Azərbaycan dilinin dialektoloji lüğəti.

  • GƏRMƏŞOY

    (Oğuz, Şəmkir) qəhvəyi rəngli, yumşaq qabıqlı ağac növü. – Gərməşoydan yaxşı əl ağacı olur (Oğuz)

    Tam oxu »
  • GƏRMƏŞÖY

    (Borçalı, Qazax) bax gərməşoy

    Tam oxu »
  • GƏRPƏLİ

    (Cəlilabad) qol-budaqlı. – O ağac gərpəliydi

    Tam oxu »
  • GƏRRƏNMƏX’

    (Gədəbəy, Qazax, Tovuz) kobudlaşmaq, yoğunlaşmaq (səsə aiddir). – So:x dəyif deyni səsi yaman gərrənif (Tovuz)

    Tam oxu »
  • GƏRRƏŞMƏX’

    (Qazax, Tovuz) bax gərrənməx’

    Tam oxu »
  • GƏRRİG

    (Sabirabad) çəkilik, cır tut bağı

    Tam oxu »
  • GƏRZƏK

    (Qəbələ) bax gəzzək

    Tam oxu »
  • GƏ:Sİ

    (Bakı) bəzisi. – Gə:si belə di:r, gə:si helə

    Tam oxu »
  • GƏ:ŞİK

    (Kürdəmir) bax gq:şıx

    Tam oxu »
  • GƏTİRGƏ

    (Salyan) ağacda əmələ gələn yapışqan. – Gətirgə ağajda olır

    Tam oxu »
  • GƏ:V

    (Culfa, Şahbuz, Şərur, Zəngilan) bax gev. – De:llər ki, Həsənin gə:vi xəsdədi (Zəngilan); – O oğlan həm gə:vimdi, həm də əmim oğludi (Culfa)

    Tam oxu »
  • GƏVƏN

    (Ağbaba, Kürdəmir, Təbriz, Ordubad) yabanı bitki adı (yağından dərman kimi istifadə olunur). – Gəvən yağınnan dərman hazırranır (Ordubad)

    Tam oxu »
  • GƏVƏNNƏŞMƏG

    (Salyan) böyüdükcə qol-budaqları şaxələnərək aşağı əyilmək (ağaca aiddir). – Bı ağac çox gəvənnəşib

    Tam oxu »
  • GƏVƏRƏ

    (Salyan) çoxdanışan, boşboğaz. – Çərkəz gəvərə danışan adamdı

    Tam oxu »
  • GƏVƏŞ

    (Kürdəmir, Naxçıvan, Sabirabad, Tovuz) bax gəbəş. – Gəvəş adam tənbəl olar (Füzuli)

    Tam oxu »
  • GƏVƏZ

    (Naxçıvan) çoxdanışan, boşboğaz

    Tam oxu »
  • GƏVƏZƏ

    (Ağdaş, Basarkeçər, Borçalı, Böyük Qarakilsə, Gəncə, Kürdəmir, Qazax, Naxçıvan, Salyan) bax gəvəz. – Məylisdə çox danışdığı üçün ona gəvəzə və laqqal

    Tam oxu »
  • GƏVƏZƏX’

    (Ağdam) bax gəvəz

    Tam oxu »
  • GƏVGƏZ

    I (Cəbrayıl) çox qoca II (Zəngilan) tərəvəz və bostan bitkilərini korlayan ziyanverici qurd. – Gəvgəz bamadoru da kökünnən kəsir

    Tam oxu »
  • GƏVİL

    (Ağdam, Ağcabədi) meyvəsi yeyilən yabanı bitki adı. – Gəvildən şoraba qoyuf yi:llər (Ağdam); – Gəvildən yaxşı şoraba olur (Ağcabədi)

    Tam oxu »
  • GƏVREX’

    (Meğri) kövrək. – Gəvrex’ odundu, baltanı vuran kimin şilix’-şilix’ olecex’

    Tam oxu »
  • GƏVRƏX’

    (Qarakilsə) bax gəvrex’. – Gəvrəx’ tez sınar

    Tam oxu »
  • GƏYAL

    (Oğuz) kəsək. – Yeri sürəndə görürük kü, yer gəyallı oldu, diyirik ki, bir mala qoşax yerin gəyalını əssin <əzsin>

    Tam oxu »
  • GƏYAN

    (Ordubad) bax gəvən

    Tam oxu »
  • GƏYƏN

    I (Biləsuvar, Ordubad) ikirəng II (Qazax) aylı, aydın (gecə). – Gəyən gejələrdə yeri əx’məy olar

    Tam oxu »
  • GƏYƏV

    (Cəbrayıl) kürəkən

    Tam oxu »
  • GƏYİŞMƏG

    (Lerik, Yardımlı) məsləhətləşmək

    Tam oxu »
  • GƏYNİMƏX’

    (Ağbaba) açılmaq. – Hava yavaş-yavaş gəyniyir

    Tam oxu »
  • GƏZ

    I (Göyçay, Kürdəmir, Mingəçevir, Oğuz, Ucar) çəpərin tapdanmış, iz düşmüş yeri. – Çəpərə gəz düşüp (Kürdəmir); – Gamış gəzdən keşdi (Ucar) II (Cəbrayı

    Tam oxu »
  • GƏZAL

    (Ağdaş, Göyçay, Kürdəmir, Ucar) bax gazal. – Gəzal çox acı olur (Ağdaş); – Gəzalnan keşmişdə yara sağaldırdılar (Ucar)

    Tam oxu »
  • GƏZALIŞ

    (Kürdəmir) sarımtıl. – Naxoşun rəngi gəzalış olur

    Tam oxu »
  • GƏZAN

    (Ağdam) gön doğrayan alət. – Gəzan al, gönü doğra

    Tam oxu »
  • GƏZDƏX’

    (Çənbərək, Qazax) aşırım, dağ keçidi. – Gəzdəx’də mal həmməşə müələ yığılır (Çənbərək)

    Tam oxu »
  • GƏZDƏMƏG

    (Yardımlı) nişan vurmaq. – Əğəci gəzdə aparmasunnər

    Tam oxu »
  • GƏZDƏMƏX’

    (Ağdam) vəlin altına daş və dəmir parçaları keçirmək. – Vəlin altın gəzdiyirdix’, daş doldururdux

    Tam oxu »
  • GƏZDİK

    (Yardımlı) bıçaq

    Tam oxu »
  • GƏZƏ

    (Dərbənd) bax gezə

    Tam oxu »
  • GƏZƏL

    (Ağcabədi, Basarkeçər, Borçalı, Füzuli, Gədəbəy, Xocavənd, Qazax, Tovuz) bax gazal. – Eymiyi gəzəlnən də boamağ olor (Gədəbəy); – Gəzəlnən ip boaner (

    Tam oxu »
  • GƏZƏN

    (Təbriz) başmaqçılıqda işlədilən alət. – Gəzən başmaqçılarda olurı

    Tam oxu »
  • GƏZƏNƏ

    (Bakı, Lənkəran, Ordubad) bax geznə. – Gəzənə çox dərtdərin mərhəmidi (Bakı); – Ot çalarkən gəzənə əlimi daladı (Ordubad)

    Tam oxu »
  • GƏZƏNGİ

    (Şəki) bitki xəstəliyi adı

    Tam oxu »
  • GƏZƏNTƏ

    (Cəlilabad) dilənçi. – Gəzəntə çoxeydi, gəzəntənin əlinnən qaçeydi adam

    Tam oxu »
  • GƏZƏRGİ

    (Tovuz) çox gəzən, gəzəyən (adam). – Şa:bbas gəzərgi adamdı

    Tam oxu »
  • GƏZGİNTİ

    (Gədəbəy) bax gəzəngi. – Bu il yarpaxlara gəzginti tüşüf

    Tam oxu »
  • GƏZİ

    (Qazax) ilk buğayagəlmə vaxtını ötürən mal düyəsi. – Baha aldıx, ucuz satdıx, yanına da bir gəzi qatdıx

    Tam oxu »
  • GƏ:ZİK

    (Zəngilan) nəfəs borusu. – Quyruğun qəpi arasınnan çıxıb deyin gə:ziyin ge:yib

    Tam oxu »
  • GƏZİM

    (Şərur) gəzməli yer. – Tiflisin xoş gəzimi var

    Tam oxu »
  • GƏZİR

    (Oğuz) dağ keçisinin balası

    Tam oxu »
  • GƏZMƏ

    (Dərbənd) qarovulçu. – Mal ekinə, hacıbuğdaya girməsin deyni gəzmə qoyadılar

    Tam oxu »
  • GƏZYAZMA

    (Basarkeçər, Borçalı, Qazax, Meğri, Şəmkir, Tovuz) ilk buğayagəlmə vaxtını ötürən mal düyəsi. – Bü:n bazarda bir yaxşı gəzyazma düyə satıldı (Basarkeç

    Tam oxu »