FƏRMAN
FƏRSƏNG
OBASTAN VİKİ
Fərrux
Fərrux — kişi adı.
Fərrux (Dərəçiçək)
Fərrux — İrəvan əyaləti, Dərəçiçək nahiyəsində kənd. Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-cu illərindən indiki Ermənistanın Axta (Razdan) rayonunun Yayçı kəndinin, Zəngi çayının sağ tərəfində yerləşirdi. Fərrux kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qeydə alınmışdır. Həmin mənbədən məlum olur ki, XVIII əsrdə Fərrux kəndi Hacı Süleyman oğlunun adına olan timara daxildir və gəliri 4000 ağçadan ibarətdir. İ.Şopenin əsərində Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olan kənd kimi Fərrux toponimi Farux formasında qeydə alınmışdır. N.Məmmədov Fərrux kəndinin adının həm Fərrux, həm də Fərruk formalarında göstərir. Kəndin adının Fərruk formasında göstərilməsi ola bilsin texniki səhvdir. Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Farux formasında qeyd edilir. Fərrux kənd adının rus mənbələrində Farux formasında qeyd edilməsi, rus dilinin orfoqrafik qaydaları ilə bağlı ola bilər.
Fərrux (Xocalı)
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Fərrux Abbasov
Fərrux Bayramov
Fərrux Hacıyev
Fərrux Hörmüz
Fərrux Hörmüz (VI əsr – 631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi. == İlk illəri == Vistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu. == Hakimiyyəti == II Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.
Fərrux Hüseynov
Fərrux Hüseynov (tam adı: Fərrux Əsgər oğlu Hüseynov) — Azərbaycanlı siyasətçi Fərrux Əsgər oğlu Hüseynov - 1936-cı ilin fevralında Ermənistanın Zəngibasar rayonunun Şöllü Mehmandar kəndində doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat-mühəndis fakültəsini bitirib. 1976-1978-ci illərdə Şuşa Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978-1991-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin birinci müavini işləyib. Fərrux Hüseynov 2016-cı ilin iyulunda Bakıda vəfat edib.
Fərrux Həsənli
Fərrux Həşimov
Fərrux Mirzəmməd oğlu Həşimov (24 mart 1988; Qubadlı rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərrux Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərrux Rüstəmov
Fərrux Abbas oğlu Rüstəmov (1 yanvar 1961, Cil, Krasnoselsk rayonu) — pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V. İ. Lenin adına (indiki ADPU) APİ-nin pedaqoji fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində fakültə əlaçılar şurasının və tələbə elmi cəmiyyətinin sədri kimi fakültənin və institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmiş, "Əla təhsilə görə", "Əla təhsilə və ictimai işə görə" SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin I–II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdə — Lenin təqaüdünə layiq bilinmiş, Lenin təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci ildə Bakıda keçirilən Ümumittifaq konfransında iştirak (həm də çıxış) etmişdir. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Quba rayonunun Rəngdar kəndindəki səkkizillik məktəbdə 1982–1985-ci illərdə müəllim və məktəb direktoru işləmişdir. 1985-ci ildə elmi işə maraq onu yenidən V. İ. Lenin adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur. 1985–1987-ci illərdə sovet ordusu sıralarında Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961–1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırmış, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır.
Fərrux Zakirov
Fərrux Kərim oğlu Zakirov (özb. Farrux Zokirov Karim oʻgʻli; 16 aprel 1946, Daşkənd) — özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru. Yalla qrupunun qurucusu. Özbəkistanın Dövlət mükafatı laureatı. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın mədəniyyət naziri. Azərbaycan (2024) Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaqıstan respublikalarının xalq artisti.. == Həyatı == Fərrux Zakirov, 1946-cı ilin 16 aprelində Daşkənddə musiqiçi ailəsində dünyaya gəlmişdir. Onun atası Özbəkistan SSR xalq artisti (1939), Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirov olmuşdur. Anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı və Mukimi adına Musiqili Komediya və Dram Teatrının solisti olmuşdur. Onlar, Çaykovski adına Moskva Dövlət Konservatoriyasında tanış olublar.
Fərrux Zeynalov
Fərrux Məmmədnəbi oğlu Zeynalov (4 may 1942, Bilgəh – 13 yanvar 2022) — Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Respublikasının material ehtiyatları naziri (1992–1997), iqtisad elmləri namizədi. == Həyatı == Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Lenin rayonunun Bilgəh qəsəbəsində anadan olmuşdur. 1959-cu ildə qəsəbə orta məktəbini, 1963-cü ildə Yüngül Sənaye Texnikumunu, 1969-cu ildə isə Çingiz İldırım Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) tikiş məmulatının texnologiyası fakültəsini bitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. İlk əmək fəaliyyətinə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində fəhlə kimi başlayan Fərrux Zeynalov sonradan həmin idarədə dərzi, biçici, istehsalat müdiri vəzifələrində çalışmışdır. 1975–83-cü illərdə "Paltarların fərdi tikişi və təmiri" fabrikasının direktoru, 1983–1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1987–1992-ci illərdə Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin, Azərbaycan Maddi-Texniki Təchizat Komitəsi "Azəryüngülyeyintisənaye" Birliyinin, "Azərtoxucutəchizatsatış" firmasının baş direktoru vəzifələrində çalışmışdır. Respublika müstəqillik qazandıqdan sonra Fərrux Zeynalov 1992–1997-ci illərdə Azərbaycan Respublikasının Material Ehtiyatları Naziri vəzifəsində (nazirlik ləğv olunana kimi) işləmişdir. 1999–2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışmışdır. Evlidir, 3 övladı var.
Fərrux bəy
Fərrux bəy (təq. 1547 – təq. 1615) — kalmıkəsilli Səfəvi dövrü minatür rəssamı. Azərbaycanda, eləcə də Hindistanda miniatur sənətinin inkişafinda rolu olan şəxslərdən biridir. Təxminən 30 yasına qədər Təbriz və Qəzvində saray emalatxanasında işləmiş rəssam bir sıra portret tipli əsərlər və kitab illustrasiyaları çəkmişdir. “Əsir duşmüş sərkərdə Bayram oğlan”, “Əlində badə tutmuş qız”, Əmir Xosrov Dəhləvinin “Xəmsə”si üçün işlədiyi 7 miniatur rəssamın yaradıcılığının Təbriz dövrünə aid əsərləridir. Fərrux bəy 1576-ci ildə Hindistana gedərək uzun müddət Kabil və Lahorda saray kitabxanasında işləmişdir. Rəssamın Hindistanda olarkən yaratdiğı portret və sujetli əsərlərin vaxtilə Mir Seyid Əlinin rəhbərliyi ilə təşəkkül tapmış Moğol miniatur məktəbinin sonrakı inkişafında əhəmiyyətli rolu olmuşdur. Sənət tarixçiləri Con Seyler və Ellen Smart İbrahim Adil şahın Dekkan illustrasiyasında Fərrux bəyin imzasına rast gəliblər. Bu imza həm də tamamilə oxşar üslub seçimlərinə və kompozisiya təsvirlərinə əsaslanaraq, Bicapur sultanlığında Fərrux bəy tərəfindən tamamlanan daha çox rəsm əsərinin müəyyən edilməsinə kömək etmişdir.
Fərrux dağı
Fərrux və ya Qaraqlux — Azərbaycan Respublikasının Xocalı rayonununda dağ. Eyniadlı yaşayış yerinin yuxarısında yerləşir.
Fərrux yüksəkliyi
Fərrux və ya Qaraqlux — Azərbaycan Respublikasının Xocalı rayonununda dağ. Eyniadlı yaşayış yerinin yuxarısında yerləşir.
Fərrux İsmayılov
Fərrux İsmayılov — Azərbaycan futbolçusu. == Həyatı == Fərrux İsmayılov 30 avqust 1978-ci ildə Qərbi Azərbaycanda anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Dinamo Bakı, Neftçi Bakı, Sanat Naft Abadan, Volın Lutsk, Qarabağ, Karvan, Olimpik-Şüvəlan, Qəbələ, Muğan Salyan. == Uğurları == 5 dəfə Azərbaycan çempionatının gümüş mükafatçısı (Dinamo Bakı - 1998, Neftçi Bakı, 1999, 2007, Karvan - 2004, Olimpik-Şüvəlan - 2008); 3 dəfə Azərbaycan çempionatının bürünc mükafatçısı; 3 dəfə Azərbaycan kubokunun finalçısı.
Fərrux Şirvani
Fərrux Şirvani1125-1176 12 əsr Azərbaycan şairi. Şirvan şahı III Mənuçöhrə qəsidələr yazmışdır. Dərin fəlsəfi şeirləri vardır. Bir müddət Azərbaycan Atabəylərinin sarayında fəaliyyət göstərmişdir.
Fərrux Şıxlinski
Fərrux Şıxlinski (Fərrux İsmayıl oğlu Şıxlinski; 16 yanvar 1962, Bakı) — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşı. == Həyatı == Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib.Universiteti bitirdikdən sonra hərbi xidmət etmişdir (1986–1988) Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət" qəzetində (1989–1991), və "Ayna" — "Zerkalo" qəzetlərində rəssamlıq etmişdir. "Həftə sonu plyus" — "Week-end plyus" qəzetində baş redaktor işləmişdir "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibidir. == Ailəsi == Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlının qardaşı, yazıçı Reyhan Yusifqızının həyat yoldaşıdır. Evlidir. İki övladı var.
Fərrux Şıxlı
Fərrux Şıxlinski (Fərrux İsmayıl oğlu Şıxlinski; 16 yanvar 1962, Bakı) — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşı. == Həyatı == Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib.Universiteti bitirdikdən sonra hərbi xidmət etmişdir (1986–1988) Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət" qəzetində (1989–1991), və "Ayna" — "Zerkalo" qəzetlərində rəssamlıq etmişdir. "Həftə sonu plyus" — "Week-end plyus" qəzetində baş redaktor işləmişdir "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibidir. == Ailəsi == Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlının qardaşı, yazıçı Reyhan Yusifqızının həyat yoldaşıdır. Evlidir. İki övladı var.
Fərrux əməliyyatı
Fərrux əməliyyatı — Xocalı rayonunun Fərrux dağı istiqamətində Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyat. Əməliyyat nəticəsində Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsi qeyri-qanuni erməni qüvvələrindən azad edilmişdir. Əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxmış, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin vizual nəzarəti təmin edilmişdir. Həmçinin Fərrux dağında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti əldə etməsi Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət imkanları yaratmışdır. == Zəmin == Fərrux kəndi Xankəndi şəhərindən 32, Əsgəran qəsəbəsindən isə 16 kilometr uzaqlıqda yerləşən dağətəyi ərazidir. İnzibati olaraq Xocalı rayonuna daxildir. Kəndin yaxınlığında Fərrux yüksəkliyi və eyni adlı göl var. Qarabağdakı ermənilər bu kəndin adına Parux deyir və onlara görə, kənd Əsgəran rayonu ərazisindədir. Kənd Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun işğalı altına düşmüşdü. Fərrux kəndi etnik ermənilərin yaşadığı Xankəndinə Azərbaycan hərbçilərinin "yolunu açdığı" üçün əhəmiyyətlidir.
Malik Fərrux
İbrahimov Malik Fərrux oğlu (27 dekabr 1948, Laçın – 2 dekabr 1998, Bakı) — şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), "Qızıl Qələm" mükafatı laureatı. == Həyatı == Malik Fərrux 1948-ci il dekabrın 27-də Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966–1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , "Ulduz" jurnalında çap etdirdiyi "Qartallı Dağlar" şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının "Elm və texnika verlişləri" redaksiyasında redaktor, baş redaktor vəzifələrində çalışmışdır. О, dörd il televiziyanın "Ekran" divar qəzetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi "Karvan" qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. "Qara gözlər", "Sarı güllər", "Sən də tufanla oynama", "Polismen", "Qar yağır", "Alabəzək yuxular" və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur.
Fərrux Mahmudov
Fərrux Yasar
Fərrux Yasar (2 iyun 1441, Bakı – 1500, Şamaxı) — Şirvanşahlar dövlətinin otuz altıncı hökmdarı, Şirvanşah I Xəlilullahın oğlu. == Fəaliyyəti == === Siyasi vəziyyət === I Fərrux Yasar çox qarışıq siyasi proseslərin baş verdiyi dövrdə hakimiyyətdə olmuşdur. Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büsbütün darmadağın edildikdən sonra onun yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu, Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi. === Fateh Sultan Mehmedlə münasibətlər === Fərrux Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451- 1481) ittifaq bağlamağa çalışırdı. 1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçisi "Xələf əl-üməra və-1-əkabir" (əmir və əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə İstanbula göndərmişdi. Şirvanşahın şəxsi taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd Şirvanidən 2 qızıl külçəsi almışdı. Şirvanşah sultana özünə zireh sifariş etmək üçün yuxarıda adı çəkilən tacirdən alınmış 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş göndərmişdi.
Fərrux Yusifov
Fərrux Yusifov (17 aprel 1916, Kiş Nuxa qəzası - 2 iyul 1976 Bakı) — Elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun elmi kommunizm kafedrasının müdiri. == Haqqında == Fərrux Yusifov 17 aprel, 1916 - cı ildə Nuxa qəzası anadan olmuşdur. == Əmək fəaliyyəti == == İctimai fəallığı == == Mükafatları == "Qırmızı ulduz ordeni"(27.01.1944) "Qırmızı Ulduz" ordeni(22.04.1944) 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni(26.05.1945) "Berlinin alınmasına görə" medalı (12.03.1946) "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə "medalı (1946) == Vəfatı == Fərrux Yusifov 2 iyul 1976 - cı ildə Bakıda vəfat edib.
Fikrət Məmmədov (Fərrux oğlu)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Fərrux Hüseynov (siyasətçi)
Fərrux Hüseynov (tam adı: Fərrux Əsgər oğlu Hüseynov) — Azərbaycanlı siyasətçi Fərrux Əsgər oğlu Hüseynov - 1936-cı ilin fevralında Ermənistanın Zəngibasar rayonunun Şöllü Mehmandar kəndində doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat-mühəndis fakültəsini bitirib. 1976-1978-ci illərdə Şuşa Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978-1991-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin birinci müavini işləyib. Fərrux Hüseynov 2016-cı ilin iyulunda Bakıda vəfat edib.
Fərrux Hüseynov (şəhid)
Fərrux ağa Qayıbov
Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov (2 oktyabr 1891, Aşağı Salahlı, Qazax qəzası – 12 sentyabr 1916) — ilk azərbaycanlı hərbi təyyarəçi, İlya Muromets № 16 adlı bombardmançı təyyarənin heyət üzvü, Birinci dünya müharibəsi iştirakçısı və poruçik. == Həyatı == === Erkən illəri === Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. Ailədə dörd uşaq atası olan Məmmədkərim ağa özü də hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il avqustun 30-da əla xidmətinə görə, Məmmədkərim ağa üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur. Atasını çox erkən itirən Fərrux ağa dövrünün görkəmli maarifçisi, əmisi Səməd ağa Qayıbovun himayəsində böyümüşdür. Doğma kəndi Salahlıda beşsinifli "rus-Azərbaycan məktəbi"ni bitirən Fərrux ağa general Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyub. 1910-cu il iyunun on altısında Tiflis Kadet Korpusunu əla qiymətlərlə bitirəndən sonra, Sankt Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub.
Fərrux bəy Ağakişibəyov
Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov (1879, Şuşa – 1956, Bakı) — Azərbaycanın əməkdar həkimi (1942), Ağdam MRX-nin həkim-terapevti. == Həyatı == Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov 1879-cu ildə Şuşa qəzasının Pərioğlular (indiki Ağdam rayonunun Pərioğlular kəndi) kəndində anadan olmuşdur. 1899-cu ildə İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. Fərruxbəy Ağakişibəyov Zəngəzur qəzasının Lənbəran, Qarıqışlaq, Minkənd kənd məktəblərində, Gəncə şəhər məktəbində dərs demişdir. Fərruxbəy Ağakişibəyov 1909–1914 illərdə Odessa Universitetinin tibb fakültəsində ali təhsil almışdır. Odessa qəzasında həkim, Odessa-Poltava cəbhəsində həkim işləmişdir. 1915-ci ildə Odessa cərrahi qospitalına ordinator qəbul edilmişdir. === Fəaliyyəti === Fərrux bəy Ağakişibəyov 1918-ci ildə Azərbaycana qayıtmış, Vətənində adlı-sanlı cərrah olaraq tanınmışdır. Ağdamda həkim işləmək istəsə də, orada xəstəxana olmadığından Şuşa xəstəxanasında cərrah işləmişdir. Azərbaycan müstəqilliyini itirdikdən sonra 1920-ci ildə Şuşa səhiyyə şöbəsinin müdiri işləmişdir.
Fərrux bəy Vəzirov
Fərrux bəy Mirzə Həmid bəy oğlu Vəzirov (1857, Şuşa – 1920, Petroqrad) — Bakı Şəhər Dumasının üzvü, mühəndis, xeyriyyəçi. == Həyatı == Fərrux bəy Vəzirov 1857-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. 1882-ci ildə Bakı real məktəbini bitirib Sankt-Peterburq Dağ-Mədən İnstitutuna daxil olmuşdu. 1886-cı ildə institutu dağ mühəndisi ixtisası ilə tamamlamışdı. Fərrux bəy Azərbaycanın ilk Avropa təhsilli mühəndisidir. Uşaqlıqdan işgüzar, enerjili və bacarıqlı adam olan Fərrux bəy işə başladığı çağdan bir ay ötməmiş Kultin duz mədəninin başçısı təyin edilir. Altı aydan sonra öz xahişinə əsasən Bakı şəhərinə, Dağ-mədən dairəsinə rəis yardımçısı vəzifəsinə dəyişdirilir. Burada da bacarığı sayəsində vaqon-sisternlərinin bölüşdürülməsi komitəsinin sədri seçilir. Fərrux bəy bir il sonra "Xəzər yoldaşlığı" ortaqlığının başçısı, eyni zamanda "Dağıstan vilayətinin Çıryurd qurğuşun hasili yoldaşlığı" şirkətinin yaradıcılarından və payçılarından biri olur. O, "Xəzər yoldaşlığı"nda beş il çalışdıqdan sonra aralanıb özünün neftçıxarma idarəsini təsis edir.

Значение слова в других словарях