DALBADAL

zərf Bir-birinin dalınca, birbirinin ardınca; ardıcıl, peydərpey. Dalbadal axışıb gəlmək. Dalbadal papiros çəkmək.
– Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət.
[Cabbar bəy] on beş il bundan qabaq evlənmiş və dalbadal beş uşağı olmuşdu. S.Rəhman.
Bütün sədd boyu dalbadal atılan tüfənglərin arası kəsilmir. M.Rzaquluzadə.

// Arası kəsilmədən, ara vermədən; fasiləsiz. Dalbadal öskürmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DALBADAL ardıcıl — peydərpey
  • DALBADAL DALBADAL Dalbadal göndərdiyi məktubların hamısı cavabsız qalırdı (X.Hasilova); ARAMSIZ Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq hara
DALAYICI
DALDA

Digər lüğətlərdə