(İmişli) biz (tüfəngdə) Mil getməx’ (İsmayıllı) – düz getmək. – Kişiyə söz lap kar elədi, mil getdi
(Culfa, Naxçıvan, Şərur) üzüm asmaq üçün xüsusi ağac. – Üzüm milaxdan asılır, qalır (Şərur); – Milax bir put birdən üzüm saxlı:r (Naxçıvan)
milçəy’ əx’məx’: (Gəncə) (sahəni) – ikitərəfli əkmək. – Bu yeri milçəy’ əx’məx’ yaxşı olar
(Ağdam, Xocavənd) qoyunun boğazından sallanan bir cüt vəz
milçəyçıxan vaxdı: (Salyan) yazın ortaları. Milçəyçıxan vaxdı Şirvana gedirük
(Çənbərək) arzu, istək. – Ziyrətdin höjətdi, gərəy onun mileyminnən gedəsən
(İsmayıllı) hiyləgər, bic. – O:n yazığ görünməyinə baxma, yaman milə adamdı
(İsmayıllı) çübuq, nazik ağac. – Meşədən odun gətirən çağı bir əz də milil gətrüz
(İmişli) bir yerdə durmaq, tərpənməmək. – Qaşqato:uğ gəldi, çala:n ortasında milləndi
(Cəbrayıl) şikəst, əlil
(Ağcabədi) döşəkçə
(Quba) gödək, qısaboy (adam). – U mimig adamdu, buyi çıxmiyədü ki, çıxmiyədü
(Salyan) üzüm növü. – Bir put minaxafa aldım
(Quba) paltar sərilən ip. – Git mincərdən paltalları yığ
(Dərbənd) muncuq
(Tabasaran) oxlov. – Minçava sinitdü, çüreg yaymağ ulmayutdu
(Quba) geyilmiş, nimdaş. – Üzi mindaşdu, amma uzağdan təzəyə uxşiyadu
(Zaqatala) 1. çiyin 2. boyun. – Yaxşı atı mindovunnan bilməx’ olar
(Çənbərək, Qazax, Naxçıvan) bax mindov. – Elə hündür oğlandı mindoyuna əl çatmır (Qazax); – Gəlip mindoyu yaralanıf (Naxçıvan)
(Qəbələ) ot tayasının ortasına sancılmış ağac
(Qazax, Tovuz) üçyaşar at
(Çənbərək, Gəncə, Qarakilsə, Qazax, Mingəçevir, Şəmkir) əl çəkməmək, qarayaxalıq etmək. – Məni nə mingirreyifsən? (Qazax); – Əli gənə Həsəni mingirriy
(Salyan) çox, həddindən artıq. – Bı yıl (il) üzüm minkeşmə olub
(Culfa) geyim, paltar adı. – Əynində mintənəsi var
(Cəbrayıl) paxır. – Sərnici mir yeyib deşilib
(Basarkeçər) südlü horra. – Mirahaf isinib ha
(Göyçay) toxumdan yenicə çıxmış baramaqurdu. – Körpə mircə verillər
(Cənubi Azərbaycan) yeməli yabanı bitki adı. – Mirçalığ, çayda çalıx, Ay nənə, mənə çit arxalıx
(Lənkəran) axmaz, gölməçə. – Mirdoda su çox var
(Kürdəmir, Quba) əriştə. – Anam pilo bişirəndə dügiyə mirəsə də qarışdıradu (Quba)
(Qarakilsə) rütbəli şəxs. – Mirəsfa deyir, göndərillər gəlir mını
I (Salyan) pas. – Turbaları mirgə basıb II (Lerik) güvə. – Yuyilmiş yünə mirgə tez dəyər
(Lənkəran) xörək adı (ətdən hazırlanmış turşməzə xörək). – Arvad, axşama mirqutuş pişir
(Sabirabad) mehribanlıq
I (Gəncə) qayın II (Qazax) balıq adı
(Şahbuz) elti
(Salyan) iştah. – Mi:sim çəkmədi ki, əlimi sıfrıya uzadam
(Quba) bax mizqan I. – Miskan bir az balaca uladu, kim bilsə çaladu
(İrəvan) üzüm növü. – Misqalının qabığı qalındı
(Dəvəçi, Xaçmaz, Quba) xəsis, simic. – Misqi adam canına hiç yiməz, hamısını yığar saxlar (Quba); – Əhməd yaman misqi adamdı (Xaçmaz)
(Basarkeçər, Naxçıvan) təmizkar. – Güllücə mismil qızdı (Basarkeçər)
(Dərbənd) xışın dəstəsi. – Misti xişdə takdu
(Balakən) bax maş. – Bu il miş-miş da əkdix’
(Quba) gicişmək. – Hiç bilmidəm nə ulub, bədənim elə mişalağlandu ki
(Ordubad) suvarma zamanı artıq suyun toplandığı yer. – Mişdovluxda bir ilan gördüm
(Quba) 1. soyuqqanlı 2. laqeyd. – Mən unun kimi mişəxət adam gürməmişəm
(Quba) 1. soyuqqanlıq 2. laqeydlik. – Nə ulsa, u üz mişəxətduğunnan əl çəkmiyədü
(Tərtər) üzüm növü. – Mişgit yeməli üzüm dö:il
(Cəlilabad) otu yeyəndən sonra malın qabağında qalan çör-çöp
(Dərbənd, Xudat, Quba) ərik, qaysı. – Bağa gideg mişmişi sirkələməgə (Dərbənd)