Kevin haqqında danışmalıyıq
Kevin haqqında danışmalıyıq (ing. We Need to Talk About Kevin) — 2011-ci il psixoloji triller, dram filmi. Filmin rejissoru Linn Remsidir, ssenarisini Rori Stüart Kinnir ilə birlikdə yazıb. Film Layonel Şriverin müəllifi olduğu eyniadlı roman əsasında çəkilib. Baş rollarda Tilda Suinton, Con K. Rayli və Ezra Miller yer alıb. Film psixopat uşaqdan bəhs edir.