FIRILDAQÇILIQ

is. Fırıldaqçının işi, peşəsi; kələkbazlıq, hiyləgərlik, haramzadəlik.
Ana zəifdir, lakin dünyanın güclülərinin və zalımlarının hiyləgərliyi və fırıldaqçılığına qarşı onun qüdrətli silahı təmizlik və düzlükdür. M.İbrahimov.

□ Fırıldaqçılıq etmək – kələk gəlmək, kələk, hiylə işlətmək, dolab gəlmək; fırıldaq, biclik işlətmək, haramzadəlik eləmək.
Ənisə açıqdanaçığa görürdü ki, Muxtar uydurduğu yalanla fırıldaqçılıq edir, atasını aldadır. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FIRILDAQÇILIQ hiyləgərlik — fəndgirlik — biclik — kələkbazlıq — haramzadalıq — cüvəllağılıq
FIRILDAQÇI
FIRILDAMA

Digər lüğətlərdə

ги́бнуть дезинфекцио́нный кругом обкра́иваться письмецо́ прокла́дыватель сво́зка хромачи́ нигде́ шка́лик boot-polish cussed initial laevogyration mid-week Mishawaka nonfictional orthographical prance sapid taction клерк лжесвидетель пронырливый статист