BAZİRGAN
BAZUBƏND
OBASTAN VİKİ
Bazu arteriyası
Bazu arteriyası – lat. a. brachialis böyük döş əzələsinin aşağı kənarı səviyəsində qoltuq arteriyasının ardını təşkil edir; bazunun ikibaşlı əzələsinin içəri şırımı ilə aşağı doğru gedərək mil sümüyünün səviyəsində dirsək büküşündən bir barmaq aşağı iki uc şaxəyə bölünür: mil arteriyası – lat. a. radialis və dirsək arteriyası – lat. a. ilnaris. Bazu arteriyasının dirsək çuxurunda olan hissəsinə dirsək çuxuru arteriyası – lat. a. cubitalis deyilir.
Bazu kələfi
Bazu kələfi lat. plexus brachialis dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrindən əmələ gəlir. Bəzən II döş sinirinin ön şaxəsindən də kiçik şaxəcik alır. Ön pilləli və orta pilləli əzələlərin arasından xaricə çıxaraq, aşağı, bayır tərəfə gedir, körpücük sümüyünün altından qoltuq çuxuruna daxil olur. Körpücüküstü və körpücükaltı çuxurları keçərkən körpücükaltı arteriyadan yuxarı və dala yerləşir, öz vəziyyətinə görə iki hissəyə bölünür: körpücüküstü hissə lat. pars supraclavicularis və körpücükaltı hissə lat. pars infraclavicularis. Bazu kələfi qoltuq çuxuruna daxil olarkən üç dəstəyə ayrılır: bayır, içəri və dal dəstələr — lat. fasciculi lateralis, medialis et posterior. Bunlar qoltuq çuxurunda qoltuq arteriyasını əhatə edirlər.
Bazu sümüyü
Bazu sümüyü (lat. Os humerus) — yuxarı ətraflara aid çiyin və dirsək oynaqlarının təşkilində iştirak edən uzun lüləli bir cüt sümük. Bazu sümüyü cismdən ya diafizdən, proksimal (yaxın) və distal (uzaq) olmaqla iki başcıqdan ya epifizdən ibarətdir.
Bazu-baş kötüyü
Bazu-baş kötüyü – lat. Truncus brachiocephalicus (a. Anonyma – BNA) 3-4 sm uzunluğunda olub aorta qövsündən başlayır, nəfəs borusunun sağ yarısının ön səthilə yuxarı, sağa və arxaya doğru gedərək sağ döş körpücük oynaöının bərabərində iki şaxəyə bölünür: lat. arteria carotis communis dextra – sağ ümumi yuxu arteriyası; lat. arteria subclavia dextra – sağ körpücükaltı arteriya. Bazu-baş kötüyü tamamilə döş qəfəsində yerləşmişdir, qabaq tərəfdən sol bazu-baş venası ilə, sağ tərəfdən sağ bazu-baş venası ilə və sol tərəfdən ümumi yuxu arteriyası ilə əhatə olunmuşdur. Genez cəhətcə bazu-baş kötüyü ruşeym dövründə sağ aorta qövsünün qalığıdır. == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Bazu-baş vena
== İstinadlar ==
Dimdik-bazu əzələsi
Dimdik-bazu əzələsi — Yuxarı ətraf əzələsi.
Bazuka
Bazuka(bazooka) İkinci dünya müharibəsi dövründə istifadə olunan və Amerika Birləşmiş Ştatları istehsalı olan bir antitank daşına bilən silahıdır. İstifadə olunduğu dövrlərdə ABŞ ordusunun piyada qüvvələri tərəfindən istifadə olunan əsas antitank silahı olmuşdur. Bu silah yüksək partlayıcılı antitank (High Explosive Anti-tank /HEAT) döyüş başlığına malik ilk antitank silahlarından biridir. Alman silahlı qüvvələri də bu silahın dizaynına uyğun dərhal silah istehsal etmişdirlər. Bu silah 88 mm-lik Raketenpanzerbüchse silahıdır.
Bazunun ikibaşlı əzələsi
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.
Bazunun üçbaşlı əzələsi
Triseps - qolun arxasında yerləşən əzələ. Qolun üç başı əzələsi olaraq da adlanır. Triseps dirsəyə bağlı əzələdir və dirsəyin hərəkət etdirilməsində böyük rola sahibdir.

Digər lüğətlərdə