Azərbaycan dilinin frazeologiya lügəti

  • ƏLİNDƏN DAD ÇƏKMƏK

    həddindən artıq narazılıq, şikayət bildirmək.

    Tam oxu »
  • ... ƏLİNDƏN DÜŞMƏMƏK

    nəyəsə həddən artıq aludə olmaq, əlindən yerə qoymamaq (kitab, telefon, planşet və s.).

    Tam oxu »
  • ƏLİNDƏN GETMƏK

    əldə saxlaya bilməmək, itirmək, yox olmaq, məhrum olmaq; ~ əlindən çıxmaq, əldən vermək.    

    Tam oxu »
  • ƏLİNDƏN GƏLƏN QƏDƏR

    imkanı daxilində, bacardığı qədər.                       

    Tam oxu »
  • ƏLİNDƏN GƏLƏNİ BEŞ QABA ÇƏK

    şəxsin hər hansı hədə, təhdid müqabilində qorxmadığını bildirmək üçün işlətdiyi ifadə.

    Tam oxu »
  • ƏLİNDƏN GƏLƏNİ ƏSİRGƏMƏMƏK

    mümkün olan hər şeyi etmək.

    Tam oxu »
  • ƏLİNDƏN GƏLMƏK

    bacarmaq, imkanı, iqtidarı olmaq.

    Tam oxu »
  • ƏLİNDƏN XATA ÇIXMAQ

    istəmədən adam öldürmək, xəsarət yetirmək, qəza törətmək, cinayət etmək.

    Tam oxu »
  • ƏLİNDƏN QAÇAQ DÜŞMƏK

    bezmək, qarşılaşmaqdan çəkinmək.

    Tam oxu »
  • ƏLİNDƏN QAÇMAQ

    yaxasını qurtarmaq,  xilas olmaq, qurtulmaq.

    Tam oxu »
  • ƏLİNDƏN QAN AĞLAMAQ

    bax: qan ağlamaq.

    Tam oxu »
  • ƏLİNDƏN QURTARMAQ

    1. Xilas olmaq, nicat tapmaq.  2. Xilas etmək, azad etmək.

    Tam oxu »
  • ƏLİNDƏN SU İÇMƏK

    bacarıq və qabiliyyətdə birisinə oxşamaq, eynilə onun kimi olmaq, məktəbini keçmək, davamçısı olmaq.

    Tam oxu »
  • ƏLİNDƏN TUTMAQ

    bax: əl tutmaq.

    Tam oxu »
  • ƏLİNDƏN YIĞMAQ

    kiminsə zülmündən, xoşagəlməz hərəkətlərindən bezmək; ~ əlindən zəncir çeynəmək (gəmirmək).

    Tam oxu »
  • ƏLİNDƏN ZARA (ZİNHARA) GƏLMƏK

    bax: zinhara gəlmək. 

    Tam oxu »
  • ƏLİNDƏN ZƏNCİR ÇEYNƏMƏK (GƏMİRMƏK)

    bax: zəncir çeynəmək (gəmirmək).

    Tam oxu »
  • ƏLİNƏ ÇÖP VERMƏK

    aldadıb yola salmaq; ~ başdan eləmək.

    Tam oxu »
  • ƏLİNƏ DÜŞMƏK

    kiminsə ixtiyarına keçmək.

    Tam oxu »
  • ƏLİNƏ FÜRSƏT DÜŞMƏK

    imkan tapmaq, əlverişli vaxt və şərait yaranmaq; ~ əlinə girəvə keçmək.

    Tam oxu »
  • ƏLİNƏ GİRƏVƏ KEÇMƏK

    bax: əlinə fürsət düşmək.

    Tam oxu »
  • ƏLİNƏ GÖYDƏN DÜŞMƏK

    çox axtardığı şeyi təsadüf nəticəsində tapmaq.

    Tam oxu »
  • ƏLİNƏ MAYA SALMAQ

    bir işə başlamaq üçün müəyyən qədər pul əldə etmək.

    Tam oxu »
  • ƏLİNƏ PUL GƏLMƏK

    varlanmaq, maliyyə vəziyyəti yaxşılaşmaq.

    Tam oxu »
  • ƏLİNƏ SU TÖKMƏYƏ YARAMAMAQ (LAYİQ OLMAMAQ)

    başqa birisi ilə müqayisədə keyfiyyət və səviyyəcə aşağı olmaq.

    Tam oxu »
  • ƏLİNƏ ZURNA (DÜDÜK) VERMƏK

    aldatmaq, yalan vədlərlə aldatmaq.

    Tam oxu »
  • ƏLİNİ AĞDAN-QARAYA VURMAMAQ

    heç bir iş görməmək, bikar durmaq; ~ əli cibində gəzmək, əlini qulağının dibinə qoymaq, əlini əlinin üstünə qoymaq, barmağını da tərpətməmək, canına ə

    Tam oxu »
  • ƏLİNİ BAŞINA YIĞMAQ

    evləndirmək; ~ başını bağlamaq, başını bənd etmək.

    Tam oxu »
  • ƏLİNİ BƏND ETMƏK

    bax: əlini bir yerə ilişdirmək.

    Tam oxu »
  • ƏLİNİ BİR YERƏ İLİŞDİRMƏK

    işə düzəlmək, bir işdən yapışmaq, işləməyə başlamaq; ~ əlini bənd etmək.

    Tam oxu »
  • ƏLİNİ CİBİNƏ SALMAQ

    1. Pul xərcləmək.  2. Cibindən nəsə götürmək.

    Tam oxu »
  • ƏLİNİ ÇƏKMƏK

    bir işə qarışmamaq, qoşulmamaq, iştirak etməmək; ~ kənar durmaq, boynundan atmaq.

    Tam oxu »
  • ƏLİNİ ÇÖR-ÇÖPƏ ATMAQ

    çarəsiz qalıb kiçik şeylərdən yapışmaq.

    Tam oxu »
  • ƏLİNİ ÇÖRƏYƏ ÇATDIRMAQ

    bax: çörəyə çatdırmaq. 

    Tam oxu »
  • ƏLİNİ DAŞIN ALTINA QOYMAQ

    kömək etmək, bir işə öz töhfəsini vermək.

    Tam oxu »
  • ƏLİNİ DİNC QOYMAMAQ

    rahat durmamaq, sakit dayanmamaq, nadinclik etmək; ~ dinc oturmamaq, dinc durmamaq.

    Tam oxu »
  • ƏLİNİ DİZİNƏ DÖYMƏK

    bax: dizinə döymək.

    Tam oxu »
  • ƏLİNİ DÖŞÜNƏ QOYMAQ

    razılığını bildirmək.

    Tam oxu »
  • ƏLİNİ DÜNYADAN ÜZMƏK

    bədbinləşmək, ümidsizliyə qapılmaq.

    Tam oxu »
  • ƏLİNİ ƏLİNƏ VURMAMAQ

    heç nə etməmək, boş-bikar dayanmaq.

    Tam oxu »
  • ƏLİNİ ƏLİNİN ÜSTÜNƏ QOYMAQ

    1. İşsiz oturmaq, heç bir iş görməmək; ~ əlini ağdan-qaraya vurmamaq, əlini isti sudan soyuq suya vurmamaq; əlini qulağının dibinə qoymaq

    Tam oxu »
  • ƏLİNİ GERİ QAYTARMAMAQ

    borc, kömək, yardım istəyən adamı razı salmaq.

    Tam oxu »
  • ƏLİNİ GÖZÜNÜN ÜSTÜNƏ QOYMAQ

    tapşırılan bir işi can-başla yerinə yetirməyə hazır olduğunu bildirmək; ~ baş üstə!

    Tam oxu »
  • ƏLİNİ İSTİ SUDAN SOYUQ SUYA VURMAMAQ

    1. İşsiz oturmaq, heç bir iş görməmək; ~ əlini ağdan-qaraya vurmamaq, əlini qulağının dibinə qoymaq.   2

    Tam oxu »
  • ƏLİNİ İŞDƏN SOYUTMAQ

    işləməyə həvəsi, istəyi, marağı azaltmaq.

    Tam oxu »
  • ƏLİNİ İŞƏ SALMAQ

    döyməyə başlamaq; ~ əl qaldırmaq, yumruğunu işə salmaq.

    Tam oxu »
  • ƏLİNİ KOL-KOSA ATMAQ

    çarəsizlikdən hər şeyə əl atmaq.

    Tam oxu »
  • ƏLİNİ QULAĞININ DİBİNƏ QOYMAQ

    bax: əlini əlinin üstünə qoymaq.

    Tam oxu »
  • ƏLİNİ OXUMAQ

    qarşı tərəfin niyyətini, planını anlamaq, sirrini bilmək.

    Tam oxu »
  • ƏLİNİ ÖZÜNDƏ SAXLA!

    “əl-qol atma, təmkinlə danış” mənasında işlədilən ifadə.

    Tam oxu »