Azərbaycan dilinin dialektoloji lüğəti.

  • QAJIRĞA

    qajırğa eləməx’: (Çənbərək, Karvansaray) adət etmək, vərdiş etmək. – Oruc qajırğa eliyif deyin, hər gün tezdən durur (Karvansaray)

    Tam oxu »
  • QAJİR

    (Oğuz) quzğun. – Qajir ət yi:r

    Tam oxu »
  • QAJMILLAMMAX

    (Gədəbəy) höcətləşmək. – Qajmıllanıf kimə nelə:jəx’siη?

    Tam oxu »
  • QAJMİR

    (Şəmkir) bax qajır. – Mən qajmir adamam

    Tam oxu »
  • QAKU

    (Quba) boynu tüksüz toyuq. – Bizim qaku cinsinnən to:ğlarımız var

    Tam oxu »
  • QAQA

    I (Oğuz, Zaqatala) qoza. – Ağacdan düşən qaqanı donuz yidi (Zaqatala); – Palıdın iri-iri qaqaları olur (Oğuz) II (Zəngibasar) bax qaqqa I

    Tam oxu »
  • QAQAC

    (Zaqatala) ağacdələn

    Tam oxu »
  • QAQAL

    (Qax) bax qaqa I

    Tam oxu »
  • QAQALEY

    (Zaqatala) sacda bişirilmiş qarğıdalı çörəyi. – Anam qaqaley bişirdi

    Tam oxu »
  • QAQQA

    I (Ağcabədi, Kəlbəcər, Ucar) hər növ şirniyyat (və ya meyvə) (uşaq leksikonunda). – Ay qız, gə sq: qaqqa vereyim (Kəlbəcər); – Gə sənə qaqqa verim (Uc

    Tam oxu »
  • QAQQA-BİLLƏ

    (Ucar) bax qaqqa I. – Gə sənə qaqqa-billə verim

    Tam oxu »
  • QAQQILIMGÖZƏLPENDİR

    (İmişli) uşaq oyunu adı

    Tam oxu »
  • QAQQO:

    (Lənkəran) qağayı. – Də:zin üsdünnən qaqqo:lar uçur

    Tam oxu »
  • QAQUŞXARƏK

    (Dərbənd) quş adı. – Qaquşxarək payiz uldi, buralarda ular

    Tam oxu »
  • QAL

    (Salyan) savaş, dava. – Adam hər şeydən ötrü qal salmaz

    Tam oxu »
  • QALA

    (Salyan) böyük səhəng. – Qalanı su:nan doldırıb quyya salıruğ ki, sui sərin olsın

    Tam oxu »
  • QALABA

    (Salyan) böyük. – Sən də mə:m kimi qalaba külfət döğürsən ki, dolana bilmiyəsən

    Tam oxu »
  • QALABAŞMAĞI

    (Culfa, Şahbuz) qadın ayaqqabısı. – Həməşə arvatdar qalabaşmağı ge:rdilər (Şahbuz)

    Tam oxu »
  • QALABƏYİ

    (Borçalı) dağa köçən camaatın kənddə qalan şeylərinin gözətçisi. – Qalabəyi cama:t yalağa köçərkən kətdə qaro:ul çəkerdi, kətdə qalerdi

    Tam oxu »
  • QALAÇA

    (Füzuli) kaha. – Bını qovdı saldı bir qalaçıya

    Tam oxu »
  • QALAĞ

    (Dərbənd, Göyçay, Xaçmaz, Quba, Qusar, Ucar) 1. belin ağac hissəsi (Göyçay, Ucar) 2. bişirilərkən çörək çevirmək üçün taxta alət (Dərbənd, Xaçmaz, Qub

    Tam oxu »
  • QALAĞAN

    I (Bakı, Dərbənd, Yardımlı, Xaçmaz, Xudat) qanqal. – Heyvannar qalağanı yi:rdilər (Bakı); – O təpədə qalağan çoxdu (Dərbənd) II (Balakən, Şəki) tənbəl

    Tam oxu »
  • QALAX

    (Bərdə, Qax, Mingəçevir, Oğuz, Şəki) 1. belin ağac hissəsi (Şəki). – Belin qalağı sınıtdı 2. topqalaq oyununda top vurmaq üçün ağac (Qax, Oğuz)

    Tam oxu »
  • QALAXLAMAX

    (Zəngilan) qabı ağzınadək doldurmaq. – Qavlamanı bığdeynan qalaxla, götü gə, qavırqa qavırax

    Tam oxu »
  • QALAKEŞ

    (İmişli) uşaq oyunu adı

    Tam oxu »
  • QALAQURMA

    (Quba, Şəki) uşaq oyunu adı (qozla oynayırlar)

    Tam oxu »
  • QALAMMAX

    (Hamamlı) sevinmək

    Tam oxu »
  • QALAŞ

    (Qax) qoyun qığı. – Sizin sütdən qalaş çıxiy

    Tam oxu »
  • QALAŞƏK

    (Salyan) bax qalakeş

    Tam oxu »
  • QALA:ŞMAX

    (Oğuz) uşaq oyunu adı

    Tam oxu »
  • QALAVAZDAMAX

    (Tovuz) atmaq, tullamaq. – Götü qalavazda getsin o:ana

    Tam oxu »
  • QALAVEYLAMAX

    (Qazax) bax qalavazdamax

    Tam oxu »
  • QALDAL

    (Qax) sərnic. – Qaldala süt sağırıx

    Tam oxu »
  • QALĞA

    (Bərdə, Dərbənd, Göyçay, Kürdəmir, Oğuz, Şamaxı, Ucar) bax qağala. Qalğaya bəhməz yığırıx, şor yığırıx, tutma yığırıx, sarı yağ yığırıx (Ucar); – Piti

    Tam oxu »
  • QALXANNAMAX

    (Cəbrayıl) yiyələnmək. – Bıların hamısın qalxannamısan, bəs bizə nə qalıf?!

    Tam oxu »
  • QALIB

    (Ordubad) arı səbəti. – Arı qalıbda yaxşı bəslənir

    Tam oxu »
  • QALIN

    (Cəbrayıl, Qarakilsə, Naxçıvan, İrəvan, Zəngilan, Zərdab) sacda bişirilən çörək. – Nənə, çörək pişirəndə mə: qalın sal (Cəbrayıl)

    Tam oxu »
  • QALINÇA

    (Füzuli, Tovuz) sırıqlı

    Tam oxu »
  • QALINNIX

    (Ağcabədi) sıx kolluq, qamışlıq. – Mən o qalınnığa girəmmərəm

    Tam oxu »
  • QALIYA

    (Mingəçevir) yumurta ilə göyərtidən bişirilmiş yemək

    Tam oxu »
  • QALLAC

    (Salyan) səxavətli, əliaçıq. – Qallac adamın ruzusun Allah həmişə yetirər

    Tam oxu »
  • QALLAX

    (Zəngibasar) badımcan

    Tam oxu »
  • QALLAXBAZ

    (Şərur) hamıya lağ edən

    Tam oxu »
  • QALLIĞ

    (Yardımlı) səs-küy. – Burdə qallığ yaratmaginən ◊ Qallığa düşmək – səs-küyə düşmək. – Uşəğ qallığa düşüb, yuxusu qaçıb

    Tam oxu »
  • QALMIX

    (Meğri) sırtıq. – Bu Xə:l kimi qalmıx gədə heş yerdə yoxdu

    Tam oxu »
  • QALOT

    (Şərur, Yardımlı) qoyun-quzunu yemləmək üçün taxtadan düzəldilmiş yer, axur

    Tam oxu »
  • QALT

    (Qax) kələf. – Bir qalt ip vər

    Tam oxu »
  • QALTAN

    (Qazax, Qax, Tovuz, Zaqatala) qurumuş palçıq. – Sizə:ləndə qaltan ayağımı qırdı, töx’dü (Qazax); – Habura qaltandı, bura çəltiy əkmey olmaz (Qax)

    Tam oxu »
  • QALTANQAZ

    (Qazax, Ucar) bərk yer

    Tam oxu »
  • QALYANGÜLÜ

    (Basarkeçər) yabanı bitki adı. – Qalyangülünün üsdə qanqırmızı güllər olur

    Tam oxu »