GƏ:V

(Culfa, Şahbuz, Şərur, Zəngilan)
bax gev . – De:llər ki, Həsənin gə:vi xəsdədi (Zəngilan); – O oğlan həm gə:vimdi, həm də əmim oğludi (Culfa)
GƏTİRGƏ
GƏVƏN
OBASTAN VİKİ
Andrey gəvəni
Andrey gəvəni (lat. Astragalus andreji) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Andrey gəvəni Azərbaycanın endemik bitkisidir. İlk dəfə Bozdağ sahəsində 1953-cü ildə təsvir edilmişdir. == Botaniki təsviri == 80-150 sm hündürlükdə, budaqları şaxəli, uzun və möhkəm tikanlıdır. Yarpağı 2-3,5 sm uzunluqda, 4-6 cüt ellipsvari və neştərvari formalı, yarpağını tökən koldur. Yumurtavari yarpaq altlıqlarının ucu neştərvari, 5-6 mm uzunluğunda, ağ tüklüdür. Tədricən tamamilə çılpaqlaşır və sarımtıl rəngdə olur. Çiçək altlıqları kasacığa bərabərdir. Yarpaqların qoltuğundan çıxan 2-3 ədəd çiçəkləri 2-9 sm uzunluqda sünbülvari çiçək qrupu əmələ gətirir.
Bakı gəvəni
Bakı gəvəni (lat. Astragalus bakuensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" CR B1ab (i, ii, iii, iv, v). Regional IUCN Statusu - CR B1ab (i, ii, iii, iv, v). == Botaniki xarakteristikası == Gövdəsiz, cüzi tüklü qabarmış, 5-15 sm hündürlükdə, otvari çoxillik bitkidir. Yarpaqları 4-22 sm uzunluğunda, 12-20 cüt, yumurtavari, dəyirmi-yumurtavari və ya uzunsov-ellipsşəkillidir. Salxım çiçək qrupu 4-6 çiçəklidir. Kasacıq borucuqlu, xətti-bizvari dişlidir, borucuğa nisbətən 4 dəfə kiçikdir. Tac 30 mm uzunluğunda; Lövhə bayraqvari, oval şəklindədir və ya tərs yumurtavari, uzunsov ellipsşəkillidir, tünd-qırmızı, qəhvəyidir. Yumurtalıq 8 sm uzunluğunda, tüklü, uzun ayaqcıqlıdır.
Bekker gəvəni
Bekker gəvəni (lat. Astragalus beckerianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiya-Pamir-Alayda (Səmərqənd dağları) təbii halda yayılmışdır. == Botaniki təsviri == Xırda budaqcıqlı, 7-15 sm hündürlükdə, yerə yatıq kolcuqdur. Yarpaqcıqları 6-8 cüt, xətvarı, ucu şiş, üstdən tüksüzdür. Paxlası oturan, uzunsov, biryuvalı, çoxtoxumludur. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda toxum verir. Generativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur.
Biyanyarpaq gəvən
Biyanyarpaq gəvən (lat. Astragalus glycyphyllos) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Boz gəvən
Dovşanquyruğu gəvən
Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır.
Düzyarpaq gəvən
Düzyarpaq gəvən (lat. Astragalus strictilobus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanda Talaqon dərəsində tapılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-40 sm, çətirinin diametri 80 sm olan, sıxbudaqlı, yastıq əmələ gətirən, yarpağını tökən, tikanlı koldur. Tikanları 4-13 sm uzunluqda, möhkəm və yaxud çox oraqvarı əyilmiş, cavanları açıq sarımtıl rəngli olub, yuxarıya meyillidir. Yarpaqaltlıqları cavan vaxtında 1 sm uzunluqda, keçəvari tüklü, darçını rəngdə, sarımtıldır, sonradan azca əyilir. Yarpağı 3-5 cüt, yarpaqcıqları uzunsov- neştərvari, hər iki tərəfdən sıxılmış, tikanlı, keçəvaridir. Çiçəyi sarı, hər yarpağın qoltuğundan 5-7 ədəd çıxaraq, uzunsov, bəzən yumurtavari, 3-5 (8) sm uzunluqda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvari, uzun, ucu şiş, üzəri ağ, keçəvari tüklü, kasacığa bərabərdir. Kasacığı qalın, ağ tüklü olub, 8 mm uzunluqda dişləri vardır.
Fars gəvəni
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir. == Botaniki təsviri == 25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss. == Ekologiyası == Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.
Fyodorov gəvəni
Göl gəvəni
Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir. == Botaniki təsviri == 7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. == Ekologiyası == Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.
Gəvahir (Azərşəhr)
Gəvahir (fars. گواهر‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (31 ailə).
Gəvaşin (Sərab)
Gəvaşin (fars. گواشين‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 266 nəfər yaşayır (62 ailə).
Gəvic (Heris)
Gəvic (fars. گويج‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 768 nəfər yaşayır (16 ailə).
Gəvikçay
Gəvikçay — Culfa rayonu ərazisində çay, Əlincəçayın sağ qoludur. == Haqqında == Qavaxlı dağından başlanır. Əlincəçayın mənsəbindən 49 km məsafədə ona tökülür. Uzunluğu 12 km, hövzəsinin sahəsi isə 24 kv. km-dir. Əsasən qar və yağış suları ilə qidalanır. Yaz-yay daşqınları olur.
Gəvinərud (Miyanə)
Gəvinərud (fars. گاوينه رود‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 415 nəfər yaşayır (85 ailə).
Gəvlən (Salmas)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Gəvlən (Salmas-Kürəsinli)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Gəvlən (Salmas-Zolaçay)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Zolaçay kəndistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 209 nəfər yaşayır (40 ailə).
Gəvək dağı
Gəvək dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1718,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli eyniadlı şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.
Gəvən
Gəvən (lat. Astragalus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Andrey gəvəni (Astragalus andreji Rzazade) Çin gəvəni (Astragalus chinensis L.fil.) Tükcüklüçiçək gəvən (Astragalus dasyanthus Pall.) Biyanyarpaq gəvən (Astragalus glycyphyllos L.) Zarlı gəvən (Astragalus membranaceus Bunge) (=A.penduliflorus Lam.) Monqol gəvəni (Astragalus mongholicus Bunge) (=A.penduliflorus Lam.) Sıxyarpaq gəvən (Astragalus picnophyllus Stev.) Keçəbudaq gəvən (Astragalus piletocladus Freyn et Sint.) == Bakı gəvəni == Status. Azərbaycanın nadir endem bitki növüdür. Yayılması. Abşeron yarımadasında, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri ətrafında. Bitdiyi yer. Dənizkənarı qumluq sahələrdə. Ehtiyatı. Çox azdır.
Gəvəndağ (Bicar)
Gəvəndağ (fars. گوندگ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 65 nəfər yaşayır (15 ailə). Əhalisini kürdlər təşkil edir.
Gəvəndərə (Xudabəndə)
Gəvəndərə (fars. گوندره‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 799 nəfər yaşayır (185 ailə).
Gəvəni tıs-tıs
Gəvəni tıs-tıs (lat. Acantholimon tragacanthinum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Anadolunun şimal-şərqi, İranın şimal-qərbində geniş yayılmışdır. İranın qərbindən təsvir olunmuşdur. == Botaniki təsviri == 10 sm-dək hündürlüyü olub, budaqlanmamış və ya bir-iki budaqlı kolcuqdur. Yarpaqları boz-göyümtül, 1-3 (4) sm uzunluqda, yuxarı yarpaqlardan fərqli olaraq üfüqi yerləşib və ya aşağı yönəlmişlər. Sünbülcükləri 10 mm uzunluqdadır. Kasacığı 8 mm uzunluqda olub, aydın seçilən, qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacıq borusunun 2/3-4/5 hissəsini təşkil edir, neştərşəkilli və ya uzunsov kürəşəkillidir. Xarici çiçəkaltlığı geniş yumurtavari olub, iti və daxili çiçəkaltlıqlarının 1/2-4/5 hissəsini təşkil edir.
Gəvəzləh (Sərdəşt)
Gəvəzləh (fars. گوزله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (18 ailə).
Hirkan gəvəni
Hirkan gəvəni (lat. Astragalus hyrcanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Dağıstanın Dərbənd şəhəri ətrafında təsvir еdilmişdir. == Botaniki təsviri == 50-90 sm hündürlükdə, çox budaqlı, yarpağını tökən yarımkoldur. Gövdəsinin aşağı hissəsi ağaclaşmış, üzəri çökək, ağ tüklüdür. Yarpağı 4-6 cüt, еnsiz, xətvari, yaxud uzunsov-еllipsvari, 5–15 mm еnində, yuxarısı nisbətən az, aşağısı sıx, ağ tüklüdür. Paxlasının uzunluğu 7 sm-ə, еni isə 1–2 mm-ə çatır, ucu bizvari əyilmiş, üzəri yumşaq, еllips formalı, hər iki ucdan nazikdir. Saplağı 1–2 mm uzunluqda, ağ tüklüdür. Yabanı şəraitdə iyul-avqustda çiçəkləyir. Mеyvəsi avqust-sеntyabrda yetişir.