1. Gözlə qavranılmaq, göz qarşısına çıxmaq, nəzərə çarpmaq. Uşaq kimi görünmək.
– Qonşu toyuğu qaz görünür qonşuya; Seyyid, öz yarıvı tut, özgə nigarı nə gərəkdir.
Ancaq sol tərəfdə vağzalın çıraqları parlaq görünürdü.
Otağın küncündə bir dəyirmi masa görünürdü.
2. Zahir olmaq, peyda olmaq, nəzərə dəymək.
O gecənin sabahı Sarıköynəyin əri yenə kənddə göründü.
Qırx-əlli il bundan əvvəl kəndin yaxınlığında bir pələng görünmüşdü.
[Gəldiyev] gündüz iki saat idarəyə qaçıb görünür, qayıdırdı.
// Müəyyən bir təsir bağışlamaq. Zahirən zəif görünür.
– Bu keyfiyyət olara xeyli qəribə göründü.
3. Hesab edilmək,
…kimi gəlmək. Cənnət kimi görünmək.
– Bax, yalançı tapıldı çünki çoban; Doğru derkən sözü göründü yalan.
[Ruqiyyə:] Onu-bunu mən bilmirəm, sizin əhalidən bizim əhali təmiz görünür.
4. dan. Bir yerə gəlmək, təsadüf edilmək (əsasən inkar şəklində işlədilir). Çoxdandır görünmürsən.
– Lətifə yenə də görünmürdü.
5. Görünür, görünür ki şəklində – “deyəsən”, “yəqin” mənasında ehtimal bildirir.
[Cəmil bəy Bəypolada:] Görünür ki, bizim yerin adətindən əsla xəbəriniz yoxdur.
[Asya:] Görünür ki, qız gədəyə çox bənd olubdur.