Azərbaycan dilinin dialektoloji lüğəti.

  • HÖRQƏLƏNMƏX’

    (Cəbrayıl) hürkmək. – Ə:, inəx’ hö:rqələndi, onu qaytar

    Tam oxu »
  • HÖRMÜŞ

    (Şəki) sünbüllü ot adı

    Tam oxu »
  • HÖRTDƏTMƏX’

    (Ağdaş, Gəncə, Xanlar) başına çəkib içmək. – A qızım, ürəyim yanır, o ayrannan ver hörtdədim (Ağdaş); – Hörtdətdi işdi, yanı suçulama işdi (Gəncə)

    Tam oxu »
  • HÖRÜX’

    I (Bərdə, Qarakilsə, Salyan) heyvanı otlaqda bağlamaq üçün uzun ip, kəndir. – O hörüyü gəti, atı hörüx’lə:jəm (Bərdə) II (Qarakilsə, Şərur) bax hörük

    Tam oxu »
  • HÖRÜX’ÇÜ

    (Qazax) bənna

    Tam oxu »
  • HÖRÜX’LƏMƏX’

    (Bərdə, Şərur, Qarakilsə) heyvanı otlaqda uzun ip, kəndirlə bağlamaq. – Dana ajdı, onu apar, otdu yerə hörüx’lə (Bərdə)

    Tam oxu »
  • HÖRÜMLƏMƏG

    (Salyan) hörmək, toxumaq. – Gör hörümçəg nə yaxşı tor hörümli: b

    Tam oxu »
  • HÖRÜYƏYĞİ

    (Basarkeçər) bir il dincə qoyulan yer. – Yeri payız şumli:rix’ əkirix’, gələn payız biçinnən sonra ora hörüyəyğı olur

    Tam oxu »
  • HÖ:SİMƏK

    (Bakı, Salyan) deyinmək, şikayətlənmək. – Hacağa sə:n dalucan hö:- si:rdi (Bakı)

    Tam oxu »
  • HÖ:SÜN-HÖ:SÜN

    (Bakı) tələsə-tələsə. – Hardan gəlirsən belə hö:sün-hö:sün?

    Tam oxu »
  • HÖSÜT

    (Qax) tərs <adam>. – Ho ne hösüt adamdı?

    Tam oxu »
  • HÖ:Ş

    (Oğuz) bax höyüş. – Hö:ş yerdə oturma, xəstələnərsən

    Tam oxu »
  • HÖŞÜL

    (Başkeçid, Borçalı) un horrası. – Yamannamış inəyə höşül çəkəllər (Borçalı)

    Tam oxu »
  • HÖŞÜLLƏMƏX’

    (Gədəbəy) evə şirə çəkmək. – Bir əz höşül qayır, qoy öyün içini höşüllə:x’

    Tam oxu »
  • HÖ:T

    (Qəbələ) quyu. – Get, hö:tdən su gətir

    Tam oxu »
  • HÖTÜLLÜTÜ

    (Zaqatala) boydan uzun, ağıldan kəm. – Bizim bu Əhməd hötüllütünün biridi

    Tam oxu »
  • HÖTÜLLÜTÜLÜX’

    (Zaqatala) ağılsızlıq. – Əli cama:t arasında hötüllütülüx’ eli:rdi

    Tam oxu »
  • HÖ:ÜL ELƏMƏK

    (Salyan) səksənmək, qorxmaq. – Arvad qarannığda hö:ül eliyir

    Tam oxu »
  • HÖ:ÜR

    hö:ür salmax: (Biləsuvar, Zaqatala) məhəbbət salmaq. – Həsən Əlinin qızına hö:ür salıb (Biləsuvar)

    Tam oxu »
  • HÖ:ÜRALAN

    (Gədəbəy) buğayagəlmə vaxtı çatmış düyə. – Bir hö:üralanım var

    Tam oxu »
  • HÖÜRƏ GETMƏX’

    (Göyçay) məhəbbət salmaq

    Tam oxu »
  • HÖ:ÜRRƏŞMƏX’

    (Gədəbəy) bax hö: rəşməx’. – Hö:ürrəşdimi öküzdər bir-birinə?

    Tam oxu »
  • HÖ:ÜŞ

    (Çənbərək, Göyçay, Qazax, Quba, Mingəçevir) bax höğüş. – Hö:üş odunnar yanmaz, quy bir az qalsun, qurusun (Quba)

    Tam oxu »
  • HÖVƏ

    (Bakı) bax həvə

    Tam oxu »
  • HÖVGƏLDİ

    hövgəldi eləməx’: (Şuşa) kütləvi kömək etmək. – Gedəx’, Hafizəyə hövgəldi eliyəx’

    Tam oxu »
  • HÖYƏ

    I (Qarakilsə) əkin üçün və ya da biçin üçün hər kəsə düşən yer payı. – Bı yerin höyəsi o yerə görə çox uzundu II (Zəngilan) əkmək üçün uzununa ayrılmı

    Tam oxu »
  • HÖYÜC

    (Qazax) kəklikotu. – Saηa soyux dəyifsə, bir əz höyüc çayı iç

    Tam oxu »
  • HÖYÜRRƏŞMƏX’

    (Qazax) isinişmək, alışmaq. – Uşax yeηi yedəndə durmordu baxcada, indi höyürrəşif

    Tam oxu »
  • HÖYÜŞ

    I (Ağdam, Gəncə, Kürdəmir, Qazax, Qəbələ, Mingəçevir, Oğuz, Şəki, Şəmkir, Tovuz, Yevlax) bax höğüş. – Bala, höyüş yerdə uzanma, azarlarsan (Mingəçevir

    Tam oxu »
  • HÖYÜŞDÜX’

    (Qazax, Ucar) nəmişlik. – Torpağ höyüşdüx’ olduğunnan işdəməx’ olmur (Ucar)

    Tam oxu »
  • HÖYÜT

    (Balakən) göl

    Tam oxu »
  • HUALAMMAX

    (Qazax) 1. yaxşılaşmaq 2. istiləşmək <havaya aiddir>. – Yaman so:- ğuydu hava, indi hualandı

    Tam oxu »
  • HUAR

    (Qazax) bax hoar

    Tam oxu »
  • HUAS

    (Qazax) həvəs. – Munu ağlatmağa huasıη var, eləmi?

    Tam oxu »
  • HUASIMAX

    (Qazax, Tovuz) həvəslənmək. – At minməyə elə huasıyıram kın! (Tovuz)

    Tam oxu »
  • HUBAB

    (Şərur) şanapipik

    Tam oxu »
  • HUL

    (Basarkeçər, Cəbrayıl, Gədəbəy, Qazax, Tovuz) dik, yuxarı ◊ Hul atmax (Tovuz) – yuxarı atmaq. – Uşax topu hul atdı

    Tam oxu »
  • HULAY

    (Oğuz) uzundraz

    Tam oxu »
  • HULQUM

    hulqum eləmax: (Şəki) mühasirəyə almaq. – Bizi hulqum eləmisən, cama:tı qırırsan

    Tam oxu »
  • HULU

    I (Bakı) şaftalı növü II (Cəlilabad) cır armud növü

    Tam oxu »
  • HULUĞ

    (Cənubi Azərbaycan) yabanı bitki <təbabətdə bu bitkinin suyundan baş ağrısını kəsmək üçün istifadə olunur>

    Tam oxu »
  • HULUMÇAX

    (Cəbrayıl) yelləncək. – Vəli çinarda hulumçax asdı

    Tam oxu »
  • HUMAY

    I (Kəlbəcər) qaza oxşar ağ rəngli quş. – Meşədə humay qərəvışdan az olur II (Göyçay) ağ çit, humayın ağı

    Tam oxu »
  • HUR

    (Meğri) bax hor II. – Bu hur çüyaldı, munu Məlex’ fağır toxuyup

    Tam oxu »
  • HUŞAHUŞ

    (Salyan) qalmaqal, hay-küy. – Orda nə huşahuşdu?

    Tam oxu »
  • HUŞDURUM

    I (İmişli, Oğuz) 1. yalan, uydurma 2. boş, mənasız şey. – Bu huşdurum sözzi, inanmeyin oa <ona> (İmişli) II (Kürdəmir) huşsuz

    Tam oxu »
  • HUY

    huy olmağ: (Bakı) yoxa çıxmaq

    Tam oxu »
  • HUYDULUM

    (Şəmkir) yelbeyin

    Tam oxu »
  • HUYDUM

    (Əzizbəyov) bax huydulum

    Tam oxu »
  • HUYDUMAĞAC

    (Gəncə) uşaq oyunu adı. – Gəlin huydumağac oynayax

    Tam oxu »