BAY

varlıq, zənginlik. Türk mənşəli qədim sözdür. Varlıq, zənginlik, ərlik, üstünlük, bolluq sözlərinin mahiyyətini ifadə edir. Türk adlarının vacib birləşmələrindən başqa sözlərlə istifadə olu-na bilən, işlədilən kəlməni tamamlayıb, gücləndirən, həm əvvəli-nə, həm də sonuna əlavə olunan ad.
BARIŞ
BAZİS
OBASTAN VİKİ
Proprioseiopsis bay
Proprioseiopsis bay (lat. Proprioseiopsis bay) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis bay Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Marina Bay Sands
Marina Bay Sands — Sinqapurun Mərkəzi rayonunda, Marina Bay körfəzi sahilində yerləşən otel və kazino. Ssangyong Engineering & Construction şirkəti tərəfindən tikilmiş, sifarişçi isə Las Vegas Sands qrupudur. 2010-cu ildə istifadəyə verilən bu tikili qısa zamanda Sinqapurun simvoluna çevrildi. Marina Bay Sandsın diqqət çəkən cəhtlərindən biri 191 metr hündürlükdə geniş müşahidə meydançasına və hovuza malik olmasıdır. Məhz bu ərazidən Marina Bay körfəzinə və şəhərin digər göydələnlərinə gözəl mənzərə açılır.. Tikili dünyada torpaq sahəsinin çəkilən xərci ilə birlikdə ən bahalı kazino hesab olunur. Üç binadan ibarət olan Marina Bay Sandsda 2561 otaqlıq otel, 120000 kvadrat metr sahəyə malik konqress-sərgi mərkəzi, 74000 kv.m-lik Marina Bay Sands ticarət mərkəzin, muzey, iki böyük teatr, restoranlar, iki üzən istirahət köşkü, buz meydançası, dünyada ən böyük, 500 stolluq və 1600 avtomatlıq atrium kazino yerləşir. Komlpeksdə 340 metr uzunluğa malik SkyPark yerləşir. Otelin tikintisi dörd il sürmüş — 2006-cı ilin ortalarından 2010-cu ilə qədər. Ümumən 8 milyard dollar sərf olunmuşdur.
Marina Bay körfəzi
Marina Bay (Marina Bay) — Sinqapur şəhərinin cənub hissəsində yerləşən dəniz körfəzi. Bu bölgə şəhərin işgüzar ərazisi hesab olunur. Məhz körfəz boyu şəhərin ən gözəl hissəsi yerləşir. Sinqapurun bütün dünyaca məşhur binaları, restoranları və istirahət mərkəzləri Marina Bayda yerləşir. Marina Bay dörd əsas hissədən ibarətdir: Mərkəzi, Şərq, Cənub və Straits View.. Marina Bay körfəzi bir neçə çayın(kanal) mənsəbində formalaşıb — Kallanq, Sinqapur, Roçor və Cilanq. Ərazinin tikintisinə 1969–70-ci illərdə başlanılıb. Bölgədə geniş meliorativ işlər görülmüş və 360 hektar ərazidə çoxlu arxitektur inciləri tikilmişdir. Müasir dövrdə Marina Bay körfəzi sutka boyu fəaliyyət göstərən şəhər ərazisidir. Burada insanlar yaşayır, işləyir və istirahət edirlər.
Nkhata Bay (mahal)
Nxata Bey — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. Nxata Bey ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Nxata Bey şəhəridir. Mahal şimalda Rumfi mahalı, şərqdə Malavi gölü, cənubda Nxotakota mahalı, qərbdə isə Mzimba mahalı ilə qonşudur.
North Bay Nugget
"North Bay Nugget" — Kanadanın Ontario ştatının Nort-Bey şəhərində nəşr olunan qəzetdir. Qəzet hal-hazırda "Postmedia"ya məxsusdur. "Southam Newspapers" 1996-cı ildə "Thomson Newspapers" şəbəkəsini satın alaraq "Nugget və Star"ı ümumi mülkiyyət altında birləşdirmişdir. Qəzetlər 2001-ci ildə "Osprey Media"ya və 2007-ci ildə "Sun Media"ya satılmışdır. "Postmedia" 2015-ci ildə "Sun Media"nı satın almışdır.
Palm Bay, Florida
Palm Bey, ABŞ-nin Florida ştatındakı Brevard qraflığında yerləşən bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi 103.190 nəfər, aqlomerasiya regionunun əhalisi 543.376 nəfərdir. 15 Mart 2010-cu il tarixində həyata keçirilən bir siyahıya alınmaya görə, şəhərdə 40670 nəfər, 17200 ev və 11094 ailə var. Şəhərdəki əhali bölgüsü əhalinin 79.0% Ağ, 11.3 % Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarət olduğunu müəyyən etmişdir.
The Pirate Bay
The Pirate Bay (bəzən TPB kimi qısaldılır) — əyləncə mediası və proqram təminatının onlayn rəqəmsal məzmun indeksidir. 2003-cü ildə İsveçin Piratbyrån araşdırma mərkəzi tərəfindən qurulan Pirate Bay ziyarətçilərə BitTorrent protokolu istifadəçiləri arasında peer-to-peer fayl mübadiləsini asanlaşdıran maqnit bağlantıları və torrent faylları arasında axtarma, endirmə və töhfə vermə imkanları yaradır. Pirate Bay fayl paylaşımı, müəllif hüquqları və vətəndaş azadlıqlarının hüquqi aspektləri ilə bağlı mübahisələrə səbəb oldu və müəyyən edilmiş əqli mülkiyyət qanunlarına qarşı siyasi təşəbbüslər platformasına və müəllif hüquqları əleyhinə hərəkatın mərkəzi fiquruna çevrildi. Veb sayt fəaliyyətini davam etdirmək üçün bir sıra yeni veb ünvanlarına keçərək bir neçə dəfə bağlanma və domenlərin müsadirə olunması halları ilə üzləşdi. 2009-cu ilin aprelində saytın təsisçiləri (Piter Sunde, Fredrik Neyc və Qotfrid Svartholm) İsveçdə Pirate Bay işində müəllif hüquqlarının pozulmasına kömək etməkdə təqsirli bilinərək bir il həbs və cərimə cəzasına məhkum edildilər. Bəzi ölkələrdə internet provayderlərinə (ISP) vebsayta girişi bloklamaq tapşırılıb. Daha sonra proksi saytlar vasitəsi ilə bu saytla giriş əldə olundu. Təsisçilər Svartholm, Neyc və Sunde qısamüddətli cəza çəkdikdən sonra 2015-ci ildə azadlığa buraxıldı.
Qud bay, Lenin!
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Qud bay, Lenin! (film, 2003)
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Azər­bay­can Elmlər Akade­miyası
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı.
Cəfər xan Bayat
Cəfər xan Abbasqulu xan oğlu Bayat (?-?) —Nişapur hakimi. Cəfər xan Bayat 1791-ci ildə Nişapur hakimi təyin olunmuşdu. 1798-ci ildə Fətəli şah Qacar Xorasanı Əfşarlar sülaləsinin əlindən tamamilə almaq üçün yürüşə başladı. Şah Xorasana gedən yol boyu şəhərləri fəth edərək irəliləyirdi. Nişapurda məhəl hakimi Cəfər xan Bayat əbləhanə bir işə əl atdı. O, oğlunu girov kimi şahın yanına göndərdi, amma özü Nişapur qalasını şah qoşunlarına təslim etməkdən imtina etdi. Tarixçi Lisanülmülk Sipehr yazır: "Şəhriyar Cəfər xanın bu yöndəmsiz hərəkətindən əsəbləşdi.Bu səbəbdən qoşun Nişapur nahiyəsində qarətə başladı, sakinlərin binalarını, yemək şeylərini, heç nəyə məhəl qoymadan dağıdıb, xarab etdilər. Şəhriyarın qəzəbi ərşə qalxdı. Əmr etdi ki,Cəfər xanın oğlunu hasar divarının ayağına gətirib, atasının gözləri qarşısında onun boynunu vursunlar. Qəzəblənmiş camaat onun üzünə hələ qara tük gəlməmiş oğlunu divarın ayağına gətirib, torpağa yıxaraq qılıncı boğazına dirədilər və soyundurdular.
Cəlal Bayar
Cəlal Bayar (türk. Celâl Bayar; 16 may 1883, Umurbəy[d], Bursa vilayəti – 22 avqust 1986[…], İstanbul) — Türkiyə Respublikasının 3-cü prezidenti (1950–1960), 4-cü baş naziri (1937–1939), Demokrat Partiyasının qurucularından biri, Türkiyəli iqtisadçı və siyasətçi. Çağdaş Türkiyənin siyasi həyatının müxtəlif dövrlərində mühüm rol oynayan Bayar, cümhuriyyət dövründə TBMM üzvü, iqtisad elmləri üzrə millət vəkili olub. Mustafa Kamal Atatürkün 1950–1960-cı illər arasında sonuncu baş naziri və Türkiyənin üçüncü və ilk hərb kökəni olamayan prezidenti kimi fəaliyyət göstərib. Cəlal Bayar 1883-cü ildə Bursanın Gəmlik mahalının Umurbəy kəndində anadan olub. İlmiyə sinfinə mənsub fiqh alimi olan atası Abdullah Fehmi Əfəndi 93-cü il müharibəsindən sonra bu gün Bolqarıstan sərhədləri daxilindəki Pleven şəhərindən Gəmlik yaxınlığındakı Umurbəy kəndinə köçmüşdür. Bu kənddəki orta məktəbdə direktor, bir müddət Gəmlikdə müfti vəzifəsində çalışıb. Bayar Abdullah Fehmi Əfəndinin (böyük qardaşları Behzat və Asım) üçüncü oğludur. İbtidai və orta təhsilini atasının yanında alan Bayarın uşaqlığı və gəncliyi ailəsinin məskunlaşdığı Bursada keçir. Gəmlik Məhkəmə İdarəsi və Alay İdarəsində kursant vəzifəsində çalışıb.
Cəlal Bayramov
Cəmilə Bayramova
Cəmilə Əsədulla qızı Bayramova (20 iyul 1957, Bakı) — Azərbaycan Respublikasının xalq artisti (2000). Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1975). 1975-1991 illərdə Azərb. Dövlət Rəqs Ansamblında işləmişdir. 1999 ildən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında rəqqasə işləyir. Xəzər Universiteti qızlardan ibarət rəqs ansanblını yaratmış, orada müəllimlik etmişdir.
Cənubi Azərbaycan bayrağı
Güney Azərbaycanın bayrağı və ya Cənubi Azərbaycan bayrağı — irredentist siyasi qüvvələr üçün Güney Azərbaycanı təmsil edən bayraq. Azərbaycan milli hərəkətçıları tərəfindən Güney Azərbaycanı təmsil edən bayraq və simvolun olması bir zərurət kimi qəbul edilsə də, hələlik vahid bayraq formasını qəbul etmək mümkün olmamışdır. Bəzi qüvvələr Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatında Cənubi Azərbaycanı təmsil edən Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağını "Güney Azərbaycanın bayrağı" kimi qəbul edirlər. 2007-ci il fevralın 1-də Güney Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı-UNPO-nun üzvlüyünə qəbul olunub. Elə həmin mərasimdən sonra Güney Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı BMT-də dalğalanmağa başlayıb. Güney Azərbaycanın milli bayrağı 2003-cü ildə Babək qalasına yürüş zamanı on minlərlə azərbaycanlı tərəfindən milli hərəkatın simvolu kimi qəbul edilib. BMT-də Güney Azərbaycanın UNPO-ya üzv qəbul olunması ilə bağlı keçirilən təntənəli qəbul mərasimində Güney Azərbaycan və onu təmsil edən GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlı iştirak etmişdi. Güney Azərbaycan milli hərəkatının Şimali Azərbaycanın üçrəngli bayrağını qəbul etməsi barədə təkliflər səslənsə də, sonda nisbətən fərqli bayrağın qəbulu zəruri sayıldı. Ancaq bayraq yalnız rənglərinin ölçülərinə görə fərqlənir. Burda da müsavatçılıq, çağdaşlıq, müsəlmançılığn rəmzləri mövcuddur.
Cənubi Koreya bayrağı
Cənubi Koreya bayrağı — Koreya Respublikasının Dövlət bayrağı Cənubi Koreyanın bayrağındakı ağ rəng Koreya xalqının milli rəngi hesab edilir. Bayrağın mərkəzində yerləşən emblem bütöv qəbul edilən kainata olan baxışları əks etdirir (daosizm). Bu emblemdə 2 əks enerji, "in" və "yan" bir-biri ilə həm birləşir, həm də qarşılıqlı əlaqə yaradır. "İn-yan" Böyük Başlanğıcın sintezi olub, Koreya dilində "theqık" adlanır. Buna görə də Koreya bayrağı "theqıkki" adlandırılır. Bayrağın künclərində triqrammalar yerləşir. Triqrammalar da, öz növbəsində, "in" (qırıq-qırıq zolaqlar) və "yan"dan (bütöv zolaqlar) təşkil olunub. Triqrammalar yuxarı sol küncdən saat əqrəbi istiqamətində aşağıdakı mənaları daşıyır: səma, cənub və yay; ay, qərb, payız və su; torpaq, şimal, qış; günəş, şərq, bahar, od. Qara rəng sayıqlığın, möhkəmliyin, ədalətin və bəkarətin rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.
Cənubi Osetiya bayrağı
Bəzi dövlətlər tərəfindən tanınmış Cənubi Osetiya Respublikasının bayrağı.
Cənubi Sudan bayrağı
Cənubi Sudan bayrağı — Cənubi Sudan hökumətinin bayrağı.
Cənubi Vyetnam bayrağı
Cənubi Vyetnam bayrağı (vyet. Cờ vàng ba sọc đỏ) — Vyetnam Müvəqqəti Mərkəzi Hökumətinin (1948–1949), Vyetnam Dövlətinin (1949–1955) və Vyetnam Respublikasının (1955–1975) bayrağı. Bayraq düzbucaqlı sarı parçadan ibarət idi, onun mərkəzində üç üfüqi qırmızı zolaq çəkilmişdi. Sarı Vyetnamın tarixi rəngidir və yerin rəngini təmsil edir. Üç zolaq Şimali, Mərkəzi və Cənubi Vyetnam bölgələrini təmsil edir, ölkənin birliyini simvollaşdırır. Zolaqların qırmızı rəngdə olması qanı təmsil edir, ölkənin bütün tarixi boyu xalqın daimi mübarizəsini simvollaşdırır. Bayrağın dizaynı 2 iyun 1948-ci ildə Nquen Van Syuan tərəfindən təsdiq edilmişdir. Hal-hazırda bayraq Vyetnam diasporasının bir çox antikommunist üzvləri tərəfindən qədim Vyetnamın mədəni irsinin və müasir Vyetnamdakı mövcud siyasi sistemə qarşı mübarizəsinin simvolu kimi istifadə olunur.
Dalmatiya bayrağı
Dalmatsiya bayrağı iki bərabər hissəyə bölünən düzbucaqlı parçadan ibarətdir, üstü mavi və alt hissəsi sarıdır. Xorvatiya bayrağı kimi Avstriya İmperiyası dövründən bəri tanınır. Dalmatsiya gerbi mavi qalxandan ibarətdir ki, onun üstündə anfas şəklində təsvir olunmuş başlarında qızıl tac olan 3 aslan təsvir olunub. Gerb bayraqda heç vaxt istifadə olunmayıb. Ola bilsin ki, gerb bəzən qeyri-rəsmi bayraqlarda istifadə olunurdu. 1918-ci ildən sonra vahid inzibati bölgə olaraq Dalmatsiya artıq mövcud deyildi və bu səbəbdən də bayrağın istifadəsi dayandırıldı. Müasir Xorvatiya əyalətləri mavi və sarı rənglərini istifadə etsə də, onların heç birinin Dalmatsiyanın tam tarixi gerbi və bayrağını “tələb etmək” hüququ yoxdur. Digər tərəfdən, gerb Xorvatiya gerbi və bayrağına daxildir. Bununla birlikdə, əsasən xatirə əlaməti olaraq, Dalmatsiya bayrağı və gerbi bəzən Dalmatsiyaya iddia edən bir-iki italyan dairələri və II Dünya Müharibəsindən sonra Dalmatsiyadan köç edənlər tərəfindən istifadə edilirdi. Dalmatsiya bayrağı aşağıda ona bənzər bayraqlarla qarışdırılmamalıdır, çünki onların aralarında heç bir əlaqələri yoxdur.
Dalmatsiya bayrağı
Dalmatsiya bayrağı iki bərabər hissəyə bölünən düzbucaqlı parçadan ibarətdir, üstü mavi və alt hissəsi sarıdır. Xorvatiya bayrağı kimi Avstriya İmperiyası dövründən bəri tanınır. Dalmatsiya gerbi mavi qalxandan ibarətdir ki, onun üstündə anfas şəklində təsvir olunmuş başlarında qızıl tac olan 3 aslan təsvir olunub. Gerb bayraqda heç vaxt istifadə olunmayıb. Ola bilsin ki, gerb bəzən qeyri-rəsmi bayraqlarda istifadə olunurdu. 1918-ci ildən sonra vahid inzibati bölgə olaraq Dalmatsiya artıq mövcud deyildi və bu səbəbdən də bayrağın istifadəsi dayandırıldı. Müasir Xorvatiya əyalətləri mavi və sarı rənglərini istifadə etsə də, onların heç birinin Dalmatsiyanın tam tarixi gerbi və bayrağını “tələb etmək” hüququ yoxdur. Digər tərəfdən, gerb Xorvatiya gerbi və bayrağına daxildir. Bununla birlikdə, əsasən xatirə əlaməti olaraq, Dalmatsiya bayrağı və gerbi bəzən Dalmatsiyaya iddia edən bir-iki italyan dairələri və II Dünya Müharibəsindən sonra Dalmatsiyadan köç edənlər tərəfindən istifadə edilirdi. Dalmatsiya bayrağı aşağıda ona bənzər bayraqlarla qarışdırılmamalıdır, çünki onların aralarında heç bir əlaqələri yoxdur.
Dalmatsiya krallığı bayrağı
Dalmatsiya bayrağı iki bərabər hissəyə bölünən düzbucaqlı parçadan ibarətdir, üstü mavi və alt hissəsi sarıdır. Xorvatiya bayrağı kimi Avstriya İmperiyası dövründən bəri tanınır. Dalmatsiya gerbi mavi qalxandan ibarətdir ki, onun üstündə anfas şəklində təsvir olunmuş başlarında qızıl tac olan 3 aslan təsvir olunub. Gerb bayraqda heç vaxt istifadə olunmayıb. Ola bilsin ki, gerb bəzən qeyri-rəsmi bayraqlarda istifadə olunurdu. 1918-ci ildən sonra vahid inzibati bölgə olaraq Dalmatsiya artıq mövcud deyildi və bu səbəbdən də bayrağın istifadəsi dayandırıldı. Müasir Xorvatiya əyalətləri mavi və sarı rənglərini istifadə etsə də, onların heç birinin Dalmatsiyanın tam tarixi gerbi və bayrağını “tələb etmək” hüququ yoxdur. Digər tərəfdən, gerb Xorvatiya gerbi və bayrağına daxildir. Bununla birlikdə, əsasən xatirə əlaməti olaraq, Dalmatsiya bayrağı və gerbi bəzən Dalmatsiyaya iddia edən bir-iki italyan dairələri və II Dünya Müharibəsindən sonra Dalmatsiyadan köç edənlər tərəfindən istifadə edilirdi. Dalmatsiya bayrağı aşağıda ona bənzər bayraqlarla qarışdırılmamalıdır, çünki onların aralarında heç bir əlaqələri yoxdur.
Deniz Baykal
Dəniz Baykal (türk. Deniz Baykal, 20 iyul 1938, Antalya – 11 fevral 2023, Ankara) – Türkiyə siyasətçisi və hüquqşünas. Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, Millət vəkili. Dəniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Atası əslən Çərkəz , anası Türkiyədəndir. 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb. 1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-yə yollanan Dəniz Baykal iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Antalya millət vəkili seçilib. Dəniz Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində Maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal Partiya Məclisi və Mərkəzi İdarəetmə Heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib.
Dominika bayrağı
Dominika bayrağı — Dominikanın Dövlət bayrağı.
Dominikan Respublikası bayrağı
Dominikan respublikasının bayrağı — Dominikan Respublikasının Dövlət bayrağı Dominikan Respublikası bayrağı günümüzdəki halı ilə 1863-cü ildən bu yana istifadə olunur. Bayraq, mavi, qırmızı və ağ rənglərdən ibarətdir. Üfüqi və şaquli olaraq bayrağı dörd bərabər parçaya bölən ağ xaç, ölkənin müstəqillik mübarizəsi əsnasında həyatını itirən xalqını simvollaşdırma etməkdədir. Qırmızı rəng azadlıq döyüşü əsnasında axan qanı, mavi isə daimi azadlığı ifadə edir. Ölkənin rəsmi orqanları tərəfindən istifadə edilən bayrağında, ölkənin gerbi tam ortada iştirak etməkdədir.
Dostluq Bayramı (1972)
Dostluq bayramı (film, 1972)
Doğan Bayraqdar
Doğan Bayraqdar(24 aprel 1995, İstanbul) — Türk aktyoru. Doğan Bayraktar 1995-ci ildə İstanbulda anadan olub. Nişantaşı Universitetində Mülki Aviasiya və Kabin Xidmətləri ixtisası üzrə təhsil alan Doğan universitetdə oxuduğu müddətdə Erkan Özermanın təşkil etdiyi 2015 Best Model of Turkey model yarışmasında iştirak edib və İkinci Yarışçı seçilib. İlk aktyorluq təcrübəsini 2017-ci ildə FOX-da yayımlanmağa başlayan Döyüşçü serialı ilə yaşadı. Daha sonra Hercai serialında rol aldı. 2021–2022-ci illər arasında BluTV-də yayımlanan Börü 2039 serialında "Korkut Buğra Orbay" obrazını canlandırıb. Son olaraq 2022-ci ildə FOX-da yayımlanan Gülümse Kaderine serialında "Ekin" rolunu canlandırıb.
Doğan günəş bayrağı
Kokucisu-ki (旭日旗) — hərfi tərcüməsi "Doğan günəş bayrağı") — Yaponiyanın hərbi bayrağı. Bu bayraq müvəffəqiyyət arzusunun simvolu kimi istifadə olunurdu.. Lakin hərbi bayraq qismində isə ilk dəfə Edo dövrünün sonlarında (1854-cü ildən) istifadə olunmuşdur. 1870-ci il 27 yanvar tarixində Meyci dövründə aparılan siyasət çərçivəsində milli bayraq qismində qəbul olunmuşdur..Hal-hazırda bayraqdan hərbi dəniz qoşunlarında, dəyişilmiş şəkildə Yaponiya özünümüdafiə quru qüvvələrində istifadə olunur. Vaxtaşırı olaraq, bayrağın təsvirinə reklam plakatları və məhsulların üzərində rast gələ bilərik. İkinci dünya müharibəsi dövründə isə yapon qoşunları bayraqdan Cənub-Şərqi Asiya ölkələrini işğal etdikləri zaman istifadə etmişdilər. Cənubi Koreya və Çində bu bayraq yapon militarizmi və imperializminin simvolu sayılır, ondan istifadə etmək isə təhqir hesab edilir. Ağ parça üzərində qırmızı dairəyə malik olan bu bayraq Yaponiyanın müasir bayrağını xatırlatsa da, günəş şüalarının sayı ilə (adətən 16 olur) fərqlənir. Beləki bu şüalar Yaponiyanın "Gündoğan ölkə" olmasını nümayiş etdirir. Yaponiya İmperator ordusu bu bayraqdan 1870-ci ildən bəri istifadə edir. .
Elmar Bayramlı
Elmar Bayramov
Elmar Bayramov (28 dekabr 1986, Lənkəran) — Azərbaycan kinorejissoru Elmar Bayramov 28 dekabr 1986-cı ildə Lənkəran şəhərində Bayramovlar ailəsində doğulmuşdur. 1993–2004-cu illərdə orta təhsilini Lənkaranda 4 saylı Humanitar Təmayüllü Məktəb Liseydə almışdır. 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Biblioqrafia ve informasiya fakültəsində ali təhsil almışdır. 2004-cu ildən 2007-ci ilə qədər "Kontakt Kopoeyra İdman Klubu"nda, 2007-ci ildən 2016-cı ilə qədər "Azərbaycan Kapoeira Federasıyası"nda müəllim vəzifəsindən, federasiya prezidenti vəzifəsinə qədər yüksəlmişdir. 2016-cı ildən reklam və film lahiyələrinin sayı çoxaldığına görə Azərbaycan Kapoeira Federasiyasından və World Capoeira Federation dan ayrılmalı olur. 2013–2015-cı illərdə Sport Service Company və Beynəlxalq idman yarışları, seminarların əsas təşkilatçılarından biri və baş Rəqəmsal Dizayneri vəzifəsində çalışıb. 2011-ci ildən sosial mövzularda ssenariler yazmağa başlayıb. İlk sosial video çarxı 2013-cü ildə "Ekoloji missiya" layihəsi idi. 2013-cu ildə "Eşq Səfəri" sənədli filmini İraqda çəkib və 2014-cu ildə Bakı, İstanbul, Moskva və London səhərlərində təqdimatları olmuşdur. 2016-cı ildə "Eşq səfəri" sənədli filmi Tehranda 3-cu International Arbaeen Award Beynelxalq Film Festivalının qalibi olmuşdur.
Elmin Bayramov
Elvin Bayramov
Elvin Bayramov (əsgər, 1998)
Elvin Bayramov (əsgər, 1999)

Digər lüğətlərdə