XƏFƏLİK – SƏRİNLİK Havanın xəfəliyi adamı işdən də qoyur (“Azərbaycan”); De, keçdimi bir sərinlik ürəyindən? (S
XƏFİF – ŞİDDƏTLİ Xəfif külək əsirdi (“Azərbaycan”); Şiddətli xəzri küləyi əsir, evlərin qapı və pəncərələri vıyıldayır (S
XƏLƏF – SƏLƏF Bütün yer üzünün əşrəfiydi o; Adəmin ən böyük xələfiydi o (Şəhriyar); Ehtiram olsa da, hamı əzəldən; “Sələfin yolundan mən uzaq!” – deyi
XƏLƏL – XEYİR Qeyrət günüdür, olmayalar özgəyə möhtac; Kim qatsa xələl şərə, edin ortadan ixrac (Ə.Vahid); Xeyir dilə qonşuna, xeyir gəlsin başına (At
XƏLVƏTİ – AŞKAR Xəlvəti yer tapıb gizlədin, məni görməsinlər (İ.Fərzəliyev); “İlahi, yuxu görürəm, ya bu aşkardır?” – deyə özünü toxtatdı (Mir Cəlal)
XƏLVƏTLİK – AŞKARLIQ Xəlvətlik idi (Mir Cəlal); Fikir aşkarlığı onun ifadə olunmağından asılıdır
XƏSİS – BƏDXƏRC Xəsisdən alınan yumurtanın sarısı olmaz (Ata. sözü); Bədxərcdir, ona pul vermək olmaz
XƏSİSLİK – BƏDXƏRCLİK Heç vaxt xəsislik etməyin (M.S.Ordubadi); Bədxərcliyinə çoxdan bələdəm (“Azərbaycan”)
XƏSTƏ – SAĞLAM Biri xəstədir, biz sağlamıq (M.Talıbov); Düşündüm: insan xəstələnər də, sağalar da (R
XƏSTƏLİK – SAĞLAMLIQ Mən yorğun və ac idim, çox əziyyət və xəstəlik çəkmişdim (M.Talıbov); Sağlamlıqdan başqa bir şey aramaq nahaqdır (Mir Cəlal)
XƏYAL – HƏQİQƏT Bu bir həqiqətdir, deyildir xəyal (S.Rüstəm)
XƏZAN – BAHAR Süleymanam, bilir aləm, xəzanla yoxdur işim; Məhəbbətin gülüşündən doğan baharım var (S
XƏZRİ – GİLAVAR Nə xəzri, nə gilavar; Xəzər qoyub başını; Bakının sinəsinə yatıb (R.Rza)
XIRDA – BÖYÜK Xırda uşaqlar da gərək məktəbə getsinlər (Ə.Haqverdiyev); Maral hələ kiçik yaşlarından böyük arzularla yaşayırdı (S
XIRDALAŞMAQ – İRİLƏŞMƏK Daşlara nə var ki; Yüz əyil, yüz dikəl; Sürtülüb xırdalaş, ol hamar (R.Rza); Gözləri elə bil iriləşmişdi (S
XIRDALI – İRİLİ Bir dünya var, kainatın bir hissəsi; İrili, xırdalı məmləkətlərə doğru (R.Rza)
XIRDALIQ – BÖYÜKLÜK Söhbət meyvənin xırdalığı və ya böyüklüyündən çox, şirinliyindən gedir (“Azərbaycan”)
XİFFƏT – FƏRƏH Xiffəti qeyrətli edər (Ata. sözü); Qızı fərəh qarışıq təəccüb bürüdü (S.Qədirzadə)
XİFFƏTLƏNMƏK – FƏRƏHLƏNMƏK Oğlunun dərdini çəkməkdən yazıq arvad xiffətlənmişdir (“Azərbaycan”); Bu sual Leondrı fərəhləndirdi (S
XİLAF – DOĞRU Tənqid hər kəsə aid olsa da, müəllifə xilaf işdir (Mir Cəlal); Sərimək nədir, doğru sözümdür (M
XİLAS – MƏHV Əsarət zəncirlərini kəsib xilas edək (S.S.Axundov); Gərək Şahbaz bəyin nəslini qırıb, yer üzündən məhv edək (S
XİLASKAR – ZÜLMKAR Baxmayıb canının ağrılarına xilaskar atanın öpdü üzündən (H.Hüseynzadə); Zülmkardır, qəddardır, heç kəsə rəhmi gəlmir
XOF – CƏSARƏT Yoxsa gopçu Ədilin sözündən xofa düşmüşsünüz (S.S.Axundov); İş adamdan cəsarət, qeyrət tələb edir
XOFLANMAQ – CƏSARƏTLƏNMƏK Soldat Ostapenkonun hərəkətindən xoflanmışdı (Mir Cəlal); Və nəhayət, bir gecə qız cəsarətlənib ona tanış yollarla cəbhəni k
XOFLU – CÜRƏTLİ Sən də dönmüsən lap o xoflu xəlifəyə, hər şeydən qorxursan (M.İbrahimov); Əvvəlinci dəfədən sübut elə ki, ərindən qat-qat cürətlisən (
XOŞBƏXTLİK – ZÜLM Sizin kimi adamları qurtarmaq mənim üçün xoşbəxtlikdir (S.Vəliyev); Zülm həmçinin şər əməlidir (Ə
XOŞQILIQ – AMANSIZ Düşmənə amansız ol; dosta xoşqılıq (R.Rza)
XOŞLAMAQ – PİSLƏMƏK İndi Fatmanisə xala elə bilir ki, sən xoşlayıbsan (Ə.Haqverdiyev); İşi-gücü elə onu-bunu pisləməkdir
XOŞLUQ – PİSLİK Mən mağaraya girib; Cüməyə yalvarıram; Əgər xoşluq ilə gəlsə heç (A.Şaiq); Pislik onun əlində bir qurtum su içmək kimi bir şeydir
XOŞLUQLA – ZORLA Xoşluqla gəlməsə, o vaxt zorla və güc ilə durub ayaqlarımı da tərpədərəm (A.Şaiq)
XOŞSİFƏT – MISMIRIQ Xoşsifət, zarafatcıl, baməzə kişidir (Ə.Vəliyev); İncidən, mısmırığına dəyən odur
XUDBİN – TƏVAZÖKAR Bu bir az da deyəsən xudbindir (M.İbrahimov); Təvazökar, ağıllı bir qızdır (“Ulduz”)
XÜBAR – CÜNUN Sən bir varlı, mən bir fəqir, sən bir xübar, mən bir cünun (C.Cabbarlı)
XÜLYA – REAL Birinin görürsən ki, başında xülyası var (S.Rüstəm); Yazıçı real hadisələri qələmə almışdır
XÜSUSİ – RƏSMİ Hərgah xüsusi kağıza qulaq asmasa, onda rəsmi təliqəni verərsən (Ə.Vəliyev). XÜSUSİ – ÜMUMİ Səttar xanla Bağır xan qalxıb xüsusi otağa
XÜSUSİYYƏTÇİLİK – KOLLEKTİVLİK Yoxsa “mən aldım, işini düzəltdim, ortadan çıxdım, qalanlarının canı çıxsın, nə vecimə” demək xüsusiyyətçilik və əclafl
İBARƏLİ – SADƏ Armudboğaz, şişbığ satıcının belə ibarəli nitqindən baş açmayan Leylək istər-istəməz əsəbiləşdi (S
İBLİS – MƏLƏK Ədavət toxumu səpmək üçün siz; Gah mələk oldunuz, gah da bir iblis (S.Rüstəm)
İBTİDAİ – MÜASİR İbtidai alətlərlə qazıldığı üçün baltanı çıxartmaq son dərəcə böyük əhəmiyyət kəsb edir (M
İCTİMAİ – XÜSUSİ İctimai və xüsusi təsərrüfatlar arasında fərq qoymaq lazımdır
İÇ – BAYIR Əvvəl evin içi, sonra bayırı (Ata. sözü). İÇ – ÇÖL İçim özümü yandırır, çölüm sizi (A.Məmmədov)
İÇƏRİ – BAYIR Bayırı kaşı-çini, içərisi toyuq hini (Ata. sözü)
İÇMƏK – TÖKMƏK Kim içməsə, yaxasına tökəcəyik (Mir Cəlal)
İDBAR – GÖZƏL Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! Vaqqıldama bayquş kimi idbar, dilənçi! (M.Ə.Sabir); Özünüz gözəl və göyçəksiniz (C
İDDİALI – BAŞIAŞAĞI Nə soxulmusan araya, a başıbəlalı, fələ? Nə xəyal ilə olubsan belə iddialı, fələ?! (M
İDEAL – ÇİRKİN Ən ideal adamlardan biri də Ramizdir. Osmanlı işğalçıları çirkin məqsədlərini xalqa izah edirdi (M
İDXAL – İXRAC Hazırda ölkəmiz... dərman maddələrinin idxalından tamamilə azad olmuşdur (R.Əliyev); Sənayeləşdirmə hələ başa çatdırıldığı zaman biz xam
İDRAKLI – SƏFEH Sən idraklı olduğun üçün bilirdim ki, sözümü tez anlayacaqsan (C.Cabbarlı); Hansı səfeh oğlu bundan sonra qaymaq satar (Mir Cəlal)
İDRAKSIZ – DÜŞÜNCƏLİ İdraksız bir kütlənin səfeh qorxaqlığına, qurban olub gedir (C.Cabbarlı); Özü də ağıllı, düşüncəli uşaqdır (M
İFRİTƏ – GÖZƏL O ifritə qadının alçaq fitnəsini hamımız başa düşdük (M.Hüseyn); Babaxanın oraya yolu düşür, belə gözəl bir qızın yayın istisində tarla