I
(Ağcabədi, Ağdam, Borçalı, Böyük Qarakilsə, Çənbərək, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xanlar, Kəlbəcər, Qax, Qarakilsə, Qazax, Tovuz, Salyan, Şərur, Zaqatala, Zəngibasar)
qatıq mayası. – Çalasıyı südə vurollar kın, süd üyüşsün qatığ olsun (Daşkəsən); – İsdeysiη ora yüz qazan süd qoy, çalası töx’məsəη düynədə üyüşməz (Xanlar); – Çalası gəti, südü çalax (Qazax); – Çalasıynan çalellar qatığı (Gədəbəy)
II
(Ağcabədi, Bərdə, Borçalı, Çənbərək, Daşkəsən, Gədəbəy, Gəncə, Sal- yan, Şərur, Goranboy)
aravuran, araqarışdıran. – Güllər çalası arvaddı (Daşkəsən); – Əli kimi çalası görməmişəm (Gəncə); – Əbdüləli çox çalası adamdı (Borçalı); – Məsi çalasının biridi (Çənbərək)