm, Murada çatmağı haqdan dilərəm, Ox-kaman qurmusan, onu bilərəm, Verməz Rüstəm Zala aman

    Tam oxu »
  • NİSAR ƏRƏB

    Bağışlama, qurban etmə.

    Tam oxu »
  • NOLMAQ

    Nə olmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NOLUR

    Nəyə yarayar? Nə üçün? (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • NORƏSTƏ FARS

    Həddi-büluğa yetmiş, cavan, gənc. Əcəb norəstədi, xub qəddü-qamət, Əcəb şəhla, əcəb şəmayıl Pərim!                                              (”Qurb

    Tam oxu »
  • NOVRAQ ƏRƏB

    Rövnəq sözünün təhrifidir, bəzək, yaraşıq, lətafət, gözəllik, parlaqlıq deməkdir. Bir neçə qəndillər asılıb dardan, Neçəsi heyvadan, neçəsi nardan, Xə

    Tam oxu »
  • NOVRUZ DƏRDİ

    “Novruz” dastanında işlənmiş bu ifadə deyim kimi yayılmışdır. Eşq əlindən dərdə düşmək mənasında işlənir

    Tam oxu »
  • NÖVRAQ

    Bax: novraq.

    Tam oxu »
  • NÖVRƏSİDƏ

    Bax: norəstə.

    Tam oxu »
  • NÖVRƏSTƏ

    Bax: norəstə.

    Tam oxu »
  • NUZULA

    ərəb. nəzlə 1. Zökəm, tumov. 2. dial. Baş sətəlcəmi; dişlərin hamısının birdən ağrıması. Dialektlərdə muzilə, muzula şəklində də işlənir

    Tam oxu »
  • NÜDRƏTƏN ƏRƏB

    1. Hərdənbir, arabir, az-az, təsadüfdən-təsadüfə, nadir hallarda. 2. Birdən, gözlənilmədən. Sən nüdrətən bir məclisə varanda, Yaxşı əyləş, yaxşı otur,

    Tam oxu »
  • NÜMAYAN FARS

    Görünən, zahir olan, aydın olan; əyan, aşkar. Heç rəhmə gəlmədi zalım cəlladlar, Bir yana çatmadı dadı fəryadlar, Burda yer ağladı, göydə buludlar, Qi

    Tam oxu »
  • NÜSRƏT ƏRƏB

    1. Kömək, yardım. 2. Zəfər, qələbə. Zimistan yaz olar, çəkmə həsrəti, Dayan bu möhnətə, çox da darıxma

    Tam oxu »
  • NÜTFƏ ƏRƏB

    Maya, toxum, məni (spermatozoid). Nakəs adam danışıqdan saz olar, Kərəmdən kəm, səxavətdən az olar, Nütfədə qarışan şeyitbaz olar, Mərd də sığışdırmaz

    Tam oxu »
  • OBRILMAQ

    Oyulmaq; çökmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ODA

    Otaq. Sevdiyim, süpür odanı, Doldur, saqi, ver badanı, Yarıma gələn qadanı Qızıl kimi alıram mən.           (“Abdulla və Cahan”)

    Tam oxu »
  • OĞLAN-UŞAQ

    Çoluq-çocuq qələbəliyi, tünlüyü. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »