FİTVA

is. [ ər. ]
1. din. Bir işi icra etmək üçün din başçısı və ya hökmdar tərəfindən verilən icazə, hökm.
□ Fitva almaq – bir işi icra etmək üçün din başçısının, ya hökmdarın icazəsini almaq.
[Padşah:] Üləmanı cəm elə və onlardan fitva al. Ə.Haqverdiyev.

Fitva vermək – bir işi icra etmək üçün şərən icazə (hökm) vermək.
Bir gün fitva verdi axund minbərdən; Lənətlə çəkilsin Sabirin adı. B.Vahabzadə.

2. məc. Ümumiyyətlə, icazə, razılıq.
Müqim bəy öz fitvasını danıb Mirzə Polad müəllimin qanını Ələmdarın … boynuna yıxa bilər. S.Rəhimov.

□ Fitva vermək – icazə vermək, yol vermək.
[Kəndli:] …Yoldaş Veys, nahaq yerə bu işə fitva verirsiniz. Ə.Əbülhəsən.

FİTRİ
Fİ́ZİK

Digər lüğətlərdə