CİFT

[ fars. ] köhn. Bax cüt1 1-ci mənada.
Getmişdi bir cift dana; Otlamağa bir yana. A.Səhhət.
[Dərviş:] [Qızın] hər biləyində bir cift bilərzik, başında rəngbərəng iki ipək dəsmal var idi. A.Divanbəyoğlu.
[Qız üçün] bir cift yastıq, bir cift mütəkkə, bir cift dövr döşək, bir ədəd qayınana döşəyi, iki dəst yorğandöşək… tədarük görünəcəkdir. R.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİFT cift bax cüt I
  • CİFT cüt — qoşa
  • CİFT sıxlıq — kiplik
CİDDİYYƏTLƏ
CİFTLƏŞDİRMƏ
OBASTAN VİKİ
Cift
Cift (lat. Placenta) — süngərəbənzər, yumuşaq, qan ilə dolu disk şəklində olan, uşaqlığın selikli qişasına bitişmiş; 15-20 sm, qalınlığı mərkəzi hissəsində 3 sm və vəzni 500 q olan bir üzvdür. Cift dölə baxan və uşaqlıq divarına bitişik iki səthə malikdir. Dölə baxan səthi basıq və hamardır özüdə su qişası ilə örtülmüşdür. Bunun ortasından göbək ciyəsi — lat. funiculus umbilicalis başlanır. Ciftin uşaqlıq divarına bitişik səthi qabarıqdır və dərin şırımlar vasitəsilə bir çox paycıqlara (lat. cotyledones) bölünmüşdür.
Ciftəli
Ciftəli və ya Qayqulu Ciftəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Qayqulu Ciftəli kəndinin adı erməni mənbələrində Ciftəli kimi qeyd edilmişdir. Mənbədə Çiftəli kimidir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim oğuzların qayı etnonimindən, Qulu şəxs adından və mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu "mal-qoyun bəslənən yer" mənasında işlənən cift sözündən əmələ gəlib " qayı tayfasından olan Quluya mənsub mal-qoyun bəslənildiyi yer" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə kəndin adı dəyşdirilib Zuyqaxpyur (Tsuqaxpuyr) qoyulmuşdur.

Digər lüğətlərdə

грузовичо́к долдо́н изощри́ться маникю́рный мыше́й пошушу́каться проце́живание ри́тмика суда́рка бога́рный же́нственный нашаромы́жку обка́кать отсыла́ться о́тче ша́ркать вальс Abu Dhabi dactylogram nectary polypi radio resistant returnables right-on реабилитировать