Azərbaycan dilinin frazeologiya lügəti

  • ƏLİ BOŞA ÇIXMAQ

    istədiyinə nail olmamaq, heç bir şey əldə etməmək; ~ əli boşda qalmaq, əli quru yerdə qalmaq.

    Tam oxu »
  • ƏLİ BOŞALMAQ

    bax: əli soyumaq.

    Tam oxu »
  • ƏLİ BOŞDA QALMAQ

    istədiyinə nail olmamaq, cəhdi baş tutmamaq; ~ əli boşa çıxmaq, əli quru yerdə qalmaq.

    Tam oxu »
  • ƏLİ BÖYÜKLƏRİN ƏTƏYİNDƏ OLMAQ

    vəzifəli, hörmətli və ya ağsaqqal şəxslərlə ünsiyyət yaratmaq, onlarla münasibətdə olmaq, onların nüfuz və imkanlarından bəhrələnmək

    Tam oxu »
  • ƏLİ CİBİNDƏ GƏZMƏK

    işləməmək, veyillənmək, boş-boş gəzmək; ~ əlini ağdan-qaraya vurmamaq, əliboş gəzmək.

    Tam oxu »
  • ƏLİ CİBİNDƏ OLMAQ

    pul xərcləmək; ~ xərc çəkmək, xərcə düşmək.

    Tam oxu »
  • ƏLİ CİBİNƏ GETMƏMƏK

    xəsis, simic olmaq; ~ canından pul çıxmamaq, əli əsmək, dırnağından darı sızmaq.

    Tam oxu »
  • ƏLİ ÇALIB AYAQLARI OYNAMAQ

    bir şeydən çox sevinmək, şadlanmaq.

    Tam oxu »
  • ƏLİ ÇATMAMAQ

    vaxtı, macalı olmamaq; kömək edə bilməmək.

    Tam oxu »
  • ƏLİ ÇIXMAQ

    bir şeydən məhrum olmaq, əlində saxlaya bilməmək; ~ aranda tutdan, dağda qurutdan olmaq, əli kəsilmək

    Tam oxu »
  • ƏLİ ÇÖRƏYƏ ÇATMAQ

    güzəranını yaxşılaşdırmaq, qazanc əldə etməyə başlamaq; ~ ayağa qalxmaq, bir yana çıxmaq.

    Tam oxu »
  • ƏLİ DAŞ ALTINDA QALMAQ (OLMAQ)

    pul qazana bilməmək, əli gətirməmək.

    Tam oxu »
  • ƏLİ DİNC DURMAMAQ

    özündən asılı olmayaraq əli ilə xoşagəlməz hərəkət etmək; kimi isə nahaqdan vurmaq; nəyi isə icazəsiz götürmək və s

    Tam oxu »
  • ƏLİ ƏLDƏN ÜZÜLMƏK

    köməksiz, dəstəksiz, tək qalmaq, çarəsiz hala düşmək.

    Tam oxu »
  • ƏLİ ƏLİNƏ DƏYMƏYİB

    oğlanla qızın yaxın münasibətdə olmamasını bildirən ifadə.

    Tam oxu »
  • ƏLİ ƏSMƏK

    xəsislik etmək, simic olmaq,  pul xərcləməmək; ~ əli cibinə getməmək.

    Tam oxu »
  • ƏLİ ƏTƏYİNDƏN UZUN

    əliboş, işi yarıtmadan, fərsizlik göstərərək.

    Tam oxu »
  • ƏLİ GETMƏMƏK

    müəyyən işə könlü, həvəsi olmamaq, istəməmək; ~ əli gəlməmək.

    Tam oxu »
  • ƏLİ GƏLMƏMƏK

    qıymamaq, rəva görməmək; çəkinmək, razı olmamaq, istəməmək; ~ ürəyi gəlməmək, əli getməmək.

    Tam oxu »
  • ƏLİ GƏTİRMƏK

    qazanc əldə etmək; ~ bacadan quyruq yağmaq, əli tutmaq.

    Tam oxu »
  • ƏLİ GİCİŞMƏK

    kimisə vurmağa, döyməyə bəhanə axtarmaq; ~ dava axtarmaq.

    Tam oxu »
  • ƏLİ HEÇ YANA YETMƏMƏK

    köməksiz, çarəsiz qalmaq, hayına yetəni olmamaq; ~ dadı heç yana çatmamaq.

    Tam oxu »
  • ƏLİ İLƏ VERİB AYAĞI İLƏ AXTARMAQ

    borc və s. verdiyi şəxsi axtarıb tapmaq üçün əziyyət çəkmək, həmin şəxsi axtarmaq, ardınca gəzmək; ~ əli ilə verib ayağı ilə ala bilməmək

    Tam oxu »
  • ƏLİ İLƏ VERİB AYAĞI İLƏ ALA BİLMƏMƏK

    bax: əli ilə verib ayağı ilə axtarmaq.

    Tam oxu »
  • ƏLİ İŞ TUTMAMAQ

    bax: əli işə yatmamaq.

    Tam oxu »
  • ƏLİ İŞDƏN SOYUMAQ

    bax: əli soyumaq.

    Tam oxu »
  • ƏLİ İŞƏ YATMAMAQ

    hansısa səbəbə görə işləyə bilməmək; ~ əli iş tutmamaq.

    Tam oxu »
  • ƏLİ İŞLƏMƏK

    cibgirliklə məşğul olmaq, oğurluq etmək.

    Tam oxu »
  • ƏLİ KƏSİLMƏK

    məhrum olmaq; ~ əli çıxmaq.

    Tam oxu »
  • ƏLİ QALXMAMAQ

    vurmaq istəsə də, qıymamaq; ~ əl saxlamaq, əli gəlməmək. 

    Tam oxu »
  • ƏLİ QALINLAŞMAQ

    əlinə çoxlu pul keçmək, pullanmaq, varlanmaq.

    Tam oxu »
  • ƏLİ QANA BATMAQ

    insan ölümünə bais olmaq, cinayət törətmək.

    Tam oxu »
  • ƏLİ QANA BULAŞMAQ

    bax: əli qana batmaq.

    Tam oxu »
  • ƏLİ QAŞINMAQ

    inanca görə, əlinə pul gəlmək ehtimalı olmaq.

    Tam oxu »
  • ƏLİ QƏLƏM TUTMAQ

    yazmağı bacarmaq, savadlı olmaq.

    Tam oxu »
  • ƏLİ QIZIL KƏSMƏK

    pul qazanmağın yolunu bilmək, gəlirli bir işdə mahir və bacarıqlı olmaq; ~ əli pulla oynamaq.

    Tam oxu »
  • ƏLİ QIZIL OLMAQ

    hər şeyi bacarmaq, hər işin ustası olmaq; ~ barmaqları qızıldır.

    Tam oxu »
  • ƏLİ QOLTUĞUNDA QALMAQ

    yoxsullaşmaq, kasıblaşmaq; çarəsiz vəziyyətdə qalmaq, nə edəcəyini bilməmək.

    Tam oxu »
  • ƏLİ-QOLU AÇILMAQ

    sərbəst fəaliyyət göstərməyə imkan tapmaq, sərbəstləşmək, maneələrdən azad olmaq.

    Tam oxu »
  • ƏLİ QOYNUNDA QALMAQ (GƏZMƏK)

    məyus, çarəsiz qalmaq, intizarda olmaq, nə edəcəyini bilməmək; ~ əlamanda qalmaq.

    Tam oxu »
  • ƏLİ QURU YERDƏ QALMAQ

    istədiyinə nail olmamaq, heç bir şey əldə etməmək; ~ əli boşa çıxmaq, əli boşda qalmaq.

    Tam oxu »
  • ƏLİ MEYDANINA ÇIXMAQ

    qızğın mübahisəyə, dava-dalaşa başlamaq.

    Tam oxu »
  • ƏLİ OLMAQ

    bir işin gizli iştirakçısı olmaq (adətən, mənfi mənada); ~ barmağı olmaq.

    Tam oxu »
  • ƏLİ PUL GÖRMƏK

    əlinə pul keçmək, varlanmaq.

    Tam oxu »
  • ƏLİ PULLA OYNAMAQ

    varlanmaq, pulu çox olmaq; ~ əli qızıl kəsmək.

    Tam oxu »
  • ƏLİ SOYUMAQ

    işə olan marağını itirmək, hər hansı səbəbdən işləmək istəməmək;  ~ əl-ayağı soyumaq, əl-ayağı sustalmaq, ruhdan düşmək, əli boşalmaq, əli işdən soyum

    Tam oxu »
  • ƏLİ SUSTALMAQ

    başladığı işi davam etdirmək istəməmək, ümidsizliyə qapılmaq;  ~ ruhdan düşmək.

    Tam oxu »
  • ƏLİ TƏMİZ OLMAQ

    işində düz olmaq, haramlıq etməmək, tapşırılan bir işi vicdanla, namusla yerinə yetirmək.

    Tam oxu »
  • ƏLİ TUTMAQ

    çox pul əldə etmək, var-dövlət qazanmaq.

    Tam oxu »
  • ƏLİ ÜSTÜNDƏN ƏSKİK OLMAMAQ

    tez-tez kömək etmək, köməyini əsirgəməmək.

    Tam oxu »