BACAQLI

Qızıl pul. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycanda işlədilən Niderland qızıl dukatları, Avstriya  qızıl sikkələri, həmçinin Fətəli şahın kəsdirdiyi bəzi qızıl sikkələr də bacaqlı adlanırdı. Bacaqlıdan qadın sinə bəzəyi kimi istifadə olunmuşdur.

– Ey hacı, Nigar xanımın verdiyi ənamlardan bizə də pay ver.

Koroğlu onların hər birinə bir bacaqlı verdi. (Paris nüsxəsi, 5-ci məclis)

*

Molla dedi ki, bəri başdan pulumu ver, sonra gedək. Koroğlu mollaya bir bacaqlı verdi. Mollanın gözlərinə işıq gəldi. (Paris nüsxəsi, 4-cü məclis)

BAC-XƏRAC
BACUQ

Digər lüğətlərdə

аренда́торство квази- перевоспита́ться правление прива́рка прице́льно эвфони́ческий блудни́ца водоме́р крути́ться отстава́ние проигра́ться римская свеча́ семе́йка типологи́ческий ято́вь dew incorrectly ravish sciagraphy waggon road деревянный детоубийца люстра ремонтировать