GEDƏR-GƏLMƏZ

is. Qayıtması mümkün olmayan yer; ölüm.
Vücudu iki qara qəpiyə dəyməz, amma gül təki oğlanları dalbadal ləkələyib, bir-bir gedər-gəlməzə yolladılar. M.Hüseyn.
[Nəbi:] Bu qoca aynalı gəlməsin gözə; Çoxunu göndərdi gedər-gəlməzə. S.Rüstəm.

// Məc. mənada.
Cavan gəlin, dul gəlin; Ollam sənə qul, gəlin; Bu yol gedərgəlməzdir; Gəl, gözlərəm yol, gəlin. (Bayatı).
[Murtuz:] O dağın döşündə bir mağara var.
Adına gedər-gəlməz deyərlər. Q.İlkin.

// məc. Sürgün mənasında.
İş kəsib, ömürlük göndərdilər gedər-gəlməzə. Ə.Sadıq.

GEDƏNİ
GEDƏRGİ

Digər lüğətlərdə