DAHAR

I
(Bakı, Cəbrayıl, Zəngilan)
təpə. – Daharın döşündə yaxşı ot var (Zəngilan); – Qoyunnar daharın döşündə otduyur (Cəbrayıl); – Bi dənə yaşıllığ yoxdu a, hara baxırsan dahardu (Bakı)
II
(İmişli, Kürdəmir)
südlü darı aşı. – Dahara yağ tökəndə daddi olur (Kürdəmir)
DAĞVADİL
DAHARDUZ
OBASTAN VİKİ
Dahar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. == Əhalisi == Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır.
Daharlı
Daharlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi (Düzkənd) Axuryan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qoraqoyunlu türk tayfasının bir qolu olan duharlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Getk qoyulmuşdur. Mənbədə Dağarlı.

Digər lüğətlərdə