Dürdanə Araslı
Dürdanə Araslı — fizika-riyaziyyat elmləri doktoru, professor.
== Həyatı ==
Araslı Dürdanə Həmid qızı 1939 –cu il iyunun 9-da Bakı şəhərində doğulmuşdur. O, 1956-cı ildə orta məktəbi qızıl medalla, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda İnstitutun baş elmi işçisidir. Moskva Dövlət Nadir Metallar İnstitutunda məqsədli aspiranturada oxumuş, 1967-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
D.H. Araslının tədqiqatları mikro və optoelektronika sahəsində geniş tətbiq olunan perspektivli yarımkeçirici materiallarda köçürmə hadisələrinin öyrənilməsi istiqamətindədir. O, əsasən bərk cisimlər fizikasının əsas məsələlərindən biri olan istilik keçiriciliyinin tədqiqi, onlarda fonon-fonon, fonon - elektron qarşılıqlı təsiri, həmçinin fononların kristaldakı qeyri bircinsliliklərdən səpilməsi məsələlərinin aydınlaşdırılması problemi ilə məşğul olur. Araslı D.H. İnstitutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir.
• Elmi məqalələrin sayı-170
• Beynəlxalq konfranslarda iştirakının sayı-50
• Xaricdə çıxmış elmi əsərlərinin sayı-88
• İxtiraların sayı-9
• Kadr hazırlığı- 3 fəlsəfə doktoru, 1 elmlər doktoru
== Qrant və layihələrdə iştirakı ==
1. NATO-nun əməkdaşlığa dəstək qrantı PST.CLGN 978434
2.