CANSIXAN

sif.zərf Darıxdırıcı, usandırıcı, bezikdirici, üzücü, çox maraqsız, təngəgətirən. Cansıxan yerlər. Cansıxıcı suallar.
– Nagəhan qopan fırtınadan sonra şəhərə əsrarəngiz, qərib, bir az da cansıxan, dərin bir ölüm sükutu çökmüşdü. M.Hüseyn.
Payız aylarına məxsus cansıxıcı bir ağırlıq qəsəbəni bürüyürdü. H.Nəzərli.
Elə bil [Şahmarı] bütün aləmdən ayırıb, hara isə, cansıxan bir guşəyə atmışdılar. B.Bayramov.

CANSAĞLIĞI
CANSIXICI

Digər lüğətlərdə