DAĞAR

I
(Ağdam, Cəbrayıl, Kəlbəcər, Kürdəmir, Quba, Oğuz, Salyan, Şamaxı)
bax daqar I. – Dur dağarı bura gəti (Şamaxı); – Dağarı sua qoyqınan yımşalsın (Salyan); – Dağarda taxıl saxlıyıllar (Oğuz); – Bir dağar un gətidim (Ağdam); – Əli, o dağarı də:rmənə apar (Kəlbəcər)
II
(Bakı, Əli Bayramlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir)
bax dağal IV. – Əli çox dağar adamdi, bazarda iras gəldi, salamımı almadı (Şamaxı); – Ə, nə dağarsan, otu çörək yi də (Bakı); – Sən dağar adamsan, sənnən acığım gəlir (Salyan)
◊ Dağar-dağar danışmağ (Şamaxı) – lovğa-lovğa danışmaq. – Nə dağar-dağar danışırsan
III
( Tovuz)
bax dağal II. – O, dağarın biridi
IV
(Göyçay)
yekəqarın
DAĞANAX
DAĞARCIXLAMMAX
OBASTAN VİKİ
Dağar yeri
Dağar yeri- Ağcabədi rayonu ərazisində, Qaradolaq kəndi yaxınlığında oroqrafik obyektlərdən biri. == Toponimikası == Dağar sözü əski türklərdə "çəki", "ölçü" anlamı daşımışdır. Əvvəllər tərəkəmələr böyük ölçülü qaba dağar, kiçik ölçülü qaba isə dağarcıq deyərdilər.Orta çağda türk qurumlarında ordunu ərzaqla təmin etmək üçün rəiyyətdən yığılan natural vergi növünə dağar deyilmişdir.
Dağarcıq
Dağarcıq - keçmişdə ərzaq məhsulunu saxlamaq üçün istifadə olunan qab. Dağarcığı hazırlamaq üçün, bütöv soyulmuş və qurudulmuş qoyun dərsinin, qol yerlərini tikir, boğaz hissəsini isə ərzaq tökə bilmək üçün açıq saxlayırdılar. Qoşqu və minik heyvanlarına yüklənə bilirdi. Hələ e.ə. 3-cü minillikdən meydana çıxan dağarcıq, orta əsrlərdə də Azərbaycanda maldar əhali arasında geniş yayılmış əşya olmuşdur.
Kür dağarası çökəkliyi təbii vilayətinin iqlimi

Digər lüğətlərdə