DAVA-DALAŞ

DAVA-DALAŞ (bir neçə şəxs, qonşu, qohum arasında olan narazılıq) Ancaq kənddən dava-dalaş, səs-küy azalmır (M.S.Ordubadi); ÇARPIŞMA ..dalaşanları aralamaq qeyri-mümkün idi, çarpışma davam edirdi... (Çəmənzəminli); DAVA (dan.) Dava təzədən qızışdı; başlar yarılmaqda idi; saqqallar yolunurdu; səs evlərə düşürdü (Çəmənzəminli); DAVA-ŞAVA [Alo:] Axır ay Şamo, bu dava-şavadan heç başım çıxır ki! (S.Rəhimov); DİDİŞMƏ İki qardaş arasında olan didişmələr get-gedə uzandı (A.Şaiq); QALMAQAL Emalatxanada böyük bir qalmaqal qalxdı (M.S.Ordubadi); QOVĞA Qovğa səsi getdikcə yavıqlaşırdı (Çəmənzəminli); VURHAVUR (əlbəyaxa olan dava) Kazım: Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardın (Çəmənzəminli).

DAVA
DAVA-DƏRMAN
OBASTAN VİKİ
Hür Dava Partiyası
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. == Tarixi == 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər.20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.2012-ci ilin sonlarında "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" əsasən solçu və kürd milliyətçi Sülh və Demokratiya Partiyasının hegemonluğuna meydan oxumaq üçün siyasi partiya yaratmaq iradəsini açıqlamışdır. 17 dekabr 2012-ci ildə "Hür Dava Partiyası" təsis edilmişdir.
Hürr Dava Partiyası

Digər lüğətlərdə

закроши́ться кро́новый митингу́ющий общегородско́й под мы́шкой семьи́ща гуля́нка зао́хать минусова́ться обсу́сливать перегно́йный получа́ть щеня́чий Erzurum idler pulley neuroendocrinology nunnery ram-tup rolling pin tightrope tripodal worldling негус тальник умудрять