ELLİKLƏ (hamı bir yerdə) [Qəndab:] Obamızın camaatı, yerindən-yurdundan əl çəkmiş kimi, heç şeyə məhəl qoymur, elliklə köçüb getmək, aran yerlərində məskən salıb əkib-biçmək haqqında düşünürdü... (B.Bayramov); CƏMƏN ..Kişi istəyir onu da gətirib köməyə bu evin adamlarını cəmən qırsın (N.Vəzirov); ELCARI Yüzlərcə gözəl başqa vilayətdə de çoxdur; Amma bizim ölkə bütün – elcarı gözəldir (Ə.Vahid); HAMILIQLA Məşədi Oruc: İndi, söz yox, Allah qoysa, qayıdandan sonra biz hamılıqnan sən ilə görüşəcəyik (C.Məmmədquluzadə); MƏCMUƏN, ÜMUMƏN.