DİNDİRMƏK

1. DİNDİRMƏK [Firat] məhkəmə zamanı şahidləri dindirib, onları dürüstləşdirmək istəyirdi... (H.Abbaszadə); DANIŞDIRMAQ Məhkəmə sədri... bir neçə şahidi də danışdırdı (M.Hüseyn); İSTİNTAQ ETMƏK Müdir tələbələri bir-bir kabinetə çağırıb istintaq etdi (A.Şaiq).

2. DİNDİRMƏK ...Yan xəlvətdə gördüm; Dindirmədim doyunca (Bayatı); DANIŞDIRMAQ [Baxış bəy] bəlkə də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün gözləyirdi (Ə.Abbasov).

DİNDAŞ
DİNGƏLƏN

Digər lüğətlərdə