GİNEKOLÓGİYA

[ yun. gyne – qadın və logos – elm] tib. Qadın orqanizminin xüsusiyyətləri, qadın cinsi orqanları və onların müalicəsi haqqında elm. Ginekologiya kafedrası.
GİMNÁZİYA
GİNEKOLOJİ́
OBASTAN VİKİ
Ginekologiya
Ginekologiya (yun. gyne – qadın vəlogos – elm) Klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir. Ginekologiya müstəqil bir elm kimi IX əsrdən etibarən inkişaf etməyə başlamışdır. Ginekologiya elminin məqsədi qadın sağlamlığını qorumaq və ona yardım göstərməkdən ibarətdir. Qadın xəstəlikləri dedikdə yalnız qadınlarda baş verən xəstəliklər nəzərdə tutulur. Bu xəstəliklər uşaqlıqda, uşaqlıq artımlarında, yumurtalıqlarda, uşaqlıq boynunda əmələ gələn xəstəliklərdir. Qadın xəstəliklərinin müalicəsi ginekoloqlar tərəfindən aparılır. Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Mama-ginekoloq isə hamiləlik və doğuş dövrlərinə nəzarət edir.Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. Sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir.

Digər lüğətlərdə