DƏMBƏ

(Ucar)
kəltən; şumda olan kəsək; əzilməmiş yumru torpaq. – Qalxozçular iri dəmbələri əzillər
DƏMALAN
DƏMBƏLƏQARIN
OBASTAN VİKİ
Dəmbəlov
Dəmbəlov — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 82 nəfərdir. == Toponimiyası == Yerli əhali oykonimi Dəmbolovu kimi tələffüz edir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmiş kalışların (talışların qolu) Dəmbəlovu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim talış dilindəki dəmbo (xoş iy), lev (kənar) və ov (su) sözlərindən ibarət olub, "xoş iyli su kənarı" kimi izah olunur. Kəndin adı, sözsüz ki, ərazidəki istiliyi 50 dərəcə olan bulaqla bağlıdır. Oykonimi "yerdən qaynayıb çıxan su kənarı" kimi də izah etmək olar.
Dəmbəran (Sərab)
Dəmbəran (fars. دانباران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,297 nəfər yaşayır (294 ailə).