bax: cibində siçanlar oynamaq.
taxılın dənələrini xüsusi alətlərlə sünbüldən ayırmaq.
bax: kəsilə-kəsilə qalmaq.
işləri düz gətirməmək, maneə ilə üzləşmək.
hər hansı bir ehtiyac və tələbatı ödəmək; ~ qulluğunda dayanmaq (durmaq).
darıxmaq, kədərlənmək; ~ həsrət çəkmək, ürəyi sıxılmaq (qısılmaq), ürəyi qubar eləmək (bağlamaq), qulağı çəkilmək
vədini, sözünü, əhdini pozmaq; əks mövqedə dayanmaq.
çox, lap çox, həddən artıq olmaq.
çox incitmək, bezdirmək.
mane olmaq, imkan verməmək, incitmək.
narazılıq, söz-söhbət yarandıqda işlədilən ifadə.
qorxmaq, xoflanmaq; ~ vahimə basmaq, vahiməyə düşmək.
qorxutmaq, hədələmək, xoflandırmaq.
qorxutmaq; ~ hədə-qorxu gəlmək.
görülən işdə birinin əhəmiyyətini aşağılamaq, onsuz da bu işin həll olunacağını bildirmək məqsədilə işlədilən ifadə
danışıqda və ya musiqi ifasında səhvə, yanlışlığa yol vermək, xaric oxumaq.
yeni, çoxunun eşitmədiyi, görmədiyi, bilmədiyi.
müflis etmək, var-yoxunu əlindən almaq, soymaq, talamaq.
yavaş-yavaş aşkara çıxmaq, əsas mətləbi duymaq; ~ cidanın ucu çuvaldan çıxmaq.
biabırçılıqla məğlub etmək; rüsvayçılıqla qovmaq; ~ şələsini qoltuğuna vermək, papağını qoltuğuna vermək
salamlaşmaq, kefini soruşmaq.
yaxşı təəssürat oyatmaq, bəyənilmək; ~ ürəyə yatmaq, göz oxşamaq.
bəyənilmək, xoş təsir bağışlamaq; ~ ürəyə yatmaq.
bəyənmək, istəmək, ürəyincə olmaq; ~ döşünə yatmaq, ürəyinə yatmaq, zövqünə yatmaq, könlünə yatmaq, ürəyi tutmaq, ürəyini oxşamaq, ruhunu oxşamaq, ruh
bax: yemi deyil.
qəliz, mürəkkəb, pafoslu danışmaq.
bir işdən, hadisədən özü üçün nəticə çıxarmaq; ~ dərs almaq (götürmək), gözünə su vermək, öz payını götürmək
həyatı başa salmaq, ağır, xoşagəlməz, pis hadisələrdən nəticə çıxarmağı öyrətmək.
razılıq istəmək.
razı olmaq, etiraz etməmək; ~ izin vermək.
kütləvi informasiya vasitələrinin, ictimai qurumların cəmiyyətdə gedən proseslərə nəzarəti.
mənfi xasiyyəti, əsl siması tanınmaq.
davamlı surətdə alkoqol qəbul etmək, nə gəldi içmək.
həbs etmək, dustaqxanaya salmaq.
dərdini gizli saxlamaq, ürəyini heç kəsə açmamaq, dərdini heç kimə bildirməmək; ~ ürəyinə salmaq.
acgözlüklə yemək, tikələri bütöv udmaq.
daxilən əsəbiləşmək, hədsiz gərgin olmaq, dinə bilməmək; ~ dişi bağırsağını kəsmək.
daxilən sarsıntı və iztirab keçirmək.
dərdini izhar edə bilməmək; ~ içi yanmaq.
1. Çox susamaq, susuzluqdan dili boğazına çəkilmək; ~ ciyəri yanmaq, dil-dodağı qurumaq. 2. Üzülmək, dərdini izhar edə bilməmək; ~ içi od tutub yanma
zahirən xoşbəxt, gülərüz, şən, qayğısız görünən, lakin daxilən əzab çəkən, dərdini heç kimə deyə bilməyən adamın özü haqqında söylədiyi ifadə
hədsiz böyük və geniş olmaq; ~ at min, çap.
bol olmaq, çox olmaq, yaxşı yaşamaq.
bax: içindən qovrulmaq.
bax: qənbərqulu çıxmaq.
acığını, hirsini və ya başqa bir hissini açıb deyə bilmədiyi üçün çox əzab və iztirab keçirmək; ~ içindən kəsilmək
çox təsir etmək; ~ dərinə işləmək.
şübhələnmək, narahat olmaq, həyəcanlanmaq.
son dərəcə narahat etmək; ~ nalı oda qoymaq.
problemini, dərdini gizli saxlamaq, heç kimə bildirməmək; ~ ürəyinə salmaq, içəri vermək.