DƏLLAL BAZARINA DÖNDƏRMƏK

alış-veriş yerinə çevirmək.

DƏLİYƏ YEL VER, ƏLİNƏ BEL VER
DƏLLƏKLİYİ BAŞINDA ÖYRƏNMƏK
OBASTAN VİKİ
Konstantinovka mərkəzi bazarına raket zərbəsi (2023)
Konstantinovka mərkəzi bazarına raket zərbəsi (ukr. Ракетний удар по Костянтинівці) — Ukraynanın Donetsk vilayətinə aid Konstantinovka şəhərinin mərkəzi bazarında, 6 sentyabr 2023-cü il tarixində, yerli vaxtla 14:00 radələrində gerçəkləşdirilmiş ballistik raket hücumu. Hücumun Rusiya–Ukrayna müharibəsinin bir parçası olaraq Rusiya Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücum nəticəsində bazarda olan 17 nəfər həlak olub, azı 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bazara hücum ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynaya rəsmi səfərə başlamasından bir necə saat əvvəl baş verib. Belə ki, Entoni Blinkenin olduğu təyyarə Kiyevə enməzdən 2 saat əvvəl bazara ballistik raketlərlə zərbələr endirilib. Ukraynanın Baş Naziri Denis Şmıqal baş vermiş raket hücumuna adekvat cavab veriləcəyini açıqlayıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur. == Haqqında == Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub. 1992-ci ildə bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb. 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Azərbaycan)