Azərbaycan dilinin dialektoloji lüğəti.

  • NƏMƏTGAN

    (Salyan) duzqabı

    Tam oxu »
  • NƏMGƏL

    (Qax) oraq

    Tam oxu »
  • NƏMİ

    I (Ağcabədi, Ağdam, Çənbərək, Füzuli, Gədəbəy, Qazax, Qubadlı, Laçın, Salyan, Şamaxı, Şuşa, Tərtər, Tovuz) 1

    Tam oxu »
  • NƏMİYƏ

    (Balakən) bax nəməniyə. – Nəmiyə bizə gəlmirsən?

    Tam oxu »
  • NƏMİYİN

    (Cəlilabad) bax nəleyin

    Tam oxu »
  • NƏMRÜT

    (Gədəbəy) eymənin üzünə yığılan çirk. – Pıçaxnan, ya da qaşıxnan təmizdə nəmrütü eymədən

    Tam oxu »
  • NƏMÜJMƏL

    (Cəbrayıl) naməlum. – Mə:m getməyim nəmüjməldi

    Tam oxu »
  • NƏNƏ

    I (Ağdam, Ağcabədi, Ağdərə, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Goranboy, Göyçay, Kəlbəcər, Qazax, Laçın, Lənkəran, Ordubad, Şərur, Tərtər, Tovuz)

    Tam oxu »
  • NƏNƏBİZİ

    (Quba) uzunsov. – Mən bağda nənəbizi alça yeməgə gidirəm

    Tam oxu »
  • NƏNƏCİY

    (Gədəbəy) quş adı

    Tam oxu »
  • NƏNƏDİVİ

    (Qazax) qazanın dibində qalan plov. – Maηa nənədivi ver

    Tam oxu »
  • NƏNƏGƏZALI

    (Kürdəmir) dovğaya tökülən yabanı bitki adı

    Tam oxu »
  • NƏNƏHER

    I (Naxçıvan) kobud II (Meğri) kök və zorba. – Qapan tərəfdə nənəher arvatdar çoxdu

    Tam oxu »
  • NƏNƏİG

    (Bakı) gec başa düşən, key

    Tam oxu »
  • NƏNƏK

    (Zaqatala) dərman bitkisi adı. – Anam məni nənək çayınnan tərrətdi

    Tam oxu »
  • NƏNƏQAZAR

    (Oğuz) yerkökü

    Tam oxu »
  • NƏNƏQIÇİ

    nənəqıçi verməg: (Yardımlı) açıq vermək, hirsləndirmək. – Sənə nənəqıçi verey, fikir vermə

    Tam oxu »
  • NƏNƏLİK

    (Bərdə, Lənkəran, Tərtər) ögey ana. – Zəhrənin nənəliyi ona yaxşı baxır (Bərdə)

    Tam oxu »
  • NƏNƏMNƏHRƏ

    (Gədəbəy, Qazax, Tovuz) bax namənnəhrə. – Qulamın bir nənəmnəhrə qızı var kı, balaja qapıdan keşməz (Qazax)

    Tam oxu »
  • NƏNƏMÜZÜMÜ

    (Cəbrayıl) üzüm növü adı

    Tam oxu »
  • NƏNİX’

    (Mingəçevir, Ucar) bax nanığ. – Nənix’ adam adamı yarıtmaz (Ucar)

    Tam oxu »
  • NƏNİY

    (Bakı, Şamaxı) bax nanığ. – Özüvi xəlqə nəniy tanıtma (Bakı)

    Tam oxu »
  • NƏPİK

    (Qax) pis nəfsli

    Tam oxu »
  • NƏPSİCAR

    (Zaqatala) acgöz

    Tam oxu »
  • NƏR

    (Lənkəran) sükanı keçirmək üçün gəminin arxasına vurulan dəmir halqa. – Əmir, sükanı nərə sal, yola düşəg

    Tam oxu »
  • NƏRDİVAN

    (Borçalı, Dərbənd, Füzuli, Hamamlı, Qazax) pilləkan. – Abdul əvçin yəxşi nərdivan düzəltdü (Dərbənd); – Nərdivannan oxarı çıxer, aşağı tüşöllər (Borça

    Tam oxu »
  • NƏRDİYAN

    (Ağdaş, Mingəçevir) laydır. – Arabıya nərdiyan qayırdım (Ağdaş)

    Tam oxu »
  • NƏRDİYANNAMAX

    (Ağdaş) laydırlamaq. – Arabamı nərdiyannamağ isdiyirəm

    Tam oxu »
  • NƏRƏ

    I (Ordubad) evin üstünə qoyulan böyük tir. – Nərəmiz sınıb II (Salyan) erkək dəvə. Yetimin yekə dərdi, Yüklənib lökə dərdi

    Tam oxu »
  • NƏRƏDÖŞ

    (İmişli) qamətli, cüssəli. – Savağ açıldı, bir nərədöş oğlan gəldi

    Tam oxu »
  • NƏRƏX’

    (Şəmkir) çoxdanışan, uzunçu. – Bir nərəx’ qarıdı kı, dindirənnən so:ra kiriyəsi döy

    Tam oxu »
  • NƏRƏXƏR

    (Bakı) çox böyük, nəhəng

    Tam oxu »
  • NƏRƏTAZ

    (Kürdəmir) yöndəmsiz

    Tam oxu »
  • NƏRƏVİS

    (Gəncə) tərs <at>. – Nərəvis atı satdım

    Tam oxu »
  • NƏRGƏ

    (Şamaxı) lərgə. – Nərgə yiyilir

    Tam oxu »
  • NƏRGİ

    I (Qax, Mingəçevir, Şəki) toxumluq soğan. – Beş ləh nərgi ehmişux biyilləri (Şəki) II (Mingəçevir) keçi xəstəliyi

    Tam oxu »
  • NƏRGİLİX’

    (Şəki) toxumluq soğan əkilən yer. – Nərgilix’də toxum yetişifdi

    Tam oxu »
  • NƏRGİZAVA

    (Quba) sarı buğda, buğda növü. – Biyil nərgizava əkmədux

    Tam oxu »
  • NƏRİ

    (Şəki) dəmirçi çəkici. – Nərinnən vur

    Tam oxu »
  • NƏRMADA

    (Salyan) qapı və ya pəncərə çərçivəsi. – Nərmada olmasa qapı diyammaz; – Nərmada mö:kəm olsa, qapı yaxşı durar

    Tam oxu »
  • NƏRMAYI

    (Göyçay, Mingəçevir) qapı cəftəsi

    Tam oxu »
  • NƏRMƏ

    (Dərbənd) üzüm növü adı. – Nərməni lügəndəyə çəküb çubuğ quyar tikinə

    Tam oxu »
  • NƏRNƏX’

    (Cəbrayıl) şərik. – Birinin on qoyunu var, onun mən gətirif qatıram, onun da başqası, olurux nərnəx’

    Tam oxu »
  • NƏS

    I (Cəlilabad, Tovuz) tərs. – Çox nəs adamsaη, söz eşitmirsən (Tovuz) II (Dərbənd) çərşənbə axşamı

    Tam oxu »
  • NƏSDİX’

    (Tovuz) tərslik. – Az nəsdiy elə, a bala, adam höjət olmaz

    Tam oxu »
  • NƏSLƏ

    (Gədəbəy) tamahkar. – Naman belə nəslə adammış o kişi

    Tam oxu »
  • NƏSSƏ

    (Culfa) ləqəb, ayama. – Adam çağıranda qabaxca o:un nəssəsini çağrıllar

    Tam oxu »
  • NƏSSİG

    (Cəlilabad) bax nəsdix’. – Məni nəssig tutdi, getmədim

    Tam oxu »
  • NƏŞDO

    nəşdo eləməx’: (Ağdam, Xocavənd) qəlyanaltı etmək. – Nəşdo eləmişəm, yanı bir az yemişəm (Ağdam)

    Tam oxu »
  • NƏT

    (Zərdab) bıy, oy. – Nət, şalvarımın dizi cırılıf

    Tam oxu »