Azərbaycan dilinin frazeologiya lügəti

  • GÖZÜNƏ MİL ÇƏKMƏK

    zülm etmək, ağır cəza vermək.

    Tam oxu »
  • GÖZÜNƏ PƏRDƏ ÇƏKMƏK

    qəsdən başa düşməyə, ayılmağa qoymamaq, irəli getməsinə mane olmaq, uğurlarının qarşısını almaq, cəhalətdə saxlamaq; ~ gözünü bağlamaq

    Tam oxu »
  • GÖZÜNƏ PƏRDƏ GƏLMƏK

    kor olmaq, gözü görməmək.

    Tam oxu »
  • GÖZÜNƏ SATAŞMAQ

    bax: gözü sataşmaq.

    Tam oxu »
  • GÖZÜNƏ SOXMAQ

    1. Nəyi isə kobudcasına göstərmək.  2. Çox acgözlüklə yemək; ~ gözünə təpmək.

    Tam oxu »
  • GÖZÜNƏ SU VERMƏK

    başqasının yaxşı cəhətlərindən nümunə götürmək; ~ ibrət almaq (götürmək).

    Tam oxu »
  • GÖZÜNƏ ŞİŞ BATSIN

    gözü dəyməsindən ehtiyat edilən adamın ünvanına deyilən ifadə, qarğış.

    Tam oxu »
  • GÖZÜNƏ TƏPMƏK

    acgözlüklə yemək; ~ gözünə soxmaq.

    Tam oxu »
  • GÖZÜNƏ YUXU GETMƏMƏK

    yata bilməmək, yatmamaq; narahat olmaq; ~ yuxusu qaçmaq, yatağına qor dolmaq, yuxusu ərşə çəkilmək.

    Tam oxu »
  • GÖZÜNÜ AÇMAQ

    1. Ayıltmaq, bilmədiyini öyrətmək; ~ başa salmaq.  2. Ayılmaq; ~ özünə gəlmək.  3. Diqqət etmək, fikir vermək

    Tam oxu »
  • GÖZÜNÜ AĞARTMAQ

    qorxuducu nəzərlə, xəbərdaredici, hədələyici tərzdə baxmaq, hədələmək, narazılıq bildirmək.

    Tam oxu »
  • GÖZÜNÜ BAĞLAMAQ

    qəsdən başa düşməyə, ayılmağa qoymamaq, qəflətdə saxlamaq, irəli getməsinə mane olmaq, imkan verməmək, uğurlarının qarşısını almaq; ~ gözünə pərdə çək

    Tam oxu »
  • GÖZÜNÜ BİR YUMUB BEŞ AÇMAQ

    bax: gözünün qorasını tökmək.

    Tam oxu »
  • GÖZÜNÜ BİR YUMUB MİN ELƏMƏK

    bax: gözünün qorasını tökmək. 

    Tam oxu »
  • GÖZÜNÜ ÇƏKƏ BİLMƏMƏK

    baxa-baxa qalmaq, bir şeyin xoş təsirindən qurtara bilməmək, heyran olmaq; ~ gözü qalmaq, gözləri ilə yemək

    Tam oxu »
  • GÖZÜNÜ ÇƏKMƏK

    daha istəməmək, heç nəyə gümanı qalmamaq; ~ ümidi hər yerdən üzülmək, əlini üzmək.

    Tam oxu »
  • GÖZÜNÜ ÇIXARTMAQ

    1. Birinin paxıllığına səbəb olmaq, qibtə hissi doğurmaq, həsədinə səbəb olmaq.  2. Danlamaq, tənbeh etmək

    Tam oxu »
  • GÖZÜNÜ DÖYMƏK

    mat-mat baxmaq, çaşıb-qalmaq, baş verənləri qavraya bilməmək; qərar verə bilməmək.

    Tam oxu »
  • GÖZÜNÜ DUZ-ÇÖRƏK TUTMAQ

    haqqı itirmək, nankorluq, vəfasızlıq etmək; ~ dönük çıxmaq.

    Tam oxu »
  • GÖZÜNÜ-KÖNLÜNÜ OXŞAMAQ

    gözəllik duyğusu bəxş etmək, zövq vermək.

    Tam oxu »
  • GÖZÜNÜ QAN ÖRTMƏK (BÜRÜMƏK)

    bax: gözünü qan tutmaq.

    Tam oxu »
  • GÖZÜNÜ QAN TUTMAQ

    qan tökməyə hazır olmaq, qan tökəcək dərəcədə hirslənmək, hiddətlənmək, nə etdiyini bilməmək, qan çanağına dönmək; ~ gözünü qan örtmək (bürümək), gözü

    Tam oxu »
  • GÖZÜNÜ QIRMAQ

    qorxutmaq; ~ gözünün odunu almaq.

    Tam oxu »
  • GÖZÜNÜ QORXUTMAQ

    qorxmağa, çəkinməyə məcbur etmək, hədələmək; ~ gözünün odunu almaq.

    Tam oxu »
  • GÖZÜNÜ YIĞMAMAQ

    hələ ümidini kəsməmək, ümidli olmaq.

    Tam oxu »
  • GÖZÜNÜ YUMUB AĞZINI AÇMAQ

    danışığında hədd gözləməmək, söymək; ~ ağzına gələni demək, dişinin dibindən çıxanı demək.

    Tam oxu »
  • GÖZÜNÜN ACISINI ALMAQ

    azacıq yatmaq, bir qədər yatıb dincəlmək; ~ gözünün çimirini almaq, çimir almaq.

    Tam oxu »
  • GÖZÜNÜN AĞI-QARASI

    ailənin bircə övladı, tək uşağı.

    Tam oxu »
  • GÖZÜNÜN ÇİMİRİNİ ALMAQ

    bax: gözünün acısını almaq.

    Tam oxu »
  • GÖZÜNÜN DÜŞMƏNİ

    birinin sevmədiyi, xoşuna gəlmədiyi, düşmən kimi baxdığı adam və ya başqa bir şey.

    Tam oxu »
  • GÖZÜNÜN İÇİNƏ DEMƏK

    sözü üzə demək, iradını, etirazını üzbəsurət söyləmək.

    Tam oxu »
  • GÖZÜNÜN İÇİNƏ QƏDƏR

    açıq-aşkar, lap, tamamilə (əsasən, “yalan danışır, deyir” ifadəsi ilə işlədilir).

    Tam oxu »
  • GÖZÜNÜN İŞIĞI (ÇIRAĞI)

    ən istəkli, sevimli.

    Tam oxu »
  • GÖZÜNÜN KÖKÜ SARALMAQ

    çox gözləmək, nigaran qalmaq; ~ gözü yolda qalmaq, kirpikləri ilə yolları daramaq, yol gözləmək.

    Tam oxu »
  • GÖZÜNÜN QABAĞINA GƏLMƏK (GƏTİRMƏK)

    xatırlamaq; ~ yada salmaq, gözünün önündən keçirmək, təsəvvüründə canlandırmaq.

    Tam oxu »
  • GÖZÜNÜN QARASI GETMƏK

    çox oxumaq, bir şeyə hədsiz çox və diqqətlə baxmaq.

    Tam oxu »
  • GÖZÜNÜN QARASINI YEDİRTMƏK

    çox qayğı göstərmək, əzizləmək, qulluğunda durmaq; ~ yağ içində böyrək kimi bəsləmək.

    Tam oxu »
  • GÖZÜNÜN QORASINI AXITMAQ

    bax: gözünün qorasını tökmək.

    Tam oxu »
  • GÖZÜNÜN QORASINI TÖKMƏK

    dayanmadan ağlamaq; ~ gözünün qorasını axıtmaq, gözünün zılığını axıtmaq, gözünü bir yumub beş açmaq

    Tam oxu »
  • GÖZÜNÜN QURDUNU ÖLDÜRMƏK

    azca da olsa, ehtiyacını qismən təmin etmək.

    Tam oxu »
  • GÖZÜNÜN ODUNU ALMAQ

    özündən qorxutmağa, çəkinməyə məcbur etmək; ~ gözünü qorxutmaq, qənim kəsilmək, göz qırmaq.

    Tam oxu »
  • GÖZÜNÜN ÖNÜNDƏN KEÇİRMƏK

    xatırlamaq; ~ yada salmaq, gözünün qabağına gəlmək (gətirmək), xəyalında canlanmaq.

    Tam oxu »
  • GÖZÜNÜN UCU İLƏ DƏ BAXMAMAQ

    bigаnə yanaşmaq, diqqət və əhəmiyyət verməmək; özünü gözütox aparmaq.

    Tam oxu »
  • GÖZÜNÜN YAĞINI ƏRİTMƏK

    çox işləmək, əmək sərf etmək.

    Tam oxu »
  • GÖZÜNÜN YAĞINI YEDİZDİRMƏK

    çox qayğı göstərmək, qulluğunda durmaq.

    Tam oxu »
  • GÖZÜNÜN YAŞI ƏLİNDƏ OLMAQ

    bax: gözünün yaşı ovcunun içində olmaq.

    Tam oxu »
  • GÖZÜNÜN YAŞI OVCUNUN İÇİNDƏ OLMAQ

    tez kövrəlmək, yerli-yersiz, ciddi səbəb olmadan, hər şeyə görə tez-tez ağlamaq; ~ gözünün yaşı əlində olmaq

    Tam oxu »
  • GÖZÜNÜN YAŞINI TÖKMƏK

    ağlamaq.

    Tam oxu »
  • GÖZÜNÜN ZILIĞINI AXITMAQ

    bax: gözünün qorasını tökmək.

    Tam oxu »
  • GÖZÜYUMULU GETMƏK

    düşünmədən “hə” demək, götür-qoy etmədən razılaşmaq; ~ ağına-bozuna baxmamaq.

    Tam oxu »