SÖNÜK – QAYNAR Şəhərdəki sönük həyatından uzaqlaşmağa səy etdi. Qaynar şəhər bir dərya, qız isə üzük qaşı olub orada batmışdı (S
SÖYMƏK – TƏRİFLƏMƏK – Mirzə Mahmud, sən qəzetdə məni söyəcəksən də, tərifləyəcəksən də, sənin işindir (Ə
SÖZÇÜLÜK – YIĞCAMLIQ Əsərdə yığcamlıqdan çox sözçülüyə daha çox meyil edilmişdir
SÖZLƏŞMƏK – BARIŞMAQ Bəzən sözləşərdik, bəzən küsərdik; Yenə də bir yerdə çörək kəsərdik (S.Rüstəm); Axırda barışdılar, dostlaşdılar (S
SÖZÜBÜTÖV – AĞZIBOŞ Deyəsən, sən sözübütöv adama oxşayırsan (F.Kərimzadə); Ona söz demə, ağzıboşdur (“Azərbaycan”)
SRAĞAGÜN – BU GÜN Axı srağagün gecə bərk yağış yağmışdı (C.Əmirov); Bu gün ilə, ərsə dönə; Hamı belə günlərlə öyünə (R
START – FİNAL Start idman yarışlarının başlandığı yer, final isə idman yarışlarının yekunlaşdırıcı son hissəsidir
SUÇLU – GÜNAHSIZ Sən ağacı götür, suçlu özünü bildirəcək (Ata. sözü); Nə qədər günahsız adamları bada veriblər (“Ulduz”)
SUÇSUZ – GÜNAHKAR Bəli, yox yer üzündə suçsuz adam (H.Cavid); Lakin könül bir sözdən; dərin yara alırsa; əcəb kimdir günahkar? (R
SULAMAQ – QURULAMAQ Zibil qutularını gündə bir dəfə boşaldıram, səkini gündə üç dəfə sulayıb süpürürəm (M
SULANMAQ – QURUMAQ Dodaqları azca qalınlaşıb sulanmışdı (İ.Şıxlı); Dənizlər, çaylar quruyub, dağlar çöküb (R
SULU – DƏMYƏ Bu fikirlə çapdı atı; Endi sulu dərəyə (A.Şaiq); Göytəpə kəndinin üst tərəfi dəmyədir (İ
SUSQUN – DEYİNGƏN Bilmirəm, nə üçün o susqundur (“Ulduz”); Zövcəsi deyingən kişinin saqqalı tez ağarar (S
SUSQUNLUQ – DEYİNGƏNLİK Demə gözə görünən sakitlik, susqunluq və mütilik aldadıcı bir tərzdə imiş (M
SUSMAQ – DİLLƏNMƏK Susma, sən sussan, mənim həyatım susar (A.Şaiq); Dillənir dindirməmiş gərəksiz bir saz kimi (S
SUYUŞİRİN – ƏTİACI Bu təmkinli, suyuşirin adama baxa-baxa nədənsə dənizi xatırlayıram (S.Sərxanlı); Ətiacı arvaddır (“Azərbaycan”)
SÜBH – GECƏ Gecələr sübhə kimi, sakit edə bilmərəm, bu nigaran qəlbimi (R.Rza)
SÜDƏMƏR – YAŞLI Eh!.. Atalar neylədi ki, sənin kimi südəmər oğullar neyləsin (A.Şaiq); İmirin üzündə özündən çox-çox yaşlı bir gülüş vardı (M
SÜKUT – HAY-KÜY Sükut gərmiş qanadını evlərə, eşiklərə (H.Hüseynzadə); Bu hay-küy ona çox mənasız görünürdü (Mir Cəlal)
SÜLH – MÜHARİBƏ Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik; Biz Vətən naminə ölsək, dirilərdən diriyik (B
SÜRƏTLƏ – YAVAŞ İndi Rəna sürətlə işləyirdi (C.Məmmədov); Stəkanı nəlbəkiyə yavaş qoy (Mir Cəlal)
SÜRƏTLƏNMƏK – LƏNGİMƏK Onda işimiz birə-on sürətlənər (M.İbrahimov); Pul ala bilməyəcəyəm, işimiz ləngiyəcək (M
SÜRƏTLİ – YAVAŞCA Hər üçü evi tərk edib sürətli addımlarla irəlilədi (S.Vəliyev); Otaqdan yavaşca çıxdı (M
SÜST – GÜMRAH Təngimiş səsimdən, süst gülüşümdən; Elə bil yanğımı hiss edib duydu (Ə.Cəmil); Gümrah oğlandır, işləməkdən yorulmur (“Azərbaycan”)
SÜSTLÜK – GÜMRAHLIQ Bağır çox fikirləşdi, ərköyün Nazlının, haylı-haraylı Nazlının indiki süstlüyünü, sakitliyini bircə yerə yozdu (İ
SÜVARİ – PİYADA Cavanşirin Muğan qalasına hamıdan əvvəl sərkərdə Poladın süvariləri yol açdılar (M.Hüseyn); Topların ara vermədən atdığı yaylım atəşin
ŞAD – QƏMGİN Mən həmişə şad və qəmgin xəbərləri onun çöhrəsindən oxuyardım (M.S.Ordubadi). ŞAD – MƏYUS İzzət vağzala nə qədər şad getmişdisə, o qədər
ŞADLANMAQ – HEYİFSİLƏNMƏK Sevinsin, şadlansın çöl də, çəmən də (C.Novruz); Mən başqa şeyə heyifsilənirəm (C
ŞADLIQ – BƏDBƏXTLİK Bir kəlmə bu halım ya şadlıqdır və ya bədbəxtlik (C.Cabbarlı)
ŞAX – ƏYRİ Camaatın üzünə şax baxım (M.İbrahimov); Həmişə çalışırdı ki, başqasına əyri baxsın. ŞAX – ƏZİK Qalın və şax yarpaqları başında boşqab kimi
ŞAXLI – KÖHNƏ Köynəyi köhnə, amma kostyumu şaxlı idi (“Ulduz”). ŞAXLI – QIRIŞIQ Şaxlı köynəyinin üstündən qırışıq qalstukunu bağlamaq istədi
ŞAXTA – İSTİ Sizin başınızı şaxta vurmuşdur (C.Cabbarlı); Adam bilmirdi ki, istidən başını hara soxsun (“Azərbaycan”)
ŞAXTALI – BÜRKÜLÜ Sanki onu şaxtalı, boranlı qış günündə buzlu suya saldılar (İ.Şıxlı); O günün sabahı bürkülü yay axşamında Gülşən kolxoz idarəsinə g
ŞAQRAQ – KƏDƏRLİ Ömrümüzdən bir gün belə incə, şaqraq keçirdik (A.İldırım); Kədərlidir, imkandan artıqdırsa (R
ŞƏFƏQLİ – SOLĞUN Göyərçin üzü bədirlənmiş ay kimi şəfəqli idi (Ə.Vəliyev); Varaqlar solğun, sarı (R.Rza)
ŞƏFFAF – BULANLIQ Bu gecələrin birində; ayrılan yolumuz kimi; şəffaf buz kimi (R.Rza); Üfüqlər boz; elə bil ki, bir bulanlıq gölə düşüb günəş (R
ŞƏXSİ – ÜMUMİ Şəxsi məsələlərin vaxtını uzada bilərik (M.S.Ordubadi); Kolxozun ümumi iclası onları bəzi əlavələrlə təsdiq etmişdi (M
ŞƏKLƏMƏK – SALLAMAQ Gah qulaqlarını sallayır, gah da yad bir səs eşitmiş kimi şəkləyirdi (Mir Cəlal)
ŞƏLƏ – BALACA Şələ quyruğunu o yan-bu yana sürüyür (M.İbrahimov); Elə bil balaca daxma tamamilə boş idi (A
ŞƏN – CANSIXICI Şən və gülər, həmişə şad olsun (C.Məmmədov); Şəhərin cansıxıcı həyatı, bekarçılıq Hüseynqulunu təngə gətirmişdi (A
ŞƏNLƏNMƏK – KƏDƏRLƏNMƏK Günəşdən şənlənir; Geniş çöllər, ulu Tanrım (C.Cabbarlı); Baxıb dörd tərəfə kədərləndilər (C
ŞƏNLİK – QƏMGİNLİK Küçədə şənlik artmışdı (Çəmənzəminli); Evimizdə bir matəm qəmginliyi vardı (M.İbrahimov)
ŞƏR – XEYİR Şər xeyirə, xeyir şərə bağlıdır (H.Hüseynzadə)
ŞƏRƏFLİ – BƏDNAM Bu gün ən şərəfli bir gündür bizə (A.Şaiq); Çaqqal var ki, gödən çıxardar, qurdun adı bədnamdır (Ata
ŞƏRƏFSİZ – QEYRƏTLİ Heç vaxt pis əmələ qoşulmamış, şərəfsiz iş görməmişdi (S.Vəliyev); Qeyrətli cavanlarımızdan biridir (M
ŞƏRƏFSİZLİK – QEYRƏTLİLİK Anlaya bilmir ki, şərəfsizliyi; Altun dünyasında şərəf sayırlar (B.Vahabzadə); Qeyrətliyinə görə boğulub qalıb (“Ulduz”)
ŞƏRQ – QƏRB Şərqin qızıl qəndili sallanır, onu yandırın (S.Rüstəm); Düşmən çəkilir qərbə pərişan; Sən cəbhəni sükunətlə yaranda (S
ŞƏRQLİ – QƏRBLİ Sizinlə birinci dəfə görüşdükdə orijinal bir şərqli görmüş oldum (M.S.Ordubadi); Gənc qadın tam mənası ilə bir qərbli qadın qiyafəsini
ŞƏVƏ – AĞ Üzündə şəvə saqqalının xətti pozulmuş, çənəsindəki ağ tüklər çoxalmışdı (S.Qədirzadə)
ŞIDIRĞI – ARABİR Göz dolu nəvaziş daha yaxşıdır; Tərifin şıdırğı yağışlarından (S.Tahir); Mən arabir: qayğıların qayğısından bişirəm (M