Azərbaycan dilinin frazeologiya lügəti

  • DİŞİ BAĞIRSAĞINI KƏSMƏK

    daxilən əsəbi hal keçirmək, əsəbiləşmək, hirsini büruzə verə bilməmək; ~ hirsi bağırsaqlarını kəsmək, hirsi başına (təpəsinə) vurmaq, hirsindən bığlar

    Tam oxu »
  • DİŞİ BATMAMAQ

    birinə gücü çatmamaq, təsir edə bilməmək, istəyini reallaşdıra bilməmək, öhdəsindən gələ bilməmək.

    Tam oxu »
  • DİŞİ-DIRNAĞI İLƏ

    min bir əziyyətlə, çox çətinliklə.

    Tam oxu »
  • DİŞİ DİŞİNƏ DƏYMƏK

    bərk üşümək, soyuqdan tir-tir əsmək.

    Tam oxu »
  • DİŞİ ƏNCAMƏ

    Əncamənin qapı açılıb-örtüləndə onunla bərabər dönən hissəsi.

    Tam oxu »
  • DİŞİ QARNINDA OLMAQ

    hiyləgər, gizli iş görən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • DİŞİNDƏ ŞİRƏ QALMAQ

    bax: ağzında şirə qalmaq.

    Tam oxu »
  • DİŞİNƏ ÇƏKMƏK (DARTMAQ)

    iri ət parçasını, çörəyi və s.-ni iştahla yemək.

    Tam oxu »
  • DİŞİNƏ VURMAQ

    sınamaq, yoxlamaq; ~ sınaqdan çıxarmaq.

    Tam oxu »
  • DİŞİNİ DƏYİŞMƏK

    yeni dad hiss etmək və zövq almaq üçün vərdiş edilmiş ənənəvi bir şeyi (qida və s.) yenisi ilə əvəz etmək

    Tam oxu »
  • DİŞİNİN DİBİNDƏN ÇIXANI DEMƏK

    bərk danlamaq, töhmətləndirmək,  söymək; ~ ağzına gələni demək, ağzından çıxanı demək, zəhərini tökmək, itin sözünü demək

    Tam oxu »
  • DİŞLƏRİ BİR-BİRİNƏ DƏYMƏK

    soyuqdan tir-tir əsmək, bərk üşümək.

    Tam oxu »
  • DİŞLƏRİNİ AĞARTMAQ

    səbəbsiz yerə, mənasız gülmək, irişmək.

    Tam oxu »
  • DİV QURBAĞAYA AŞİQ OLUB

    birisinin zahirən o qәdәr dә gözәl olmayan qadınla evlәnmәsinә, onu sevmәsinә işarә edən kinayəli ifadə

    Tam oxu »
  • DİV YUXUSUNA GETMƏK

    dərin yuxuya dalmaq, mışıl-mışıl yatmaq.

    Tam oxu »
  • DİVAN TUTMAQ

    çox əziyyət vermək, çox incitmək, cəzalandırmaq; ~ dərisinə saman təpmək, dərisini soymaq, gönünü soymaq, anasını ağlar qoymaq

    Tam oxu »
  • DİVAR ÇATLAĞINA GÜLMƏK

    boş və mənasız şeylərə gülmək.

    Tam oxu »
  • DİVARA DIRMAŞDIRMAQ

    bax: pişiyini ağaca dırmaşdırmaq.

    Tam oxu »
  • DİVARA DIRMAŞMAQ

    1. Hədsiz əsəbi, çılğın və qızğın olmaq; enerjisi, gücü aşıb-daşmaq.  2. Bərk ağrımaq, ağrıdan qovrulmaq

    Tam oxu »
  • DİVARA DİRƏMƏK (QISNAMAQ)

    danışıq və ya mübahisə zamanı birini çıxılmaz vəziyyətə salmaq, sıxışdırmaq, nəyəsə məcbur etmək; ~ qaloşa oturtmaq (qoymaq), boğazına çökmək, küncə s

    Tam oxu »
  • DİVARIN DA QULAĞI VAR

    başqalarının eşidəcəyindən ehtiyat edərək həmsöhbətə asta danışmaq və ya heç danışmamaq barədə xəbərdarlıq edən ifadə

    Tam oxu »
  • DİZ ÇÖKDÜRMƏK

    tabe etmək, özündən asılı vəziyyətə salmaq.

    Tam oxu »
  • DİZ ÇÖKMƏK

    yalvarmaq, əl-ayağına düşmək, tabe olmaq.

    Tam oxu »
  • DİZ-DİZƏ OTURMAQ

    yaxın, səmimi olmaq.

    Tam oxu »
  • DİZƏ ÇIXMAQ

    həddən artıq çox olmaq (əsasən, zibil haqqında).

    Tam oxu »
  • DİZİN-DİZİN SÜRÜNDÜRMƏK

    çox əziyyət etmək, qarşısına böyük əngəllər çıxarmaq; ~ get-gələ salmaq.

    Tam oxu »
  • DİZİNƏ DÖYƏ-DÖYƏ QALMAQ

    ağır peşmanlıq hissi keçirmək, məyus olmaq, dərindən təəssüflənmək.

    Tam oxu »
  • DİZİNƏ DÖYMƏK

    gördüyü işdən peşman olmaq, heyifsilənmək.

    Tam oxu »
  • DİZİNİ YERƏ GƏTİRMƏK

    məğlub etmək, yıxmaq.

    Tam oxu »
  • DİZİNİ YERƏ QOYMAQ

    1. Əldən düşmək, qocalmaq.  2. Yıxmaq, məğlub etmək; ~ dizini yerə gətirmək.

    Tam oxu »
  • DİZİNİN DİBİNİ KƏSDİRMƏK

    yanından əl çəkməmək; qulluğunda durmaq, xidmət göstərmək; ~ böyründə qırtıb oturmaq.

    Tam oxu »
  • DİZİNİN KƏNDİRİ KƏSİLMƏK

    taqətsiz olmaq, taqəti qalmamaq.

    Tam oxu »
  • DODAĞI QAÇMAQ

    gülümsəmək, təbəssüm etmək.

    Tam oxu »
  • DODAĞI YER SÜPÜRMƏK

    narazı qalmaq, küsmək, incimək, bikef olmaq; ~ dodağı yerlə getmək.

    Tam oxu »
  • DODAĞI YERLƏ GETMƏK

    bax: dodağı yer süpürmək.

    Tam oxu »
  • DODAĞINI DİŞLƏMƏK

    bir şeyi gec, sonradan yada salmaq, xatırlamaq, sonradan başa düşmək; ~ barmağını dişləmək.

    Tam oxu »
  • DODAQ ALTINDAN GÜLMƏK

    istehza etmək, istehzalı gülümsəmək, qımışmaq.

    Tam oxu »
  • DODAQ BÜZMƏK

    1. Bəyənməmək, narazılıq göstərmək.  2. İstehza etmək.

    Tam oxu »
  • DODAQ SALLAMAQ

    kimdənsə küsmək, acıq eləmək, pərt olmaq; ~ qaşqabağını sallamaq (tökmək), dodağı yerlə getmək, dodağı yer süpürmək

    Tam oxu »
  • DODU DOLANDIRMAQ

    yalan vədlərlə qandırmaq, aldatmaq.

    Tam oxu »
  • DOQQUZ YORĞAN YIRTMAQ

    uzunömürlü olmaq, uzun yaşamaq.

    Tam oxu »
  • DOQQUZLUQ GƏLMƏK

    aldatmaq; ~ fırıldaq işlətmək, hiylə gəlmək (işlətmək), hiyləyə əl atmaq, kələk gəlmək, əyri yola əl atmaq, nömrə gəlmək

    Tam oxu »
  • DOLAB QURMAQ

    aldatmaq; ~ hiylə gəlmək (işlətmək), kələk gəlmək.

    Tam oxu »
  • DOLABA DÜŞMƏK

    hiyləyə aldanmaq, dolaşıq işə düşmək.

    Tam oxu »
  • DOLABA SALMAQ

    hiylə ilə dolaşıq işə, çıxılmaz vəziyyətə salmaq.

    Tam oxu »
  • DOLAŞIĞA DÜŞMƏK

    çətinliklə qarşılaşmaq, həll edilə bilməmək; ~ düyünə düşmək, işi çətinə düşmək, işi müşkülə düşmək.

    Tam oxu »
  • DOLAŞIĞA SALMAQ

    işini çətinləşdirmək; ~ çətinliyə salmaq, başına iş açmaq, girə vermək.  

    Tam oxu »
  • DOLLAR DİPLOMATİYASI

    diplomatik maraqları təmin etmək üçün siyasi xadimləri və beynəlxalq qurumları pulla ələ almaq; ~ kürü diplomatiyası

    Tam oxu »
  • DON APARMAQ

    bərk üşümək, soyuqdan donmaq; donun təsirindən, şaxtadan xarab olmaq, zədələnmək, yaxud keyimək.

    Tam oxu »
  • DON BİÇMƏK

    kələk gəlmək, aldatmağa, başını tovlamağa çalışmaq.

    Tam oxu »