GÜZƏRAN

is. [ fars. ] Dolanacaq, dirilik, yaşayış, həyat.
Məktəbdə Səlimin güzəranı çox da gözəl keçməyirdi. İ.Musabəyov.
[Nəbi:] Nədir bu güzəran, nədir bu həyat? Xalqa divan tutur bir yığın cəllad! S.Rüstəm.

□ Güzəran etmək – dolanmaq, yaşamaq, keçinmək.
Kəndin camaatı hamısı maldarlıqla güzəran edir. Ə.Haqverdiyev.
Bu kəndin əhli əkinçilik və çarvadarlıqla güzəran edərdi. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜZƏRAN güzəran bax yaşayış 1
  • GÜZƏRAN həyat — dirilik — varlıq — yaşama — dolanacaq — ruzgar

Etimologiya

  • GÜZƏRAN Farscadır, güzar (əsli: qozər) sözünün cəmidir. Farsca qozaştən məsdəri ilə bağlıdır, mənası “keçib-gedən”, “daimi olmayan” deməkdir
GÜZƏR
GÜZƏRANLI

Digər lüğətlərdə

вздыма́ние водопла́вка двули́чно ело́вый метео́рный отму́читься прокопти́ть сикофа́нт гватема́лка гро́хнуться отга́дывать проворча́ть сна́йперство depthless Pacific Standard Time retro sloven uncompanionable white clover гирлянда кропить круглосуточный обогреть пятиконечный утратиться