Azərbaycan dilinin frazeologiya lügəti

  • SÖZ ÇEVİRMƏK

    kobud cavab vermək; ~ cavab qaytarmaq.

    Tam oxu »
  • SÖZ ÇƏKMƏK

    birindən sirr olan məlumatı öyrənmək; ~ söz almaq.

    Tam oxu »
  • SÖZ ÇIXARTMAQ

    olmayan şey haqqında danışmaq, uydurmaq, şayiə yaymaq, böhtan atmaq; ~ iş toxumaq, səs salmaq.

    Tam oxu »
  • SÖZ DƏYİRMANDAKIDIR

    nə vaxtsa danışılmış şərtə əməl olunacağını və ya deyilmiş sözün qüvvədə olduğunu təsdiq etmək məqsədilə işlədilən ifadə

    Tam oxu »
  • SÖZ DƏYMƏK

    bax: söz tutmaq.

    Tam oxu »
  • SÖZ EŞİTMƏMƏK

    öyüd-nəsihətə qulaq asmamaq, əməl etməmək; ~ ipə-sapa yatmamaq (gəlməmək).

    Tam oxu »
  • SÖZ GƏLMƏK

    danlanmaq, məzəmmət edilmək.

    Tam oxu »
  • SÖZ GƏZDİRMƏK

    xəbərçilik eləmək; ~ ara vurmaq.

    Tam oxu »
  • SÖZ GƏZMƏK

    xəbər, şayiə yayılmaq.

    Tam oxu »
  • SÖZ GÖTÜRMƏMƏK

    haqsız sözü qəbul etməmək; qınağa, danlağa, tənqidə dözməmək; ~ qabağından yeməmək.

    Tam oxu »
  • SÖZ GÜLƏŞDİRMƏK

    boş-boşuna, yersiz mübahisə etmək.

    Tam oxu »
  • SÖZ KƏSMƏK

    bax: şərt kəsmək.

    Tam oxu »
  • SÖZ QAÇIRTMAQ

    bilmədən, istəmədən bir mövzunu açmaq; ~ ağzından qaçırmaq.

    Tam oxu »
  • SÖZ QAYTARMAQ

    kobud cavab vermək, etiraz etmək; ~ cavab qaytarmaq, üzünə qayıtmaq, üzünə ağ olmaq.

    Tam oxu »
  • SÖZ QOŞMAQ

    1. Şeir demək.  2. Dolamaq; ~ ələ salmaq, araya qoymaq, lağa qoymaq, məsxərəyə qoymaq, vedrə bağlamaq, zurna bağlamaq

    Tam oxu »
  • SÖZ SALMAQ

    haqqında danışmaq; ~ söz açmaq, söhbət açmaq.

    Tam oxu »
  • SÖZ SÖZÜ GƏTİRƏR (ÇƏKƏR)

    söhbətin mövzusu ilə bağlı, habelə ona əlavə olaraq və ya yeni mövzuya keçid məqsədilə işlədilən ifadə; ~ yeri gəlmişkən

    Tam oxu »
  • SÖZ TUTMAQ

    başqasının dediyi sözdən pərt olmaq, tutulmaq; ~ söz dəymək.   

    Tam oxu »
  • SÖZ ÜÇÜN CİBƏ GİRMƏMƏK

    hazırcavab olmaq, danışarkən çətinlik çəkməmək.

    Tam oxu »
  • SÖZ ÜÇÜN GƏZMƏK

    danışarkən uyğun sözü tapmamaq.

    Tam oxu »
  • SÖZ VAXTINA ÇƏKƏR

    haqqında danışılan hadisənin təxminən söhbətin getdiyi vaxtlarda (səhər, axşam, yay, qış və s.) baş verdiyini bildirən ifadə

    Tam oxu »
  • SÖZ VERİB ARXASINDAN QAÇMAQ

    vədini, sözünü yerinə yetirməmək, verdiyi vədə əməl etməmək, dediyini icra etməmək; ~ sözünü tutmamaq, sözündən dönmək (qaçmaq), sözünün dalından qaçm

    Tam oxu »
  • SÖZ VERMƏK

    işi yerinə yetirəcəyinə əmin etmək; ~ boyun olmaq.

    Tam oxu »
  • SÖZDƏN SÖZ ÇIXARMAQ

    deyilmiş sözü mənfi mənaya yozmaq; ~ ucundan tutub ucuzluğa getmək, sözdən yapışmaq.

    Tam oxu »
  • SÖZDƏN YAPIŞMAQ

    bax: sözdən söz çıxarmaq.

    Tam oxu »
  • SÖZƏ BAXMAQ

    deyilənə əməl etmək, deyiləni qəbul etmək; ~ qulaq asmaq.

    Tam oxu »
  • SÖZƏ QARIŞMAQ

    başqalarının danışdığı bir mövzuya qoşulub fikir bildirmək, söhbətə müdaxilə etmək; ~ söhbətə qarışmaq

    Tam oxu »
  • SÖZƏ QUYRUQ BAĞLAMAQ

    birinin danışdığı sözə başqa məna vermək, hər sözdə bir qüsur tapmaq; ~ qəmiş qoymaq.

    Tam oxu »
  • SÖZLƏRİ BİR OLMAQ

    müəyyən bir iş görmək üçün birlik, həmrəylik göstərmək, həmrəy olmaq; ~ sözü bir yerə qoymaq.

    Tam oxu »
  • SÖZLƏRİ ÇƏP GƏLMƏK

    danışıqları uyğun gəlməmək, əks fikirlər söyləmək, razılığa gəlməmək; mübahisəyə girişmək.

    Tam oxu »
  • SÖZLƏRİ DÜZ GƏLMƏK

    bir-biri ilə həmfikir, həmxasiyyət olmaq; ~ sözləri tutmaq.

    Tam oxu »
  • SÖZLƏRİ TUTMAQ

    bax: sözləri düz gəlmək.

    Tam oxu »
  • SÖZÜ AÇIB-AĞARTMAMAQ

    bax: sözü ağartmamaq.

    Tam oxu »
  • SÖZÜ AĞARTMAMAQ

    hər hansı məsələni açıb danışmamaq, faş etməmək.

    Tam oxu »
  • SÖZÜ AĞZINDA BİŞİRİB ÇIXARMAQ

    çox ehtiyatla, düşünərək danışmaq.

    Tam oxu »
  • SÖZÜ AĞZINDA ÇEYNƏMƏK

    gəvələmək, demək istədiyini deyə bilməmək; ~ sözü ağzından tökülmək.

    Tam oxu »
  • SÖZÜ AĞZINDA QALMAQ

    fikrini deyib qurtarmağa macal tapmamaq.

    Tam oxu »
  • SÖZÜ AĞZINDAN TÖKÜLMƏK

    açıq-aydın danışmamaq, düşündüklərini açıq şəkildə ifadə edə bilməmək; ~ sözü ağzında çeynəmək.

    Tam oxu »
  • SÖZÜ BİR OLMAQ

    bax: sözünün üstündə durmaq (dayanmaq).

    Tam oxu »
  • SÖZÜ BİR YERƏ QOYMAQ

    bir qərara gəlmək, bir məsələ haqqında razılığa gəlmək, həmrəy, həmfikir olmaq; ~ sözləri bir olmaq.

    Tam oxu »
  • SÖZÜ BİŞİRMƏDƏN AĞZINDAN ÇIXARMAQ

    danışığına fikir verməmək, düşünmədən danışmaq, nə gəldi danışmaq; ~ ağlına gələni danışmaq (demək).

    Tam oxu »
  • SÖZÜ BOĞAZINDA QALMAQ

    danışıq əsnasında hər hansı bir səbəbdən ani olaraq duruxmaq, danışa bilməmək, döyükmək.

    Tam oxu »
  • SÖZÜ ÇEYNƏMƏK

    səlis, aydın danışa bilməmək, qüsurlu danışmaq.

    Tam oxu »
  • SÖZÜ ÇÜRÜTMƏK

    bax: sözü uzatmaq.

    Tam oxu »
  • SÖZÜ DAŞDAN KEÇMƏK

    hörməti, nüfuzu hesabına fikrini başqalarına qəbul etdirməyi bacarmaq, söz sahibi olmaq.

    Tam oxu »
  • SÖZÜ DÜZ GƏLMƏK

    hər şeyi olduğu kimi danışmaq; ~ sözü tutmaq.

    Tam oxu »
  • SÖZÜ FIRLATMAQ

    bax: söhbəti fırlatmaq.

    Tam oxu »
  • SÖZÜ GÖYDƏ TUTMAQ

    tez anlamaq, dərhal başa düşmək, arif olmaq; ~ sözü havada tutmaq, havada tutmaq (qapmaq).

    Tam oxu »
  • SÖZÜ GÖZÜNÜN İÇİNƏ DEMƏK

    sözü üzünə demək, üzünə, gözünün içinə baxaraq tənqid etmək.

    Tam oxu »
  • SÖZÜ HAVADA TUTMAQ

    bax: sözü göydə tutmaq.

    Tam oxu »