Azərbaycan dilinin frazeologiya lügəti

  • DİLİNƏ QIFIL VURMAQ

    dinməyə, danışmağa qoymamaq, susmağa məcbur etmək; ~ dilini bağlamaq.

    Tam oxu »
  • DİLİNƏ YATMAQ

    uyğun gəlmək, tələffüz edə bilmək.

    Tam oxu »
  • DİLİNƏ YİYƏLİK ETMƏMƏK

    yersiz ifadələr, haqsız ittihamlar söyləmək; ~ dilini saxlamamaq.

    Tam oxu »
  • DİLİNİ BAĞLAMAQ

    1. Susdurmaq, danışmağa qoymamaq, susmağa məcbur etmək.  2. İnanca görə, dua, ovsun və s. vasitəsilə zərərli bir təsirin qabağını almaq; ~ dilinə qıfı

    Tam oxu »
  • DİLİNİ BİLMƏK

    yolunu, üsulunu, həllini bilmək.

    Tam oxu »
  • DİLİNİ BOĞAZINDAN ÇIXARMAQ

    nalayiq və yersiz danışan adamı ciddi cəzalandırmaq; çox zülm etmək.

    Tam oxu »
  • DİLİNİ DİNC QOYMAMAQ

    1. Açılması, deyilməsi münasib olmayan bir məsələ haqqında danışmaq.  2. Kiməsə sataşmaq, söz atmaq.

    Tam oxu »
  • DİLİNİ DİŞİNƏ TUTMAQ

    haqsızlığa dözərək səsini çıxarmamaq.

    Tam oxu »
  • DİLİNİ DİŞLƏMƏK

    bir şeydən şübhələnərək və ya ehtiyatlanaraq sözü yarıda kəsib ardını deməmək; ~ dalağı sancmaq.

    Tam oxu »
  • DİLİNİ FARAĞAT QOYMAMAQ

    iynəli, tikanlı sözlər demək, sakit dayanmamaq, atmaca ilə danışmaq; ~ dilini dinc qoymamaq.

    Tam oxu »
  • DİLİNİ İŞƏ SALMAQ

    kimisə razı salmaq, ələ almaq üçün xoş, şirin sözlər söyləmək; ~ başdan girib ayaqdan çıxmaq, dilə tutmaq, dil tökmək, dilə basmaq, əriştə kəsmək (do

    Tam oxu »
  • DİLİNİ KƏSMƏK

    susmağa məcbur etmək, susdurmaq.

    Tam oxu »
  • DİLİNİ KÖNLÜ İLƏ BİR ELƏMƏK

    səmimi olmaq, danışığına uyğun əməli, işi olmaq, sözü əməli ilə üst-üstə düşmək.

    Tam oxu »
  • DİLİNİ QARNINA QOYMAQ (SOXMAQ)

    susmaq, danışmamaq, kiməsə söz atmamaq.

    Tam oxu »
  • DİLİNİ QURUTMAQ

    çətin suallar vermək, çətin vəziyyətə salmaq.

    Tam oxu »
  • DİLİNİ SAXLAMAMAQ

    bax: dilinə yiyəlik etməmək.

    Tam oxu »
  • DİLİNİ SÜRÜMƏK

    bax: ağzını sürümək.

    Tam oxu »
  • DİLİNİ TƏMİZ SAXLAMAQ

    dilinə pis söz gətirməmək, ədəbli, tərbiyəli olmaq.

    Tam oxu »
  • DİLİNİN ALTINA QƏND (ŞƏKƏR) QOYMAQ

    şirin dillə danışmaq, xoş danışmaq.

    Tam oxu »
  • DİLİNİN ALTINDA GİZLƏNMƏK

    kimliyi, necə adam olduğu danışığından bilinmək, danışığı ilə əsl xarakterini, xislətini büruzə vermək

    Tam oxu »
  • DİLİNİN BƏLASINA DÜŞMƏK

    danışıqlarına görə başı bəlalar çəkmək; ~ dili başına bəla olmaq.

    Tam oxu »
  • DİLİNİN ƏZBƏRİ OLMAQ

    haqqında tez-tez danışmaq, tez-tez xatırlamaq.

    Tam oxu »
  • DİLİNİN İPİ YOXDUR

    ağzına gələni deyən, danışığına nəzarət edə bilməyən kəslər haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DİLİNİN UCUNA GƏLMƏK

    söyləmək istədiyi bir ifadəni deməkdən çəkinmək, özünü saxlamaq.

    Tam oxu »
  • DİLİNİN UCUNDA OLMAQ

    danışarkən bir anlığa vacib bir sözü yaddan çıxarmaq, deyə bilməmək.

    Tam oxu »
  • DİLİNİN ÜSTÜNDƏ DİL BİTMƏK

    boş-boş danışmaq, naqqallıq etmək, boşboğazlıq etmək; ~ çənə döymək.

    Tam oxu »
  • DİLİUZUN OLMAQ

    heç nədən çəkinməmək, qorxmamaq, gözükölgəli olmamaq, haqlı adam kimi cəsarətlə danışmaq.

    Tam oxu »
  • DİLLƏR ƏZBƏRİ OLMAQ

    çox məşhur olmaq; ~ dildən-dilə düşmək, dillərə düşmək, dillərdə dastan olmaq.

    Tam oxu »
  • DİLLƏRDƏ DASTAN OLMAQ

    bax: dillər əzbəri olmaq.

    Tam oxu »
  • DİLLƏRƏ DÜŞMƏK

    səsi-sorağı hər yana yayılmaq; ~ ağızlarda dolaşmaq, ağızlara düşmək, ağızdan-ağıza düşmək, ağızdan-ağıza gəzmək, ağızdan-ağıza keçmək, ağızdan-ağıza

    Tam oxu »
  • DİLLƏRƏ SALMAQ

    hamıya yaymaq, faş etmək, bildirmək; ~ dilə-dişə salmaq.

    Tam oxu »
  • DİLOTU YEMƏK

    həddindən artıq çox danışmaq, birnəfəsə danışmaq, başqalarının danışmasına imkan verməmək; ~ dil boğaza qoymamaq

    Tam oxu »
  • DİMDİYİNİN SARISI GETMƏYİB

    gənc və təcrübəsiz adam haqqında işlədilən ifadə; ~ çiçəyi burnunda olmaq, ağzından süd iyi gəlmək.

    Tam oxu »
  • DİNC DURMAMAQ (OTURMAMAQ)

    başqalarını narahat etmək, artıq-əskik hərəkətlərə yol vermək; ~ sakit durmamaq (oturmamaq), farağat durmamaq (oturmamaq), qatırçının qatırını ürkütmə

    Tam oxu »
  • DİNCİNİ ALMAQ

    istirahət etmək, işə fasilə vermək, dincəlmək; ~ yorğunluğunu almaq.

    Tam oxu »
  • DİNDƏN-DONDAN ÇIXMAQ

    yorulmaq, usanmaq, bezmək.

    Tam oxu »
  • DİNDƏN-İMANDAN OLMAQ (ÇIXMAQ)

    dini qayda-qanunları pozmaq; doğru yoldan azmaq; ~ imandan olmaq.

    Tam oxu »
  • DİNƏ-İMANA GƏLMƏK

    insafa gəlmək, yumşalmaq; pis işlərdən əl çəkmək; ~ Allahu-əkbər yoluna qayıtmaq.

    Tam oxu »
  • DİRİ-DİRİ QƏBRƏ GİRMƏK

    ölümlə nəticələnə bilən təhlükəli addım atmaq, riskə getmək.

    Tam oxu »
  • DİRİ TƏRPƏNMƏK

    cəld hərəkət etmək, diribaş olmaq, əldən-ayaqdan iti olmaq.

    Tam oxu »
  • DİRİDƏN DƏ PAY UMUR, ÖLÜDƏN DƏ

    gözü onun-bunun əlində olmaq.

    Tam oxu »
  • DİRİGÖZLÜ ÖLMƏK

    qorxudan, həyəcandan ayaq üstdə qala bilməmək.

    Tam oxu »
  • DİRSƏK GÖSTƏRMƏK

    nəyi isə kobud şəkildə rədd etmək.

    Tam oxu »
  • DİŞ AĞRISINDAN DANIŞMAQ

    müsahibin diqqətini yayındırmaq, söhbəti başqa yerə yönəltmək; ~ araya söz qatmaq (salmaq).

    Tam oxu »
  • DİŞ-DİŞƏ DAYANMAQ

    döyüş vəziyyəti almaq, dava etmək; münaqişə etmək, dalaşmaq; ~ üz-üzə gəlmək, döş-döşə gəlmək (durmaq)

    Tam oxu »
  • DİŞ GÖSTƏRMƏK

    kiməsə qarşı çıxmaq, etiraz etmək, güc göstərmək.

    Tam oxu »
  • DİŞ İTİLƏMƏK

    bir şeyə göz dikmək, tamah salmaq, onu ələ keçirməyə hazırlaşmaq.

    Tam oxu »
  • DİŞ QICAMAQ

    hədələmək, qorxutmaq, intiqama və ya təcavüzə hazırlaşmaq.

    Tam oxu »
  • DİŞ QURDALAMAĞA BİR ÇÖPÜ DƏ QALMAMAQ

    heç nəyi qalmamaq; müflis olmaq, hədsiz dərəcədə kasıblamaq.

    Tam oxu »
  • DİŞƏ VURMALI

    yeməli, yeməyə yararlı.

    Tam oxu »