film

Yaradıcı ideya əsasında bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi, televiziya və başqa janrlarda yaradılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq qurğular vasitəsilə görmə və eşitmə qavrayışı üçün nəzərdə tutulan, kinolentə və başqa daşıyıcılara həkk olunan, mövzu bütövlüyü əsasında birləşdirilən təsvirlər silsiləsindən ibarət audiovizual əsər (tammetrajlı film – 52 dəqiqədən az olmayan, qısametrajlı film – 52 dəqiqədən az olan film)

fərdi uçot
filmin çəkiliş qrupu
OBASTAN VİKİ
Film
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Deportasiya. III Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. II Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. IV Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. VII Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. VI Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. V Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
3 bacı. Film haqqında film (film, 2014)
3 bacı. Film haqqında film tammetrajlı sənədli filmi rejissor Səyavuş Hüseynli tərəfindən 2014-cü ildə çəkilmişdir. Film "Soy prodakşn"nda istehsal edilmişdir. Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. Filmdə serialın baş rol ifaçıları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva və Əkbər Əlizadə tamaşaçıları çəkiliş yerləri ilə tanış edirlər, çəkiliş məkanlarında baş verən maraqlı məqamlar ilə bağlı öz xatirələrini bölüşürlər. Həmçinin, serialın digər aktyor heyəti, serialın üzərində iki ildir ki, çalışan heyət üzvləri öz fikir və xatirələrini dilə gətirirlər. Dilarə Əliyeva çəkiliş üçün qurulmuş qızların evini, Maarifin evini, Ülviyyə Əliyeva restoran və kafeni, blokdakı lifti, Tünzalə Əliyeva şirniyyat dükanını, Əkbər Əlizadə isə binanın həyətini tamaşaçılara göstərirlər.
Erotik film
Erotik film - kinematoqrafiyanın janrlarından biridir. Pornoqrafik filmlərdən fərqli olaraq bu filmlərdə personajların bədənlərinin çox hissəsi göstərilmir. Bu janrda çəkilən film seanslarına pornoqrafik filmlərdə olduğu kimi 18 yaş üzəri olan şəxslər buraxılır. Ən çox ABŞ və Avropa ölkələrində bu janrda film çəkilir. O cümlədən bəzi Azərbaycan filmlərində də erotik səhnələrə rast gəlmək olar.
Film bəstəkarı
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Film mükafatları
Film mükafatları və ya Kinopriz — filmlərə, onların yaradıcılarına və müxtəlif nominasiyalar üzrə aktyorlara verilən mükafatlar.
Film studiyası
Film studiyası, kinostudiya və ya kino studiyası — özlərinə məxsus olan studiya obyektlərinə və ya kinolar çəkmək üçün istifadə edilən obyektlərə malik olan və kino istehsalı ilə məşğul olan şirkət tərəfindən idarə olunan böyük əyləncə, kino və ya kinoteatr şirkətidir. Əyləncə sənayesindəki əksər şirkətlər heç vaxt öz studiyalarına malik olmamışdırlar, lakin onlar əksər hallarda başqa şirkətlərdən yerləri icarəyə götürərək istifadə etmişdirlər. Dünyanın ən böyük kinostudiyası Çinin Zhejiang əyalətində yerləşən Hengdian World Studios kinostudiyasıdır.
Film sənayesi
Film sənayesi və ya kinoindustriya — kinofilm istehsalı, kinofilmlər və animasiya üçün xüsusi effektlərin istehsalı ilə məşğul olan sənaye sahəsidir. Film yayımı kino sənayesinin vacib fəaliyyət sahələrindəndir. Bir çox ölkələrdə kino sənayesi iqtisadiyyatın mühüm sahəsidir, məsələn, kino sənayesi SSRİ-də dövlət büdcəsinə əhəmiyyətli gəlirlər gətirirdi. Kino özünün meydana çıxdığı vaxtdan filmlərin və çəkiliş qrupunun ayrı-ayrı üzvlərinin işinin keyfiyyətli qiymətləndirilməsi ilə bağlı sual yarandı. Filmin uğurunun obyektiv göstəricilərindən biri də - kassa gəliridir. Tamaşaçılar bilet almaqla filmin keyfiyyətini qeyd-şərtsiz qiymətləndirmiş olurlar. Amma bunu yeganə düzgün göstərici hesab etmək səhv olardı. Axı, bütün filmlər ilkin olaraq müxtəlif şəraitdə olur: bəziləri geniş şəkildə reklam olunur və elan edilir, digərləri üçün keyfiyyətli afişalar belə hazırlanmır; bəzi filmlər afişadakı ulduzların adları ilə diqqət çəkir, digərləri isə filmə ulduz dəvət etməyə pulu yetməyən yeni kinorejissorlar tərəfindən çəkilir. Filmin maliyyə göstəricilərinə təsir edən hələ bir sıra psixoloji amillər var. Bundan əlavə, bütün ölkələrdə yayım şərtləri fərqlidir, ona görə də müxtəlif ölkələrdə film kolleksiyasını müqayisə etmək çətin ola bilər.
Film turizmi
Film turizmi - film, televiya verilişləri və ya başqa məqsədlərlə çəkiliş aparılan yerləri ziyarət etməyi hədəfləyən şəxslər üçün nəzərdə tutulan turizm növü. Film sektorunun inkişafı ilə birlikdə bu turizm sahəsi sürətlə inkişaf edir. Filmdə göstərilən tarixi yaxud ideoloji əhəmiyyəti böyük olan ərazilər tamaşaçılara tanıdılır və insanlar bu yolla göstərilən ərazilərə səfər etməyə həvəsləndirilir. Film turizmi üçün təşkil olunan turlarda əraziləri ziyarətdən başqa, filmdə istifadə olunan əşyaların geniş nümayişi də nəzərdə tutulur. İngiltərədə Harri Potter filminin səhnələrinin çəkildiyi Alnvik qalasında ziyarətçi sayında 120% artım qeydə alınıb və bu artım əraziyə təxminən 9 milyon funt-sterlinq dəyərində turizm gəliri gətirib.
Gürcüstan-Film
Gürcüstan-film (gürc. «ქართული ფილმი») — Tbilisi şəhərində bədii filmlərin istehsalı ilə məşğul olan dünyanın ən qədim kinostudiyalarından biri. Kinostudiya 1921-ci ildə yaradılmışdır. 1923-cü ildən "Gürcü Saxkinmretsvi" (Qoskinprom), 1953-cü ildən indiki adı ilə adlandırılmışdır. 1930-cu ildən bədii filmlərlə yanaşı cizgi filmlərinin istehsalı ilə də məşğul olmağa başlamışdır. Kinostudiyada çəkilən filimlər ümumittifaq və beynəlxalq kino festivallarının (Kann Film Festivalı) mükafatlarını qazanmışdır. Hazırda kinostudiyaya Direktorlar Şurasının sədri Arçil Menaqarişvili rəhbərlik edir. Gürcüstan-film kinostudiyasında hazırkı dövrə qədər 800 bədii, televiziya üçün hazırlanmış və qısametrajlı filmlər, 600 sənədli filmlər və 300 çizgi filmləri çəkilmişdir. Gürcü filmlərinin istehsalı tarixi 1908-ci ildən başlayır. İlk çəkilən filmlər sənədli filmlər olub.
Haray (film)
Haray (film, 1989) —
Himizu (film)
Himizu (ヒミズ) — Minoru Furuyanın eyniadlı manqası əsasında 2011-ci ildə çəkilmiş dram filmi. Rejissor — Sion Sono. Himizu sözü yapon dilində köstəbəklərin bir növü kimi tərcümə olunur. Film 68-cı Venesiya Film Festivalının baş mükafatına nominasiya olunmuşdu. Film baş mükafatı qazana bilməsə də, nümayiş etdirdikləri ifaya görə Söta Sometani və Fumi Nikaydo Marçello Mastroyanni adına Ən Yaxşı Yeni Cavan Aktyor və Aktrisası mükafatına layiq oldular. Söta Sometani — Yuiçi Sumida Fumi Nikaydo — Keyko Shazava Mequmi Kaqurazaka Asuka Kurosava Denden Mitsuru Fukikoşi Tetsu Vatanabe Makiko Vatanabe Ken Mitsuişi Cun Murakami Yosuke Kubozuka — Teruhiko Yuriko Yoşitaka — Miki Takahiro Nişicima — You Anne Suzuki — Ofisiant qız 2011-ci ilin 11 martında Senday zəlzələ və tsunamisi baş verdikdə rejissor Sion Sono artıq filmin ssenarisini yazmışdı. Fəlakətdən sonra o, ssenarini hadisəyə adaptasiya etmək üçün yenidən yazmaq qərarına gəldi. Baş rolların ifaçılarının adları 10 iyun 2011-də açıqlandı. Baş rolu Söta Sometani ifa edir. Onun qəhrəmanı, 15 yaşlı məktəbli Sumida atasının ona qarşı törətdiyi zorakılıqdan əzab çəkir.
Hostel (film)
Hostel
Kavalkada (film)
Kavalkada (ing. Cavalcade) — rejissor Frenk Lloyd tərəfindən 1933-cü ildə çəkilmiş dram filmi. Filmin ssenarisi Noel Kauardın eyni adlı əsəri əsasında Recinald Berkli və Sonya Levien tərəfindən yazılmışdır. Filmdə London sakinləri Ceyn və Robert Marryotun gözündə ingilis tarixinin 1899-cu ilin Yeni İl ərəfisindən, 1933-cü ilin sonuna kimi olan dövrü nümayiş olunur. Arxa fonda isə İkinci Bur müharibəsi, Kraliça Viktoriyanın vəfatı, Titanik faciəsi və Birinci Dünya Müharibəsi kimi tarixi hadisələr cərəyan edir. Fox Movietone operatorları əsərin film adaptasiyası üçün bələdçi qismində Londona gedərək orada çəkilişlər aparmışdır. Film 1933-cü ilin 5 yanavrında Nyu-York şəhərində premyerası olsa da, aprelin 15-ə kimi kinoteatrda nümayiş olunmamışdır. Dayana Uinyard — Ceyn Marryot Klayv Bruk — Robert Marryot Una O'Konnor — Ellen Brics Herbert Mandin — Alfred Brics Marqaret Lindsey — Edit Harris Bonita Qrendvill — cavan Fanni Kavalkada 1933-cü ildə ABŞ-də ən populyar ikinci film ünvanını qazanmışdır. Kinoteatr nümayişləri zamanı film £2,500,000 gəlir əldə etmişdir. Kavalkada ən yaxşı film, Frenk Lloyd [[Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı |ən yaxşı rejissor]] və Uilyam S. Darliq ən yaxşı art-direktor nominasiyasında Oskar mükafatını qazanmışdır.
Kiborqlar (film)
Kiborqlar — Donetsk hava limanında döyüşlər haqqında, Donbassda silahlı münaqişələr əsnasında Axtem Seytablayevin rəhbərliyi ilə bədii film. Film Natalya Vorojbitin orijinal ssenarisinə görə çəkilib. Film Ukraynanın Dövlət Komitəsinin 8-ci seçmə müsabiqəsinin qaliblərindən biridir və filmin 50% -i üçün 24 milyon qrivna dövlət maliyyə dəstəyi əldə edib. Filmin ümumi dəyəri təxminən 48 milyon qrivnadır. filmin premyerası 2017-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələri Günündə keçirilib. Çəkilişlər 9 fevral 2017-ci ildə başladı. Çəkiliş meydanı Kiyevin Kryukovşina kəndində yerləşir. Materiallardan bəziləri Çerniqov bölgəsində çəkilmişdir: tank döyüşlərinin səhnələri Qonçarov test sahəsində çəkilmişdir. Ssenarinin məsləhətçisi, Donetsk hava limanının müdafiəsində iştirak edən Ukrayna əsgərlərindən biri olan Kirill Nedrya idi("Dosent"). Film, 2014-cü ilin sentyabr ayında bir iki həftəlik xəbərdarlıq öhdəliyinin hekayəsini izah edir.
Kraliça (film)
Kraliça (ing. The Queen) — kinorejissor Stiven Frirzin 2006-cı ildə çəkdiyi bioqrafik film. Filmdə rol alan aktrisa Helen Mirren "Ən yaxşı qadın rolu" nominasiyası üzrə Oskar mükafatı almışdır. Həmçinin film "Ən yaxşı film" nominasiyası üzrə Oskar mükafatına namizəd olmuşdur. Ümumilikdə film 58 mükafata layiq görülmüşdür. Filmin şüarı — "Xalqın kraliçası, ürəklərin kraliçası". Film bioqrafik olsa da kraliça II Elizabetin bütün həyat və fəaliyyətini deyil, 1997-ci ili əhatə edir. Şahzadə Diananın Parisdə avtomobil qəzasına uğraması xəbəri bütün dünyanı, eyni zamanda Böyük Britaniyanı lərzəyə gətirir. Belə bir acı məqamda Elizabetin ani və gözlənilməz qərarları filmin əsas süjet xəttini təşkil edir. Yenicə baş nazir seçilmiş Toni Bler isə vəziyyətdən çıxış yolları axtarır.
Kult film
Kult kino (ingiliscə: Cult film) sədaqətli, ehtiraslı, lakin nisbətən az fanat kütləsi olan filmlər üçün nəzərdə tutulmuş termindir. Kult sözü (ingiliscə: Cult, fransızca: Culte, almanca: Kult) qərb dillərindəki ibadət, sitayiş etmək mənasında olan, Latın mənşəli cultus sözündən götürülmüşdür. Bu söz Azərbaycan dilində də qərb dillərində olduğu kimi aludəçisi olmaq, ilahiləşdirmə, həddindən artıq ehtiram mənasını verir. Kult kinolar, ümumiyyətlə, ilk buraxılış tarixlərində əhəmiyyətli kommersiya müvəffəqiyyətləri əldə etməyən, eyni zamanda film tənqidçilərindən müsbət rəylər əldə edə bilməyən aşağı büdcəli müstəqil filmlərdirlər. Bu filmlər ilk vaxtlarda çoxluq təşkil edən adi kino tamaşaçısının diqqətini cəlb etməmişdirsə də, zaman keçdikcə özlərinə kiçik, lakin ehtiraslı və hətta obsesif bir tamaşaçı kütləsi yaratmışdırlar. Bu filmlərin fanatik pərəstişkarları (və ya izləyiciləri) kult kino hesab etdikləri kinoya təkrar-təkrar baxırlar, replikaları, dialoqları əzbərləyirlər, film haqqında ən xırda detalları belə öyrənirlər, filmin müxtəlif versiyalarını əldə edirlər və hətta filmlə bağlı efemera materiallardan ibarət kolleksiyalar yığırlar. Kult kinoların həmişə kiçik bir fanat kütləsinin olması lazım deyildir. Bunun bir çox istisnaları mövcuddur. Məsələn, Taxi Driver (1976), Pulp Fiction (1994) və ya Döyüş Klubu (1999) kimi filmləri geniş auditoriya kütlələrinə çatmış məşhur kult kinolara misal kimi göstərmək mümkündür. Kult anlayışı subyektivdir.
Metropolis (film)
Metropolis (alm. Metropolis‎) — avstriyalı-alman rejissor Fris Lanqın çəkdiyi səssiz filmdir. 1927-ci ildə ekranlara çıxıb. Öz vaxtının ən bahalı səssiz filmi olan bu film üçün 7 milyon Reichsmark (2005 dəyəriylə 200 milyon dollar) xərclənib. Filmin ssenarisi Lanq və həyat yoldaşı Thea von Harbou tərəfindən yazıldı, Tea fon Harbou 1926-cı ildə ssenarini romanlaşdırdı. İlk nümayişi 10 yanvar 1927-ci ildə Almaniyada olub.
Musiqili film
Musiqili film — Bu janrda çəkilən filmlər əsasən musiqi və mahnılardan ibarət olur. Musiqili filmdə obrazlar müxtəlif mahnılar ifa edir. Bu mahnılar əsasən filmin mənasını açmağa xidmət edir.
Müstəqil film
Müstəqil film — bu filmlər məşhur kinostudiyaların iştirakı və dəstəyi olmadan çəkilən filmlərdir. Müstəqil filmlər B filmləri (az büdcəli) filmlər siyahısına daxildir. Bu filmlərdə əsas mövzu filmin sonunda aydın olur. Amerikada müstəqil filmlər məşhur olmasa da, Kanada və Avropa ölkələrində daha məşhurdur. Müstəqil filmlərin bir çoxunda diqqəti cəlb etmək üçün erotika janrı və bəzi təcavüz səhnələri çoxluq təşkil edir. Bu səbəbdən bir çox aktyorlar və ya aktrisalar müstəqil filmlərdə çəkilməkdən imtina edir. Amma elə kino sənətçiləri vardır ki, bu filmlərdə çəkilməyi özünə borc bilir. Müstəqil filmlərə ayrılan az büdcəyə görə uğursuzluq zamanı cuzi itkilər olsa belə, uğur qazandıqları zaman ona çəkilən xərcdən daha çox gəlir əldə edirlər. Müstəqil Amerika kinematoqrafiyası 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Spayk Li, Stiven Soderberq, Kevin Smit və Kventin Tarantinonun daxil olduğu digər yeni nəsil kinematoqrafların uyğun olaraq "Doğrunu seç" (Do the Right Thing), "Seks, yalanlar və videolent" (Sex, Lies, and Videotape), "Kargüzarçılar" (Clerks) və "Rezervuar itləri" (Reservoir Dogs) filmlərinin çəkilməsi ilə canlanmışdı. Rejissorluq, ssenari, montaj və digər cəhətlərinə görə bu filmlər yenilikçi və əsasən Hollivud filmlərinin müqavilələrinə ziddiyət təşkil etmək və ona uymamaqla fərqlənirlər.
Cəfərin qayıdışı (cizgi filmi, 1994)
Cəfərin qayıdışı (ing. The Return Of Jafar) - 1994-cü ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Filmin ssenaristləri Ted Stons, Mark MakKorkl və Bob Şulidir. Ələddin seriyasının davamında macəra davam edir. Ələddin ve Jasmin her şeyden xəbərsiz Sultanın sarayında həyatlarını yaşadaraq davam etdirirlər. Cizgi filminin ilk hissəsində olan personaj Yaqo artıq Ələddinin yanında olur. Amma bu müddətdə qəddar Vəzir Cəfər sehirli çıraqdan qaçmağı bacarır. Bunun üçün Abis Malın köməyindən istifadə edir. Cəfər Ələddindən qisasını almaq üçün müxtəlif planlar hazırlayır. Bu məqsədlə planına Yaqonu da cəlb edir.
Cəh-cəh həsrətində (film, 1983)
Cəhənnəm (film, 2016)
Cəhənnəm (İng: Inferno) — rejissoru Ron Hovard olan və Den Braunun 2013-cü ildə yazılmış eyniadlı romanının David Koepp tərəfindən ekran uyğunlaşdırılması olan 2016-cı ildə çəkilmiş Amerika triller filmidir. Film Mələklər və iblislər filminin davamıdır. Çəkilişlər 27 aprel 2015-ci ildə İtaliyanın Venesiya şəhərində başlayıb və 21 iyul 2015-ci ildə Budapeştdə başa çatıb. Film 3D və 2D formatlarında ABŞ-də 2016-cı il oktyabrın 14-də, Da Vinçi Şifrəsinin nümayişindən on il sonra nümayiş etdirilmişdir. Film tənqidçilərdən ümumiyyətlə mənfi rəylər almışdır, lakin 75 milyon dollarlıq istehsal büdcəsinə qarşı 220 milyon dollar gəlir əldə etmişdir.
Cəhənnəm anatomiyası (film, 2004)
Cəhənnəm anatomiyası - 2004-cü il fransız erotik dram filmi. Homoseksuallara özəl olan bara gedən kadın burada intihara təşəbbüs edir və bir kişi tərəfindən son anda xilas edilir. Özlərini küçələrə atan bu ikili razılığa gəlirlər. Razılığa əsasən, yaraşıqlı və özünəinamlı bu gey kişi pul qarşılığında qadının evinə gedib onu gecələr boyunca izləməlidir. Hər nə qədər istəksiz olsa da, bu təklifi qəbul edir və qadının evinə köçür. Dördüncü günün sonunda aralarında çox güclü hislər aşkara çıxır.
Cəhənnəm törəməsi (film, 1994)
Cəhənnəm törəməsi — 1994-cü ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Filmin rejissoru Aaron Norrisdir. Azərbaycanda ilk dəfə Azərbaycan Televiziyası kanalında göstərilmişdir. Şetter (Çak Norris) və Cekson (Kelvin Conson) İsrail ravvinin qəddar qətlini araşdırmaq üçün göndərilən iki Çikaqo polisidir. İstintaq başlayan zaman Şetter və Cekson sorğu üçün İsrailə çağırılır. Gələndən sonra onlar başa düşürlər ki, Prosatanos adlı bir varlıq təqib edirlər. Prosatanos 1951-ci ildə səhv nəticəsində qəbirdən çıxmışdır... Cəhənnəm törəməsi — Internet Movie Database saytında.
Cəlal ilə Ceren (film, 2012)
Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir. 30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur.
Cəld və cəsəd (film, 1995)
Cəlil Məmmədquluzadə (film, 1966)
Cəlil Məmmədquluzadə — Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr edilən sənədli film. Film Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük demokrat Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilmişdir. Filmdə C. Məmmədquluzadənin sağlığında çəkilən kinokadrlar yoxdur. Lakin müəlliflər fotoşəkillər, nadir sənədlər vasitəsilə yazıçının həyat və yaradıcılığından söhbət açmış, ədibin portretini yaratmağa, onun düşüncələrini, həyata baxışını, dövrünün ictimai və siyasi hadisələrinə münasibətini əks etdirməyə çalışmışlar. Kinolentdə C. Məmmədquluzadə ilə bərabər, onun müasirləri olan Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əzim Əzimzadə və digər mollanəsrəddinçilər haqqında da söhbət gedir. Burada ədibin Naxçıvan həyatı, molla məktəbində, Qori seminariyasında oxuması, mənalı həyatının Tiflis dövrü, "Molla Nəsrəddin" jurnalının yaranması və fəaliyyəti, ədibin Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparması öz əksini tapmışdır.
Cəlladın cəzası (film, 1945)
Cəlladın cəzası — 1945-ci ildə istehsal olunmuş Misir filmi. Film gecə klubları, narkotika alveri, qətl və polislərlə dolu qaranlıq bir melodram idi. "Cəlladın cəzası" filmi çəkildikdən bir il sonra Kannda göstərilmışdir.
Cəmşid Naxçıvanski (film, 1982)
Film görkəmli sərkərdə, general Cəmşid Naxçıvanskinin keçdiyi şərəfli həyat yolundan bəhs edir. Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Ramiz Duyğun Operator: Rafiq Qəmbərov, Amin Novruzov Səs operatoru: Akif Nuriyev Mətni oxuyan: Nuriyyə Əhmədova (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Cənab 420 (film, 1955)
Cənab 420 (hind. श्री ४२०) —1955-ci ildə Bollivud tərəfindən istehsal olunmuş film. Filmin prodüseri və baş rolun ifaçısı Rac Kapurdur.
Cənab Bəli (film, 2008)
Cənab Bəli (ing. Yes Man) — Peyton Ridin rejissoru olduğu və baş rolda Cim Kerrinin yer alıdığı 2008-ci il istehsalı komediya filmi.
Cənab Pibodi və Şerman (cizgi filmi, 2014)
Cənab Pibodi və Şerman (ing. Mr. Peabody & Sherman) — 2014-cü ildə istehsal olunmuş cizgi filmidir. Cənab Pibodi və Şerman — Internet Movie Database saytında.
Cənab Pundalik (film, 1912)
"Cənab Pundalik" filmi — Rejissor Dadasaheb Tornenin çəkdiyi 1912-ci il Hindistan filmidir. Hindistan kino tarixində ilk filmlərdən biri hesab olunur. "Cənab Pundalik" səssiz filmi Hindistan kino tarixində ilk filmlərdən biri hesab olunur. Filmi Dadasaheb Torne özü tək çəkmişdir. Filmin çəkilişi 2 həftə sürdü. Ondan sonra çəkilmiş kinolentlər Londona göndərilib emal edildi. 18 may 1912-ci ildə film Hindistanda göstərildi. Bəziləri bu filmin ilk Hindistan filmi olmağa layiq olmadığını qeyd etdi. Onlar 1913-cü ildə çəkilmiş Raca Harişçandranın ilk film olduğunu iddia etdilər. Bu fikirlər mübahisəli olaraq qaldı, çünki, sübuta yetirilməmişdi.
Cənab yaxşı oğlan (film, 1997)
Cəngəllik kitabı (cizgi filmi, 1967)
Cəngəllik kitabı (ing. The Jungle Book) — 1967-ci ildə istehsal olunmuş cizgi filmidir. "Cəngəllik kitabı" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 19-cu klassik qısametrajlı cizgi filmidir. Cizgi filminin rejissoru Volfqanq Reyterman, prodüseri isə Volt Disneydir. Volt Disney cizgi filminin istehsalı ərəfəsindəykən 1966-cı ildə vəfat etmişdir. Cizgi filmi ingilis yazıçısı Redyard Kiplinqin «Cəngəlliklər kitabı» və «Cəngəlliklərin ikinci kitabı» əsasında hazırlanmışdır. Cizgi filminin 1994-cü ildə Cəngəllik kitabı remeyk filmi, 2003-cü ildə davamı olan "Cəngəllik kitabı 2" cizgi filmi çəkilmişdir. Cəngəllik kitabı — Internet Movie Database saytında.
Cənnət axtarışında (film, 2008)
Cənnət axtarışında (Rom: Jannat; ing: Jannat: In Search of Heaven...) — Kunal Deşmuxun rejissorluğu və Mukeş Bhattın prodüserliyi ilə 2008-ci ildə hind dilində çəkilmiş romantik cinayət filmidir. Filmdə baş rollarda Sonal Çauhan ilə Emraan Haşmi çəkilmişdirlər. Film 16 may 2008-ci ildə nümayiş etdirilmişdir və tənqidçilərdən müsbət rəylər alaraq dünya miqyasında böyük müvəffəqiyyətlər əldə etməyi bacarmışdır.
Cənnətin krallığı (film, 2005)
Cənnətin krallığı (ing. Kingdom of Heaven) — 2005-ci ildə çəkilən Amerika filmi, rejissor Ridli Skottun tarixi eposu. Film 1189-1192-ci illərin Üçüncü Səlib yürüşündən əvvəl sərbəst şəkildə təqdim olunmuş tarixi hadisələrə əsaslanır: Yerusəlim krallığı ilə Əyyubilər arasında müharibə və Səlahəddin tərəfindən Yerusəlimin fəthi (1187). Cənubi Fransa. 1184-cü il. Baron Qotfrid İbelinski bir kəndə gəlir, orada yaşayan dəmirçi Baliyanın oğlu vəfat etmiş və onun həyat yoldaşı intihar etmişdir. Qotfrid gəncliyini xatırlayır və Baliyana onun atası olduğunu söyləyir. Baliyanı Fransada daha heçnə saxlamadığını görən Qotfrid onu Yerusəlimə getməyə və həyata yenidən başlamağa dəvət edir. Baliyan təklifdən imtina edir. Axşam Baliyanın ögey qardaşı olan keşiş dəmirçixanaya gəlir və arvadının günahını yumaq üçün onu Müqəddəs Torpağa getməyə inandırmağa çalışır.
Cənnətin uşaqları (film, 1997)
Cənub buxtası (film, 1977)
Cənub sərhədlərinin keşiyində (film, 1941)
Cərrahiyyə (film, 1991)
Cəsur (cizgi filmi, 2012)
Cəsur (ing. Brave) — 2012-ci ildə Walt Disney Pictures və Pixar Animation Studios tərəfindən istehsal olunmuş amerikan fantastik animasiya filmi. Bu filmin Mark Andrews, Steve Purcell, Brenda Chapman, Irene Mecchi, Andrews Chapman-ın rejissoru və Purcellin prodüseridir. Filmin vyce aktyorları Kelly Macdonald, Julie Walters, Billy Connolly, Emma Thompson, Kevin McKidd, Craig Ferguson, Robie Coltrane rol alırlar. 25 ildə ilk dəfə olaraq, Pixar sistemini tamamilə yenidən yazdı. Dolby Atmosun ilk səsli filmdi. Scots Hielandsr-da cəryan edən filmdə Merida adlı bir şahzadə yetkinlik yaşına çatarkən qəbiləsinin məcburi evlilik ənənələrinə qarşı çıxdı və evlənmək istəmirdi. Yardım üçün bir cadudan sonra, Merida təsadüfən ailəsini lənətləyir. Cəsur, 10 Sentyabr 2012 tarixində Seattle Beynəlxalq Film Festivalında yayımlanmış, 22 Sentyabr 2012-ci ildə Şimali Amerikada yayımlanır. Ən yaxşı cizgi filmi üçün Qızıl Qlobus Mükafatı, Ən Yaxşı Cizgi Filmi üçün BAFTA Mükafatına və Ən Yaxşı Cizgi Filmi üçün Akademiya Mükafatını qazanmışdır.
Cəsur (film, 2010)
Cəsur (orijinal adı: IAST: Dabangg) — Bollivudda lentə alınmış və 2010-cu ildə Hindistanda nümayiş etdirilən döyüş filmidir. Film Bütün Zamanların Blockbaster filmi kimi təsnif edilmişdir və ilin hit siyahısında bir nömrəli olmağı bacarmışdır.
Cəsur 2 (film, 2012)
Cəsur 2 (orijinal adı: IAST: Dabangg 2) — Arbaaz Xanın ilk rejissorluq debütü olan Cəsur filmindən sonra 2012-ci ildə Malaika Arora birlikdə prodüserliyi və rejissorluğu edilmiş hind dilli döyüş komediya filmidir. Filmin süjet xəttinin hekayəsi Kanpurda baş verir və Dilip Şukla tərəfindən yazılmışdır. Cəsur 2 filmi 2010-cu ildə çəkilmiş Cəsur filminin davamı sayılır və çox müvəffəqiyyətli hesab edilən Cəsur franşizasının ikinci hissəsidir. Baş rollarında Salman Xan, Sonakşi Sinha, Arbaaz Xan, Mahie Gill və Vinod Xanna Cəsur filmindəki rollarını yenidən canlandırarkən, Prakash Raj antaqonist rolunu canlandırmışdır. Filmin köməkçi aktyor heyətinə Nikitin Dheer, Gireesh Sahdev, Pankaj Tripathi, Manoj Pahwa və Dipak Dobriyal daxil olarkən, Manoj Joshi və Tinnu Anand kiçik rollar ifa etmişdirlər.

Digər lüğətlərdə