Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ZIRILIX

    (Cəbrayıl, Zəngilan) kobudluq. – Zırılığ onda çoxdan var (Zəngilan) ◊ Zırılığına salmax (Cəbrayıl) – kobudluq etmək

    Tam oxu »
  • ZIRINDAZ

    (Meğri) bax zerindaz

    Tam oxu »
  • ZIRNATAN

    (Daşkəsən) ağzına kimi, ağızbaağız. – Çayı istkanın zırnatan süz

    Tam oxu »
  • ZIRNIŞ

    (Mingəçevir) zirinc

    Tam oxu »
  • ZIRPƏLLƏZİNƏ

    (Meğri) nəhəng, yekə. – İldırım bir zırpəlləzinə palıt yıxıp

    Tam oxu »
  • ZIRPI

    (Qazax, Şəmkir) qanacaqsız

    Tam oxu »
  • ZIRPIÇÇI

    (Ağdərə) əkin zamanı kotanın ağzını təmizləyən adam. – Zırpıççı kotanın ağzın təmizdiyir

    Tam oxu »
  • ZIRPIZOĞAL

    (Zəngibasar) böyük, yekə, nəhəng, qüvvətli. – Bı zırpızoğalnan bacarmağ olar bə:m?

    Tam oxu »
  • ZIRRAMAX

    (Çənbərək) yağmaq. – Beyjə gənəjix’ bir metrə qar zırrıyıf

    Tam oxu »
  • ZIRRANQUŞ

    (Karvansaray) ling. – Göyrüşdən zırranquş qayrerıx

    Tam oxu »
  • ZIRTEPƏN

    (Qax) nəhəng, böyük <adam>

    Tam oxu »
  • ZIRZAX

    (Başkeçid) dırmıq

    Tam oxu »
  • ZIRZIR

    (Kəlbəcər) ağlağan. – Mirzə elə uşaxlıxdan zırzırdı

    Tam oxu »
  • ZIVANI

    (Şəmkir) sırıqlı. – Zıvanı yavaşyavaş dəvdən tüşör

    Tam oxu »
  • ZIVIX

    (Borçalı) uzun. – Zıvığ adamın axılı olmor

    Tam oxu »
  • ZIVILLIX

    (Qazax) qalın pöhrəlik, qalın kolluq

    Tam oxu »
  • ZIVIN

    (Gəncə, Mingəçevir, Tovuz) 1. qalın üst geyimi (Gəncə) 2. b a x zıbın (Mingəçevir, Tovuz). – Zıvını hamı geər (Tovuz)

    Tam oxu »
  • ZIVINI

    (Ağcabədi, Basarkeçər, Çənbərək, Kürdəmir, Tovuz, Şəki) 1. b a x zıbın (Şəki). – Altdan zıvını giydim, üsdən paltun, canım elə oldu od kimi 2

    Tam oxu »
  • ZIVIRDIŞ

    (Qazax) qanacaqsız. – Çox zıvırdış adamsaη

    Tam oxu »
  • ZIVIRDIŞI

    (Qazax) icazəsiz, özbaşına. – Zıvırdışı girif bosdanın içinə, elə bil yə:sizdi

    Tam oxu »
  • ZIVIRIX

    (Basarkeçər) tamamilə, büsbütün, bütünlüklə. – Heyvan elə kökəlif, zıvırıx tüx’dən çıxıf

    Tam oxu »
  • ZIVLAX

    (Gədəbəy) düz. – Zıvlağ ağacı qo:yufsuη orda, qəlifsiη qin, munu qəsəcəm

    Tam oxu »
  • ZIZILDAMAX

    (Zaqatala) sızıldamaq. – Bütün qıçdarım zızıldadı səhərə kimi

    Tam oxu »
  • ZİB

    I (Dərbənd) qozun yaşıl qabığı. – Quzun zibinnən xəlçə tuxmağçun yun ipini buyatullar, yəxşi qara irəngi uladu II (Qax) qıf

    Tam oxu »
  • ZİBAN

    (Ordubad) qaracıq, taxılın içərisində bitən xırda qara toxumlu bitki. – Bu gün buğda almışam, içinnən ziban çıxıb

    Tam oxu »
  • ZİBAR

    (Goranboy) abır ◊ Zibarın töx’- məx’ – abırını tökmək. – Əşi, sən də üzümüzün zibarın töx’dün laf

    Tam oxu »
  • ZİBƏL

    (Lənkəran) bax zibar ◊ Zibəlin tökməg – b a x zibarın töx’məx’. – Zibəlimi tökmə, çıx get burdan

    Tam oxu »
  • ZİBƏR

    (Bakı, Lənkəran) bax zibar ◊ Zibərin tökməg (Bakı) // Zibərin dağıtmağ (Lənkəran) – b a x zibarın töx’məx’

    Tam oxu »
  • ZİBİDİ

    (Ağdaş) tamamilə. – Sənin qulağın zibidi kardı

    Tam oxu »
  • ZİBİRİX’

    zibirix’ getməx’: (Meğri) iztirab keçirmək. – Əmir Ərşat davasində ki uğli öldi, yazıx kişi hey zibirix’ gedeydi

    Tam oxu »
  • ZİBTƏR

    (Qarakilsə) həyasız. – Zibtərin biri zibtər, mənnən nə istiyirsəη?

    Tam oxu »
  • ZİBTƏRMƏX’

    (Qarakilsə) qızışmaq. – Niyə zibtərirsəη, sənnən qorxub eliyən yoxdu

    Tam oxu »
  • ZİDİN-ZİDİN

    (Füzuli) çətinliklə. – Bir tə:r zidin-zidin dolandıx

    Tam oxu »
  • ZİFDİNƏ

    (Füzuli) keçəl

    Tam oxu »
  • ZİFİR

    (Basarkeçər) qəlyanın çubuğunun içində əmələ gələn qır. – Qəlyanın içi zifirnən doludu

    Tam oxu »
  • ZİGAR

    zigar iləməg: (Dərbənd) 1. inildəmək, zarıldamaq. – Xəstə adam da zigar iliyədi, başqasınnan acığlı ulan da 2

    Tam oxu »
  • ZİL

    (Ordubad) baramaqurdunun peyini

    Tam oxu »
  • ZİLAF

    I (Culfa) bax zelaf II. – Aşığı sürtəllər, olar zilaf II (Borçalı, Zaqatala) ayaqyolu III (Oğuz) bax zilav

    Tam oxu »
  • ZİLAFLAMAX

    (İrəvan) sürtüb hamarlamaq. – Aşığıma bax, gör necə zilaflamışam

    Tam oxu »
  • ZİLAFLAŞMAX

    (Oğuz) sürtülmək, sürtülüb hamarlanmaq. – Bu aşıx çox oynanıf zilaflaşıf

    Tam oxu »
  • ZİLAN

    (Naxçıvan, Salyan) bax zelaf II. – Aşığın sürtülmüşünə bizdərdə zilan aşıx deyilir (Naxçıvan); – Sənün zilanun bizi uddı (Salyan)

    Tam oxu »
  • ZİLAV

    (Kürdəmir) zirək. – Elçin zilav oğlandı

    Tam oxu »
  • ZİLBƏ-ZİLBƏ

    (Lənkəran) tikə-tikə. – Səni zilbə-zilbə doğriyəcəm

    Tam oxu »
  • ZİLƏF

    I (Qazax, Yevlax) bax zelaf I. – Yaman ziləf uşaxdı, a:dı sözə baxmer (Qazax) II (Hamamlı) bax zelaf II

    Tam oxu »
  • ZİLİ

    (Ağdam, Borçalı, Qazax) 1. palaz (Ağdam) 2. xalı (Ağdam, Borçalı, Qazax). – Zili yekədi, gəvə balajadı (Borçalı)

    Tam oxu »
  • ZİLLƏ

    (Barana) zirvə. – Cəhəngir dağın laf zilləsinə çıxmışdı

    Tam oxu »
  • ZİLLƏMƏ

    (Barana) başıaşağı. – Elman körpüdən çaya zilləmə çüşdü

    Tam oxu »
  • ZİLLƏMMƏX’

    (Başkeçid) bağlanmaq

    Tam oxu »
  • ZİLONA

    (Salyan) həyasız. – Zilona adam utammaz; – Gülbahar elə zilona adamdı ki, heç üzün görmə

    Tam oxu »
  • ZİLVİX’

    (Çənbərək) bax zilviy. – Tükana gətdix’ləri parçadan aləmmədim zilvix’ də

    Tam oxu »