GİCBƏSƏR – AĞILLI Gicbəsərin biridir (“Azərbaycan”); Vəzifə elə bir qüvvədir ki, ağılsızı ağıllı, çirkini gözəl, qocanı cavan göstərir (İ
GİCLƏŞMƏK – AĞILLANMAQ Ona toxunmayın, gicləşib (“Azərbaycan”); Demək, indi ağıllanmısan, məni istəmirsən? (Mir Cəlal)
GİLEY – RAZILIQ Əlindən eşqimə gileyim yoxdur (R.Rza); Atam da razılıq vermişdi (H.Nadir)
GİLEYLƏNMƏK – RAZILAŞMAQ Qızlar kəkotu dərib buradaca qurudar, gəlinlər baş-başa verib xısınlaşar, arabir qayınanalarından gileylənib, dad çəkərdilər
GİLEYLİ – RAZI Eyni zamanda ürəkdə bir-birindən gileyli idilər (M.İbrahimov); Leyla razı idi öz əməlindən; O, zəhər içmişdi eşqin əlindən (B
GİRDƏ – YASTI Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər (Ə
GİRİNTİ – ÇIXINTI Bu taxta, mebel üçün yaramaz, çox girintisi, çıxıntısı var
GİRİŞ – SON Əziz müxtəsər bir giriş sözü söylədi (Ə.Vəliyev); Sədr son sözündə qeyd etdi ki, Vəli öz günahlarını boynuna alır
GİZLİ – AŞKAR Gah gizli, gah aşkar; Ayaq basar hər yerə (A.Şaiq)
GİZLİN – AÇIQ Yəqin bir-birinə gizlin sözləri varmış (M.Hüseyn); Buna görə də qızını yola salarkən açıq ürəklə Həsəni evə gətirməyi ona tapşırardı (M
GÖDƏK – UZUN Gödək atıldı vurdu uzunun başına, uzun dedi: – Əcəb yadıma saldın (Ata. sözü)
GÖDƏKLİK – UZUNLUQ ...Ömrümün belə gödəkliyindən şikayətlənməzdim (S.Qədirzadə); Katibin son sözləri onu o qədər tutmuşdu ki, gəldiyi yolun uzunluğunu
GÖDƏLMƏK – UZANMAQ Uzanacaq kölgələr; Gödələcək kölgələr; İdman et hər səhər (İ.Tapdıq)
GÖNDƏRMƏK – GƏTİRMƏK Ancaq hər ehtimala qarşı Səttarın barmaq izlərini ekspertizaya göndərmək lazımdır (H
GÖRÜŞ – VİDALAŞMA Görüş üçün günortadan əlverişli vaxt tapmaq olmazdı (M.İbrahimov); Vidalaşma vaxtı gəlib çatdı (H
GÖRÜŞMƏK – VİDALAŞMAQ Bakı varlıları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi (M.S.Ordubadi)
GÖTÜRMƏK – QOYMAQ Ağzına bax, tikə götür (Ata. sözü); Kərim kitabı büküb pəncərəyə qoydu
GÖYÇƏK – ÇİRKİN Eybi yoxdur, göyçək xanımların haqqında hamı danışır (Ə.Haqverdiyev); Molla qoca, çopur, çirkin, yoxsul adam idi (Mir Cəlal)
GÖYÇƏKLƏŞMƏK – ÇİRKİNLƏŞMƏK Zərifə ilin müəyyən vaxtlarında kökəlir və ya arıqlayır. Buna münasib də gah göyçəkləşir, gah da çirkinləşirdi (“Azərbayca
GÖYƏRMƏK – QIZIŞMAQ Görürəm, soyuqdan gömgöy göyərmisən. Keç otur qayıqda, əl-ayağın qızışsın (H.Nadir)
GÖYNƏMƏK – QIZIŞMAQ Nə ürəyim göynəyir; nə sözlər yandırır dodaqlarımı (R.Rza); Otağın havası onu qızışdırırdı
GÖZƏL – ÇİRKİN Elə gecə-gündüz gözəl arvad arzulayır (Ə.Haqverdiyev); Özünün arvadı bir çirkin şeydir (Ə
GÖZƏLLƏŞMƏK – EYBƏCƏRLƏŞMƏK Düzlər ətirlənir baharla, yazla; Güllər, çiçəklər də gözəlləşibdir (H.Hüseynzadə); Onun dodaqları əsdi, eybəcərləşdi (M
GÖZƏLLİK – ÇİRKİNLİK Gecələr hər şəhərə bir cür gözəllik gətirir (S.Sərxanlı); O inanırdı ki, ata haqqında pis düşünmək ən böyük xəyanət və çirkinlikd
GÖZLÜ – KOR Kor gəldi, gözlü getdi (Ə.Haqverdiyev)
GÖZÜAC – GÖZÜTOX Gözütox adamlar həmişə rəhmli olur. Gözüac adamlar isə insafsız, rəhmsiz olur
GÖZÜQANLI – MƏRHƏMƏTLİ Sədaqət mənə gözüqanlı adam kimi baxırdı (İ.Əfəndiyev); Az danışır, danışanda gülümsəyir, çox ürəyi yumşaq və mərhəmətli qadınd
GÖZÜTOX – TAMARZI Gözütox adamların haram malla işləri olmaz (“Azərbaycan”); Tamarzı gözlərlə Naznazı şişə çəkirdi (M
GÖZÜYAŞLI – GÜLƏR Sonra da gözüyaşlı onu əsgərliyə yola salıb, heç bir söz deməmişdi (T.Kazımov); Gülər üzünə baxanda adam dərdini unudurdu (“Ulduz”)
GUR – SAKİT Gah sakit, gah gur axıb; Dəhnəsindən darıxıb; Sahilə çıxan sular! (R.Rza)
GURLUQ – ZƏİFLİK İşığın gurluğu və ya zəifliyi cərəyanın gücündən asılıdır
GURULTULU – SAKİT Bir-birlərinə olan sədaqəti gurultulu sözlərlə izah edərək badə qaldırıb içir, içirlər (S
GÜCLƏ – KÖNÜLLÜ Özünü güclə saxladı, uşağın başını sığalladı (Mir Cəlal); O könüllü gəlmişdi (“Azərbaycan”)
GÜCLÜLÜK – ZƏİFLİK O güclülüyünə güvənirdi. Bu acizlik, bu zəiflik o dərəcəyə çatdı ki, öz-özündən iyrənməyə, özünə nifrət etməyə başladı (M
GÜCSÜZ – QÜVVƏTLİ O sizə qarşı gücsüzdür (C.Cabbarlı); Bu qüvvətli bir axın idi ki, öz təbii məcrasına düşmüşdü (M
GÜCSÜZLÜK – QÜVVƏTLİLİK Gücsüzlüyünü hiss edib inildədi (İ.Şıxlı); Qüvvətliliyini yoxlamağa səy göstərdi (“Ulduz”)
GÜLƏRÜZ – QARAQABAQ Əsli gülərüz və şən qadındır (“Azərbaycan”); Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burnunu yerə dikmişdi (Mir Cəlal)
GÜLƏRÜZLÜ – QARAQABAQ Gülərüzlü kumıkların, lakların; Aulların qoy mehmansız qalmasın (Abbasağa); Kərəm az danışan və qaraqabaq idi (M
GÜLƏŞ – QƏMLİ Güləş qadınlar həmişə şən görünür (“Azərbaycan”); Burada qəmli bir sükut hakim idi (Mir Cəlal)
GÜLÜMSƏMƏK – KƏDƏRLƏNMƏK Mənim də xəyalım sizin kimidir; bəzən kədərlənir, bəzən gülümsər (R.Rza)
GÜLÜŞ – AĞLAŞMA Sağlam gülüş kəndin bütün həyatını yeni bir sevinclə güldürəcəkdir (C.Cabbarlı); Ağlaşma getdikcə şiddətlənirdi (M
GÜLÜŞMƏK – AĞLAŞMAQ Biz də şirin söhbət edərək yeyərdik, danışardıq, gülüşərdik, axırda da Tamam maraqlı nağıllarını danışardı (S
GÜMRAH – ƏZGİN Döyüşçülər nə qədər şən, gümrahdılar! (S.Vəliyev); Hər tərəfdə əzgin kəndlilər bəylərdən intiqam almağa başladılar (H
GÜMRAHLAŞMAQ – SUSTALMAQ İstirahətdən sonra gümrahlaşmışdı (“Azərbaycan”); Bədəni sustalmışdı, sanki ağac altından çıxmışdı (S
GÜMRAHLIQ – YORĞUNLUQ Özündə bir gümrahlıq duydu (“Ulduz”); Ürəyində bir ağırlıq, beynində yorğunluq hiss etdi (İ
GÜNAH – SAVAB Günahın cəzası ölümdə yox, dirilikdədir (Çəmənzəminli); Dinləyib axirət üçün savab qazanarıq (S
GÜNAHKAR – TƏQSİRSİZ Sanki pərvanə idi öz varı ətrafında; On gün əvvəlki günahkar bir adam (S.Rüstəm); Bu işdə o tamam təqsirsizdir
GÜNAHSIZ – CİNAYƏTKAR Qıymaz axsın qoca Qafqaza günahsız qanlar (S.Rüstəm); On gün ərzində cinayətkar qaçıb gizlənə bilər (C
GÜNAŞIRI – GÜNDƏ Günaşırı rayona çağırırdılar (Ə.Vəliyev); Gündə mənə də deyir ki, gəl yazıl bizə, sənə tüfəng verək (Mir Cəlal)
GÜNBATAN – GÜNDOĞAN Günbatana niyə gedirsən? – dedi, – Ayağı yer tutan gündoğana tərəf gedir (M.Süleymanlı)