1. anat. Fəqərə sütununun bir hissəsini təşkil edən ayrıca sümük (və ya bəzi heyvanlarda qığırdaq); onurğa sümüyü. İnsanın döş fəqərəsi. Qısa sümüklər onurğada olur və fəqərələr adlanır.
□ Fəqərə sümüyü (sütunu) – insanın və bir çox heyvanların skeletinin, bir-biri ilə mütəhərrik surətdə birləşmiş sümüklərdən və qığırdaqlardan (fəqərələrdən) əmələ gələn əsas hissəsi.
2. Hadisə, əhvalat, qəziyyə, vaqiə, hekayə.
[Xortdan:] Mən oxucularıma özüm şahid olduğum bir fəqərədən danışım.
Gülsabah gələndən bir neçə gün qabaq Muradla Göyçək arasında belə bir fəqərə olmuşdu.
3. köhn. Bənd, maddə (elmi və s. əsərlərdə).