1. Daralmaqdan, çəkilməkdən və ya çox işlənib köhnəlməkdən yıpranmaq, üzülmək, didilmək, kəsilmək. Paltarı cırılmaq. Köynəyin qolu cırılmışdır. – Çürümüş parçanın dəxi faydası yoxdur.
Bir yandan yamadın, o biri yandan cırılacaq.
[Qarakişi Nəcəfalıya:] Yorğanı dartarsan cırılar, amma ayağını qarnına yığa bilərsən.
2. Parçalanmaq, partlamaq.
Xülasə, Şükür çomağı götürüb çəpərdən keçdi və çatan kimi elə vurdu ki, Kazımın başı qarpız tək cırıldı.