NİKBİNLİK – BƏDBİNLİK Vaqiflə Vidadinin məşhur “Deyişmə”sində... sevinc ilə kədər, nikbinliklə bədbinlik, əqli-ürfani ucalıqla dünyəvi eşq qarşılaşır
NİMDAŞ – TƏZƏ Sən bir dayan, bir baxım görüm bəlkə nimdaş bir şey tapa bildim (C.Cabbarlı); – Əlbəttə, təzə maşındır (T
NİSGİL – SEVİNC Danış ki, ürəyində qalmasın bir nisgilin (S.Rüstəm); Sabirin gözlərində sevinc ifadəsi canlandı (M
NİSGİLLİ – NƏŞƏLİ Onun evə qəlbi nisgilli qayıtmasına qıymadı (İ.Şıxlı); Nəşəli həyat sürürdü (İ.Fərzəliyev)
NİZAMİ – POZUQ Demək, içərimizdə nizami əsgər yoxdur (S.Vəliyev); Özünün pozuq dəstəsi ilə dağlara dırmaşmağa başladı (“Ulduz”)
NİZAMLAMAQ – POZMAQ Xətayi öz qoşununu nizamladı (M.Ələkbərli); Dəstəni pozdu (M.İbrahimov)
NİZAMLI – POZUQ İngilis desantı nizamlı matros cərgələri ilə sahilə çıxdı (C.Məmmədov); Pozuq cərgədir, bir ölçü götürmək lazımdır
NORMAL – GİC Baş adi baş idi, qarşısındakı da normal adam idi (“Azərbaycan”); Gic toyuq yumurta aparar (Ata
NÖKƏR – AĞA Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı (Ata. sözü)
NÖKƏRLİK – BƏYLİK Lakin bu sevinc... onun tutqun, yoxsulluq və nökərlik qayğıları içərisində sönüb getdi (Mir Cəlal); Bəyliyini bizə göstərir? (M
NUR – ZƏHRİMAR Üz-gözündən nur tökülür (“Ulduz”); Keşişin qaşqabağından zəhrimar tökülürdü (İ.Fərzəliyev)
NURLU – ZÜLMƏTLİ Nurluyam bir xəzan yarpağı kimi (S.Sərxanlı); Qəfil təzadların sıçrayış yeri; Gah zülmətli olub, bu yer, gah işıq (M
OBYEKT – SUBYEKT Fellərin mənaca müxtəlifliyi subyektin fellərə qarşı, subyektin obyektə qarşı və bir fellə obyekt arasındakı münasibətdən irəli gəlir
OBYEKTİV – SUBYEKTİV Dildə omonimlərin mövcudluğu dilçilik ədəbiyyatında obyektiv və subyektiv amillərlə izah olunur (H
OBYEKTİVLİK – SUBYEKTİVLİK Hadisələri izah edərkən subyektivliyə yol vermək olmaz, onlara obyektivlik əsasında yanaşılmalıdır
ODLU – SÖNÜK Odlu gənc əllaməlik və səbirsizliklə dedi (M.İbrahimov); Yeddi qonşuya da onun sönük, lakin təsirli səsi gedərdi (Mir Cəlal)
OĞRU – DOĞRU Aləmə oğruyam, sənə ki doğruyam (Ata. sözü)
OĞRULUQ – DOĞRULUQ Niyə verdin fənayə doğruluğu; İrtikab eylədin bu oğruluğu? (M.Ə.Sabir)
OXUMUŞ – AVAM Sən oxumuş bir oğlan, avam hacılara belə yaraşmayan sözlər danışırsınız (C.Cabbarlı)
OXUNAQLI – ÇƏTİN Əsərin dili aydın və oxunaqlıdır. Əsərdə çətin tələffüz olunan sözlər vardır (“Ulduz”)
OLMAQ – ÖLMƏK Oldu ilə öldüyə çarə yoxdur (Ata. sözü)
OLUM – ÖLÜM Hamletin səsi gəldi qulağına: “Olum, ya ölüm!” R.Rza
ONDA – İNDİ Əgər onda mane olurdular, indi olmazlar (Mir Cəlal)
ORA – BURA Orada həyat başqa, burada isə bambaşqadır (M.S.Ordubadi)
ORTA – ALİ Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm (S.S.Axundov)
ORTABAB – YOXSUL Keçmişdə nə varlı, nə də yoxsul, nə aşağı, nə də ortabab olduğunu bilməyən, həmişə adamlara artıq və şübhəli gözə baxıb duran Vəli ki
ORTABOYLU – UCABOYLU Cahan xanım ortaboylu idi (M.İbrahimov); Mən Cavadam, ucaboylu; İndi isə kül adamam (C
ORTADA – QIRAQDA Ortada yeyir, qıraqda gəzir (Ata. sözü)
ORTANCIL – BÖYÜK Tacirin ortancıl oğlu da böyük qardaşı kimi cavahiri qırmağa cəsarəti çatmır (A.Şaiq)
OTURAQ – KÖÇƏRİ Oturaq həyat sürürdülər (“Ulduz”); Qürbətə uçmurmu, köçəri quşlar?! (R.Rza)
OTURMAQ – QALXMAQ Biri qalxıb, o birisi otururdu (Mir Cəlal)
OTURUŞLU – DURUŞLU Başıaçıq, sakit duruşlu, bahar geyimli rus, sanki onun üzünə gülürdü (Mir Cəlal); Sakit oturuşlu xanım bu gün gözümə qəmli görünürd
OYAQ – YATMIŞ İmir oyaq idi (M.Süleymanlı); Yatmış uşağı dəli edərsən
OYNAQ – SÜST Danışarkən nazik və oynaq qaşları onun çöhrəsini daha da cazibədar edirdi (S.Vəliyev); O bu gün süst idi
OYNAQLIQ – SÜSTLÜK Əmin ol ki, Özdəmiri səfil edən həm Afətdir, həm də onun oynaqlığıdır (H.Cavid); Süstlük onu qaradinməzləşdirmişdir (“Azərbaycan”)
ÖCƏŞKƏN – SAKİT Öcəşkən, dalaşqan uşaqdır (“Ulduz”); Sakit, ağıllı adama oxşayır (S.Qədirzadə)
ÖCƏŞMƏK – SAKİTLƏŞMƏK Bir ana şivəni, bir el qayğusu; Bir el şairinin təmiz duyğusu; Və onunla gedən bir öcəşmədir; Bir quru səhradan çıxan çeşmədir (
ÖGEY – DOĞMA Dedim ögey atadan ata olmaz bunlara (M.Eynullayeva); – Sən mənim doğma atamsan! (Ə.Vəliyev)
ÖGEYLİK – DOĞMALIQ Ögeylik bəllidir başdan, binadan;Qatı düşmənidir ilk məhəbbətin (M.Rahim); Məhərrəm çoxdan eşitmədiyi bu səsdə bir doğmalıq, bir nə
ÖLƏZİMƏK – DƏBƏRMƏK Artıq kənd ayağındakı cərgə tonqallar öləziməkdə idi (S.Qədirzadə); Sönən ocağı bir az dəbərtdi (M
ÖLMƏK – YAŞAMAQ Bizə yaşamaq da, ölmək də tanış; Bir az da başqa bir aləmdən danış! (S.Vurğun)
ÖLÜ – DİRİ Mən vaxtilə diri idim, indi isə bir ölü (C.Cabbarlı). ÖLÜ – SAĞ Qurban sağdır, amma canı nasazdır (Ə
ÖLÜLÜK – DİRİLİK Min günün ölülüyündən, bir günün diriliyi yaxşıdır (Ata. sözü)
ÖLÜVAY – BACARIQLI Ölüvay oğlu, ölüvay, dur bir sən də hərəkətə gəl (“Azərbaycan”); Çox bacarıqlı qızdır (C
ÖLÜVAYLIQ – QIVRAQLIQ Sənin ölüvaylığın ucundan bu günə qalmışıq. Bir qıvraqlıq yoxdur (Mir Cəlal)
ÖMÜRLÜK – MÜVƏQQƏTİ Ömürlük bir eşqin yolçusuyuq biz! (S.Vurğun); Müvəqqəti çətinlikdir, dözmək lazımdır
ÖN – ARXA Qoy əssin önümüzdə yağılar yarpaq kimi (S.Rüstəm); Bu vaxt düşmən arxama keçib məni gördü (S
ÖRTMƏK – AÇMAQ Elə xırman yerlərini də çayır örtmüşdü (İ.Şıxlı); Anam açardı o kitabı, kədərlənəndə (R
ÖRTÜLÜ – AÇIQ Örtülü süfrənin bir eybi olar, açıq süfrənin min eybi (Ata. sözü)
ÖTƏRİ – DİQQƏTLƏ Qonşuluq üzündən, görəndə ötəri bir salam verərdim (Mir Cəlal); Qulam keçib diqqətlə ora baxdı (S