EYVAN (evin, otağın qabaq və yan tərəfində binaya bitişik olan yer) Məcid əlində ov tüfəngi eyvanda görünür (H.Abbaszadə); ARTIRMA Güləbətin ancaq indi otaqla həyətin arasındakı balaca qaranlıq artırmadakı taxta kürsünü, üstündəki sabunlanmış paltarla dolu tası, yanındakı isti su buğlanan iri qazanı, yerdəki yuyulmamış paltarları gördü (M.İbrahimov); BALKON Ev sahibi balkonda stol qoyub, çay süfrəsi saldı (Mir Cəlal); SEYVAN Seyvanın qur ucada; Kor möhtac quru cada; Gülgəzin göz yaşından; Qalmadı quru cada (Bayatı); VERANDA Qəmər verandanı səliqəyə saldıqca mahnının sözlərini təkrar edir (S.Rəhimov).