GÜNƏŞ

GÜNƏŞ Günəş yenicə batmışdı (M.İbrahimov); AFTAB (kl.əd.) Ey aləmi münəvvər edən cürmi afitab; Müşkati-şölədir şəbəfruzi-mahitab (M.Hadi); GÜN Gün batsa da, hava hələ işıq idi (H. Abbaszadə); XURŞİD (kl.əd.) Doğar xurşudi-hürriyyət, bütün azad olar aləm (M.Ə.Sabir); MEHR (kl.əd.) Dilbəra, gül görmədim gülşəndə rüxsarın kimi; Mehrü mah olmaz fələk, yüzündə rüxsar kimi (Xətayi); ŞƏMS (kl.əd.) Saçın rəngidir, çün leylətülqədr; Cəmali-nuri-şəmsi xavərdir (Xətayi).

GÜNEY
GÜNƏVƏR

Digər lüğətlərdə