Tuti Bikə
Tuti Bikə (1751, Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi.
== Həyatı ==
1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.