FƏĞAN

is. [ fars. ] Nalə, fəryad, inləmə. [Abbas:] Gecə-gündüz qan ağlaram; Artıbdı fəğanım mənim! “Abbas və Gülgəz”.
□ Fəğan etmək – fəryad qoparmaq, nalə etmək, inləmək, ağlamaq, göz yaşı tökmək.
Gecə-gündüz ahü fəğan etməkdən; Dərdə, qəmxanəyə yol almışam mən. Aşıq Ələsgər.

// Nalə, fəryad, ah.
Səni görmək üçün ölmək istərəm; Təsəllim ah ilə fəğandır, ana! S.Vurğun.
Bir yaz günü oxudum şerini, böyük ustad; Duydum, nakam ürəkdən qopan acı fəğandır. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏĞAN fəğan bax nalə, fəryad
  • FƏĞAN fəryad — nalə
FƏDAKARLIQ
FƏHLƏ

Digər lüğətlərdə

антимо́нии в дальне́йшем глуби́нно караи́мы мига́ч надкле́ивание отру́гиваться респу́блика сми́рненький честь по че́сти опеча́тывание перереши́ть подли́зывание сапфи́ровый тракторострое́ние хрипу́чий каландать сычуг херотония alible architecturally audi, vide, sile limpid неучтивость предопределить