Azərbaycan dilinin izahlı lüğəti

  • ƏRİŞTƏLİ

    sif. Tərkibində əriştə olan, əriştə qarışığı olan. Əriştəli plov

    Tam oxu »
  • ƏRİŞTƏLİK

    sif. Əriştə kəsmək üçün hazırlanan, əriştəyə yarar. Əriştəlik xəmir. Əriştəlik un

    Tam oxu »
  • ƏRİŞTƏPLOV

    is. aşp. Əriştə ilə düyüdən bişirilən plov

    Tam oxu »
  • ƏRİTDİRMƏ

    “Əritdirmək”dən f.is

    Tam oxu »
  • ƏRİTDİRMƏK

    “Əritmək”dən icb. Yağı əritdirmək

    Tam oxu »
  • ƏRİTMƏ

    “Əritmək”dən f.is. Əritmə sexi

    Tam oxu »
  • ƏRİTMƏK

    f. 1. Hərarət təsiri ilə bərk, yaxud donmuş halda olan şeyi maye halına salmaq. Yağ əritmək. Qır əritmək

    Tam oxu »
  • ƏRİYİCİ

    sif. 1. Maye və s. içində əriyə bilən, həll ola bilən. Əriyici maddə. 2. Asanlıqla əriyən, tezəriyən

    Tam oxu »
  • ƏRİZƏ

    is. [ər.] rəs. Bir arzu və ya xahiş ifadə edən məktub, yazılı müraciət. Ərizə vermək. Müdirin adına ərizə yazmaq

    Tam oxu »
  • ƏRİZƏBAZ

    is. [ər. ərizə və fars. …baz] Müxtəlif idarələrə, təşkilatlara və s.-yə daha çox yalandan, çox vaxt böhtan məqsədi ilə ərizə yazmağı özünə peşə etmiş

    Tam oxu »
  • ƏRİZƏBAZLIQ

    is. Ərizəbazın işi, peşəsi. Ərizəbazlıqla məşğul olmaq. Ərizəbazlıq işimizə mane olur. – Ərizəbazlıqla hərbi xidmətdən qurtara bilməyən İmanzadəyə, nə

    Tam oxu »
  • ƏRİZƏÇİ

    is. 1. Ərizə verən, ərizə ilə müraciət edən adam; şikayətçi. Ərizəçi öz ərizəsinə imza etdi. Ərizəçilərin qəbulu

    Tam oxu »
  • ƏRİZƏÇİLİK

    is. 1. bax ərizəbazlıq. Ərizəçiliklə məşğul olmaq. 2. köhn. Keçmişdə savadsız adamlara pulla ərizə yazma peşəsi

    Tam oxu »
  • ƏRİZƏYAZAN

    is. köhn. Keçmişdə savadsız adamlar üçün pulla ərizə yazan adam

    Tam oxu »
  • ƏRK₂

    is. İç qala, möhkəm hasar. Laxlayan daş ərkdə qalmaz. (Ata. sözü)

    Tam oxu »
  • ƏRK₁

    1. is. Bir şəxsin yaşca böyüklüyü, yaxın qohumluğu, yaxud dostluğu səbəbi ilə başqa birisi ilə sərbəstcə davranmasına, rəftar etməsinə (söz deməsinə,

    Tam oxu »
  • ƏRKAN

    is. [ər. “rükn” söz. cəmi] top. 1. Yüksək vəzifəli dövlət məmurları, dövləti idarə edən adamlar. Onun qabağında tamam ərkani-dövlət durmuşdular

    Tam oxu »
  • ƏRKANLI

    sif. dan. Ədəbli, qanacaqlı, ədəb gözləyən, ciddi

    Tam oxu »
  • ƏRKANSIZ

    sif. 1. Dinsiz, imansız. 2. Söyüş, qarğış məqamında işlənir. Yassar qışqırdı: – Ay ərkansızın qızı, bəri qayıt, vurdum! Mir Cəlal

    Tam oxu »
  • ƏRKƏ

    is. Uşaq, çocuq, tifil. [Bəypolad:] Miskin bir ərkəyə rast gəlsəm, dərhal sinirlərimə toxunur. H.Cavid

    Tam oxu »
  • ƏRKƏSÖYÜN

    is. Ərköyün, xudpəsənd, özünü sevən. Xanım Balacayeva Əlisanın kənara sürütlədiyi peçi qalamaqla məşğul olduğundan, Gülöyşə ərkəsöyün adam kimi o biri

    Tam oxu »
  • ƏRKƏVAN

    is. bot. Paxlaya oxşar meyvəsi, parlaq çəhrayı rəngli çiçəkləri olan, qışda yarpağı tökülən ağac, ya kol

    Tam oxu »
  • ƏRKLƏMƏ

    “Ərkləmək”dən f.is

    Tam oxu »
  • ƏRKLƏMƏK

    f. Əzizləmək, ərköyün öyrətmək

    Tam oxu »
  • ƏRKLƏNMƏ

    “Ərklənmək”dən f.is

    Tam oxu »
  • ƏRKLƏNMƏK

    məch. Ərköyün böyüdülmək, əzizlənmək

    Tam oxu »
  • ƏRKLİK

    is. Ərk etmə, yaxınlıq. Ərkliklə (z.) gəlmişdim ki, səni qardaşınla barışdırım

    Tam oxu »
  • ƏRKNAZ

    1. is. Naz, qəmzə. Öldüm nazın çəkməkdən; Belə ərknaz olmaz. (Bayatı). Yar inciyib küsəndə onun başqa zövqü var; Hərdənbir ortalıqda gərək ərknaz ola

    Tam oxu »
  • ƏRKÖYÜN

    sif. Həddindən artıq əzizlənmək, bütün arzu və şıltaqları yerinə yetirilməsi nəticəsində xudbin böyümüş

    Tam oxu »
  • ƏRKÖYÜNCƏSİNƏ

    zərf Ərköyün kimi, xudbincəsinə

    Tam oxu »
  • ƏRKÖYÜNLƏŞMƏ

    “Ərköyünləşmək”dən f.is

    Tam oxu »
  • ƏRKÖYÜNLƏŞMƏK

    f. Ərköyün olmaq, həddindən artıq əzizlənmək, hər bir arzu və şıltağı yerinə yetirilmək nəticəsində xudbin olmaq

    Tam oxu »
  • ƏRKÖYÜNLÜK

    is. Ərköyün adamın hal və keyfiyyəti; xudbinlik. Evdəki ərköyünlük əlamətləri məktəbin ciddi tələbləri qarşısında əriməyə başlayırdı

    Tam oxu »
  • ƏRKYANA

    zərf Ərki olan adam kimi, ərk edərək, ərklə, özünə çox yaxın bilərək. Bayram kişi ərkyana [cavanı] danladı: – Yaxşı, nə quruyub durmusan

    Tam oxu »
  • ƏRQƏVAN

    is. [fars.] şair. Qırmızı rəngli gözəl bir gül (klassik şeirdə gözəlin dodağı bu çiçəyə oxşadılır). Səmən iyli, səhabi zülf, ay qabaq; Qönçə dəhan, dü

    Tam oxu »
  • ƏRQƏVANİ

    sif. [fars.] şair. Ərqəvan çiçəyi rəngində, qırmızı və parlaq. Öldürdü məni qəmi-nihani; Yoxdurmu şərabi-ərqəvani? Füzuli

    Tam oxu »
  • ƏRLİ

    sif. Əri olan. Ev tikdirənlər təkcə ərli qadınlar deyildi. Ə.Əbülhəsən. // İs. mənasında. Ərli qadın

    Tam oxu »
  • ƏRLİ-ARVADLI

    zərf. Ərlə arvad bir yerdə; bütün ailəliklə

    Tam oxu »
  • ƏRLİK

    is. 1. Ərin öz qadınına olan münasibəti, vəzifəsi, haqqı. Onun ərliyindən nə olacaq? Ərliyə qəbul etdi

    Tam oxu »
  • ƏRLİLİK

    is. Əri olan qadının hal və vəziyyəti

    Tam oxu »
  • ƏRMƏĞAN

    is. [fars.] bax armağan. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi

    Tam oxu »
  • ƏROV

    is. Çirkli, sabunlu paltar suyu. Ərov axıb gəlib qapının yanında göl durmuşdu. C.Məmmədquluzadə

    Tam oxu »
  • ƏRP

    is. 1. Sirkənin, abqoranın və s.-nin üzərinə yığılan çirkli qəliz maye qatı. 2. İçində su qaynadılan qabların dibində və divarlarında daşlaşan, həll o

    Tam oxu »
  • ƏRPLƏNMƏ

    “Ərplənmək”dən f.is

    Tam oxu »
  • ƏRPLƏNMƏK

    f. Üstü ərplə örtülmək, ərp bağlamaq. Sirkənin ağzı açıq qalanda ərplənir. Çaydanın divarları və dibi ərplənmişdir

    Tam oxu »
  • ƏRRADƏ

    is. [ər.] köhn. 1. Təkərlər üzərində yerləşdirilmiş top, mancanaq və s. altlığı. Çəkilməkdə ərradədə tuplər; Təbillərdə fəryad gup-guplər

    Tam oxu »
  • ƏRRƏ

    is. [fars.] İkidəstəli iri mişar, bıçqı. Kərki olub öz tərəfinə yonma; Ərrə ol, iki tərəfə yon. (Ata

    Tam oxu »
  • ƏRRƏÇİ

    is. Mişarçı, bıçqıçı

    Tam oxu »
  • ƏRSƏ

    is. [ər.] 1. Meydan, açıq yer, boş yer; düzən. Bir ərsədə hər əsər ki gördüm; Sənsən deyib ol əsər, yügürdüm

    Tam oxu »
  • ƏRSƏMƏK

    is. qəd. Böyümək, kamala çatmaq. Ərsəmiş nər öldürdün; Qanlısan, gözəl maya. (Bayatı)

    Tam oxu »